Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-32/2022 24.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş ziyana görə 8669,57 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutulması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş ziyana görə 8669,57 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, 14 yanvar 2021ci il tarixidə Cavabdeh tərəfindən idarə olunan ** TH *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsi ilə “PAŞA Sığorta“ ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh təqsirli bilinmişdir "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 10 956,30 manat müəyyən edilmişdir. "xxxx" ASC-in 12 fevral 2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 10956,30 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-in hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərər vuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 2286,73 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-in hesabına ödənilmişdir . Sığorta tərəfindən zərər vurana 8669,57 manat məbləğində vəsaitin "xxxx" ASC-in bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-in xeyrinə dəymiş ziyana görə 8669,57 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iddiaçı təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, 14 yanvar 2021-ci il tarixdə idarə olunan ** TH *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsi ilə “PAŞA Sığorta“ ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ondan tələb etdiyi 8669,57 manat sığorta ödənişi məbləği şişirdilmiş qiymətdir. Həmin avtomobilin arxa buferi çıxmış vəziyyətdə olmuşdur, sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomaşının arxa stopu sınmışdır və bundan başqa heç bir zədə almamışdır. Lakin "xxxx" ASC yenidən ondan 8669 manat ziyan tələb edir. Həmin tələblə razı olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi üçün məhkəməyə vəsatət vermişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ekspert rəyində 2013-cü il buraxılışlı “Mercedes GL 500” markalı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 6865 manat müəyyən edilmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, ekspertiza rəyini nəzərə alaraq, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Nərimanov rayon DYPŞ-in 15 yanvar 2021-ci il tarixli protokolundan görünür ki, Cavabdeh 14 yanvar 2021-ci il tarixdə saat 14:00 radələrində idarə etdiyi ** TH *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Bakı şəhəri Nərimanov rayon DYPŞ-in 15 yanvar 2021-ci il tarixli qərarda görünür ki, Cavabdeh 14 yanvar 2021-ci il tarixdə saat 14:00 radələrində idarə etdiyi ** TH *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. “PAŞA Sığorta“ ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" ASC-nin 12 fevral 2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə 10956,30 manat məbləğində sığorta pulu ödənilmişdir. “X1” tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə cəmi 10956,30 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 9/8411 saylı ekspert rəyində göstərilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 03 fevral 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mersedes GL 500” markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6865,0 manat müəyyən edilir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, 14 yanvar 2021-ci il tarixidə Cavabdeh tərəfindən idarə olunan ** TH *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsi ilə “PAŞA Sığorta“ ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh təqsirli bilinmişdir "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 10956,30 manat müəyyən edilmişdir. "xxxx" ASC-in 12 fevral 2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 10956,30 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-in hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərər vuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 2286,73 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-in hesabına ödənilmişdir. Sığorta təşkilatı tərəfindən vəsaitin "xxxx" ASC-in bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtomobilə dəymiş zərərə görə 6865,00 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidur. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtomobilə dəymiş zərərə görə 6865,00 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-32/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-32/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver