Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-241/2020 25.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1490 manat sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 1490 manat sığorta ödənişi, 30 ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınıb şirkətə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, X1 məxsus ** BB *** dövlət qeydiyyat nişanlı Vaz 21063 markalı avtomobil vasitəsi xx xxxxxxx 2017-ci il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx xxxx 2018-ci il tarixində Cavabdeh idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı Vaz 21063 markalı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində ** EV *** dövlət qeydiyyat nişanlı Chevrolet Aveo markalı avtomobil vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən, nəticəsində ** EV *** dövlət qeydiyyat nişanlı Chevrolet Aveo markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1490,00 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASCnin xx xxxxx 2018-ci il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 490,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsində sığorta təşkilatı tərəfindən ödənilmiş məbləğin cavabdehdən sığorta şirkətinin xeyrinə tutulmasına əsas verdiyi göstərilərək 1490,00 manat sığorta ödənişi məbləğinin, 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının Cavabdeh tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasına onların iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 tərtib etdiyi inzibati xəta haqqında xx xxxx 2018-ci il tarixli TYP seriyalı 141348 saylı protokoldan görünür ki, VAZ- 21063 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, yəni qarşı yola çıxmaqla qarşıda hərəkət edən avtomaşınla düzgün ara məsafəsi saxlamamış, “Chevrolet Aveo” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Chevrolet Aveo” markalı avtomaşınına maddi zərər vurmuşdur. İşdə olan dəymiş zərərin qiymətləndirilməsi barədə xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, “Chevrolet Aveo” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1490 manat maddi ziyan dəymişdir. İşdə olan xx xxxxx 2018-ci il tarixli sığorta aktının surətindən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən “Chevrolet Aveo” markalı avtomaşının sahibi X2 1490 manat məbləğində sığorta pulu ödənilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, ** BB *** dövlət qeydiyyat nişanlı Vaz 21063 markalı avtomobilin sürücüsü Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, meyvəli bazarının qarşısında hərəkətlə olarkən manevr qaydasını pozmuş, həmin vaxtı sol tərəfdən gələn “Chevrolet Aveo” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş həddə cərimə olunmuş, “Chevrolet Aveo” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1490 manat maddi ziyan dəymiş, “xxxxxxxxxxxx” ASC tərəfindən 1490 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən tərəflərin işdə olan izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxx” ASC tərəfindən X2 məxsus “Chevrolet Aveo” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1490 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Chevrolet Aveo” markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün ödənilmiş 1490 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-241/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-241/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver