Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-27/2023 05.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 21186,00 (iyirmi bir min yüz səksən altı) manat dəymiş maddi ziyanın və 153, 56 (bir yüz əlli üç manat əlli altı qəpik) manat dövlət rüsumunun, cəmi 21339,56 (iyirmi bir min üç yüz otuz doqquz manat əlli altı qəpik) manat məbləğin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 21186,00 (iyirmi bir min yüz səksən altı) manat dəymiş maddi ziyanın və 153, 56 (bir yüz əlli üç manat əlli altı qəpik) manat dövlət rüsumunun, cəmi 21339,56 (iyirmi bir min üç yüz otuz doqquz manat əlli altı qəpik) manat məbləğin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 15 aprel tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. Cavabdeh kombaynı 16 aprel 2022-ci il tarixində rayon bölməsinin parkından saz vəziyyətdə təhvil aldıqdan sonra taxılyığan kombayn Şamaxı rayonunun Göylər kəndi ərazisində yol-nəqliyyat qəzasına uğramış və nəticədə kombayn istifadəyə yararsız hala düşmüşdür. Hadisənin baş verməsi ilə əlaqədar kombayna baxış keçirilmiş və nəticədə texnikaya 21186,00 (iyirmi bir min yüz səksən altı) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Ona görə də Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 21186,00 (iyirmi bir min yüz səksən altı) manat dəymiş maddi ziyanın və 153.56 (bir yüz əlli üç manat əlli altı qəpik) manat dövlət rüsumunun, cəmi 21339,56 (iyirmi bir min üç yüz otuz doqquz manat əlli altı qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahat verərək göstərdi ki, 10 aprel 2022-ci il tarixdə Qobustan rayonu Cəmcəmli kənd sakini Elibəy adlı şəxs onunla əlaqə saxlamış və bildirmişdir ki, “gedək Ucar rayonundan lizinqlə kombayn nəqliyyat vasitəsini sənin adına qeydiyyata salaq sonra gedib gətirərik” demişdir. O, da razılaşmış və birlikdə Ucar rayonuna getmişlər. Kombayn nəqliyyat vasitəsini onun adına sənədləşdirib geri qayıtmışlar. 15 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixə keçən gecə saat 04 radələrində Elibəy onunla əlaqə saxlamış və birlikdə yaşadığı Qobustan rayonundan Ucar rayonuna getmişlər. Ucar rayonunda yerləşən "xxxx" şirkətindən kombayn nəqliyyat vasitəsini götürərək geri qayıtmaq üçün yola düşmüşlər. Həmin vaxt onunla birlikdə həmyerlisi Ravid adlı şəxs də Namiq adlı şəxs üçün kombayn nəqliyyat vasitəsini gətirirdi. Yəni birlikdə avtomobilləri ardıcıl idarə edərək yola düşmüşlər. 16 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Şamaxı rayonu Göylər kəndi ərazisindən keçən hissəsində qəflətən onun idarə etdiyi kombayn nəqliyyat vasitəsini nömrəsi yadında qalmayan boz rəngli “UAZ” markalı avtomobil keçmək istəyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün onun idarə etdiyi kombayn nəqliyyat vasitəsi tərəfə sürdü və nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsinə dəyərək idarə etməyini itirməyinə səbəb olmuşdur. Həmin vaxt o, idarə etməni itirərək kombayn nəqliyyat vasitəsini aşırtmışdır. Bundan sonra o, artıq ayılan zaman Bakı şəhəri “Semaşko” xəstəxanasında olmuşdur. Həmin vaxt idarə etdiyi kombayn nəqliyyat vasitəsini təxminən saatda 10-15 kilometr sürətlə idarə edirdi. Həmin kombayn nəqliyyat vasitəsi hadisədən qabaq texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, spirtli içki qəbul etməmişdir, həmin nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh aralarında bağlanmış 15 aprel 2022-ci il tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehə 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn istifadəyə verilmişdir. "xxxx" ASC-in 16 aprel 2022-ci il tarixli 02/02143 saylı aktdan görünür ki, SR-2045 modelli, 2014-cü il buraxılışlı, **-AB-*** dövlət qeydiyyat nişanlı, 561463 şassı zavod nömrəli, A48057 mühərriki və (zavod nömrəsi) taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Yevlax rayonunun Ucar RB-nin rəhbəri X4, Yevlax rayonunun Ucar RB-nin iqtisadçısı X3 və Ucar DAİM texniki nəzarətin təşkil sektorunun müdiri X2 26 may 2022-ci il tarixdə tərtib etdikləri qüsur aktından görünür ki, Yevlax Regional Nümayəndəliyin Ucar rayon bölməsinin istifadəsində olan və Qobustan rayon sakini Cavabdeh tərəfindən 15 aprel 2022-ci il tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsi əsasında müvəqqəti icarəyə götürülmüş 2014-cü il buraxılışlı, 561463 şassi nömrəli Sampo SR-2045 markalı taxılyığan kombaynı 16 aprel 2022-ci il tarixdə Şamaxı rayonu istiqamətində hərəkətdə olan zaman Göylər kəndi ərazisində qəzaya uyğamışdır. Qəza nəticəsində taxılyığan kombaynın 1 ədəd xeyder (əsas çərçivəsi və cəhrə dəst halda deformasiyaya uğrayıb), 1 ədəd maili kamera (deformasiyaya uğrayıb), 1 ədəd kabina (tam deformasiyaya uğrayıb), 1 ədəd kombaynın dayaq çərçivəsi (deformasiyaya uğrayıb), 1 ədəd silkələyici lövhə, alt və üst ələklər (dəst halda),1 ədəd bunkerə dən qaldırıcı şnek və gövdəsi, 1 ədəd bunkerdən taxılboşaldan şnek və hidrosilindri, 1 ədəd fırlanan hava qəbuledici (dəst halda), 1 ədəd qoruyucu tor, 1 ədəd fırlanan təmizləyici ekran, 1 ədəd işıqlanma sistemi (dəst halda), 2 ədəd sağ və sol yan qoruyucu örtüklər (dəst halda), 1 ədəd taxıl bunkeri (deformasiyaya uğrayıb) deformasiyaya uğrayaraq tamamı ilə yararsız hala düşmüşdür. Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin 19 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, UAZ-39094 yük markalı, **-JB-*** dövlət qeydiyyat nömrəli avtomobilin Şamaxı-Göylər yolunun Göylər kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəfində ehtiyyat hissəsində dayanıb qalmış vəziyyətdə olması, “Kombayn” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə Şamaxı-Göylər yolu ilə Şamaxı rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək yolun ehtiyyat hissəsində dayanmış UAZ-39094 yük markalı, **- JB-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa yük yerinə dəyərək yolun sağ tərəfinə aşması nəticəsində Cavabdeh müştərək qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol orbitamn və sol maksailyar sümüyünün divarının yerdəyişməsiz sınıqları, döş qəfəsinin küt travması, sağ İV və Xİİ qabırğaların sınıqları ilə müşayiət olunan bədən xəsarəti yetirməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 9/527 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə İddiaçı ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Sambo Rosenlev SR- 2045” markalı taxılyığan kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15983,0 manat müəyyən edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 avqust 2022-ci il tarixli MİHO/1.2.4.2-2022- 2114 saylı pretenziyasından görünür ki, Cavabdeh borcun ödənilməsi bildirilmişdir. Müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 15 aprel tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. Cavabdeh kombaynı 16 aprel 2022-ci il tarixində rayon bölməsinin parkından saz vəziyyətdə təhvil aldıqdan sonra taxılyığan kombayn Şamaxı rayonunun Göylər kəndi ərazisində yol nəqliyyat qəzasına uğramış və nəticədə kombayn istifadəyə yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 9/527 saylı ekspert rəyinə əsasən 2014-cü il buraxılışlı “Sambo Rosenlev SR-2045” markalı taxılyığan kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15983,0 manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Həmçinin müəyyən olundu ki, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna dəymiş 15983,0 manat ziyan Cavabdeh təqsiri üzündən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 15983 manat dəymiş ziyan və 153,56 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15983 manat dəymiş ziyan və 153,56 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-27/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-27/2023
05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver