Məhkəmə qərarları › İş №e-2(026)-276/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-276/2024

09.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-276/2024 09.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh 2165 manat borc və 41,65 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 2165 manat borc və 41,65 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək İddiaçı MMC-yə məxsus olan **- ZX-*** dövlət qeydiyyat nişanlı qoşquya dəyən ziyana görə Cavabdeh 2165 manat pulun və 41,65 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 40 manat miqdarında cərimə edilməsinə dair TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin əməl nəticəsində o, hüquqlarını müdafiə etdiyi İddiaçı MMC mülkiyyətində olmaqla ona məxsus olan **-ZX-*** dövlət qeydiyyat nişanlı qoşquya ziyan vurmuş, lakin mülki məsuliyyətini icbari qaydada sığorta etdirmək vəzifəsini icra etmədiyinə, sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə cəmiyyətin ziyanı qarşılanmamışdır. İddia ərizəsinə əlavə edilmiş xərclərin siyahısından görünür ki, cavabdeh qanunsuz hərəkəti ilə cəmiyyətə 2165 manat miqdarında ziyan vurmuşdur. Cavabdeh 2165 manat borc və 41,65 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə İddiaçı nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Vİ tağım Yol Patrul Xidməti Baş İnspektorunun 16 noyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Fərdi sahibkar X. N. Məmmədov tərəfindən 15 noyabr 2023-cü il tarixdə verilmiş avtomobilin təmiri üçün tələb olunan xərclərin siyahısından görünür ki, “SCHMİTZ” markalı ** JA *** avtomobil “Auto ColorS” avtoservis tərəfindən yoxlanılan zaman avtomaşının sıradan çıxmış hissələrinə cəmi 2165 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Müəyyən olundu ki, Cavabdeh 11 noyabr 2023-cü il tarixdə saat 21-40-da törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC mülkiyyətində olmaqla ona məxsus olan **-ZX-*** dövlət qeydiyyat nişanlı qoşqunun sıradan çıxması nəticəsində cəmiyyətə 2165 manat miqdarında ziyan vurmuşdur. Vİ tağım Yol Patrul Xidməti baş inspektorunun 16 noyabr 2023cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarı əsasən Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;- zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2165 manat borc və 41,65 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2165 manat borc və 41,65 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar