Məhkəmə qərarları › İş №e-2(026)-366/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-366/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-366/2023 02.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh adət-ənənəyə uyğun olaraq verilmiş 2000 manat süd pulu, 1500 manat qız toyuna çəkilmiş xərcin, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq aparılması üçün çəkilmiş 2000 manat, müalicəyə çəkdiyi 2000 manat xərcin, eyni zamanda Şəfanın xəyanəti ilə onu el içində hörmətdən saldığı üçün dəymiş mənəvi zərərin əvəzi kimi 2500 manatın, baş verənlərə əsasən 10000 manat ziyanın və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh adət-ənənəyə uyğun olaraq verilmiş 2000 manat süd pulu, 1500 manat qız toyuna çəkilmiş xərcin, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq aparılması üçün çəkilmiş 2000 manat, müalicəyə çəkdiyi 2000 manat xərcin, eyni zamanda Şəfanın xəyanəti ilə onu el içində hörmətdən saldığı üçün dəymiş mənəvi zərərin əvəzi kimi 2500 manatın, baş verənlərə əsasən 10000 manat ziyanın və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə məhkəməyə ərizə verərək cavabdeh X8 2000 manat süd pulu, 1500 manat qız toyunun xərci, 4 bayramda hər birinə 500 manatlıq bayramlıq xərci olmaqla 2000 manat, 2000 manat müalicə xərci olmaqla, cəmi 7500 manat, Cavabdeh ona etdiyi xəyanətə görə ona dəymiş mənəvi ziyana görə 20000 manatın və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. İddiaçı ilə ailə qurmaq haqqında razılığa gəlmişlər və Cavabdeh onların evinə gəlin gəldikdən sonra Şəfa və onun valideynləri tələb irəli sürdülər ki, Şəfanın 2 aylıq müalicəyə ehtiyacı var və bu müddət ərzində ər-arvad münasibətlərinə girmək olmaz. Onlarla razılaşmış və Şəfanın müalicəsinə başlanılmışdır. Lakin müalicənin nədən ibarət olması ona məlun deyildi. İki aylıq müalicədən sonra cinsi əlaqəyə girdikdə məlum oldu ki, Şəfanın qızlıq bakirəsi onlara gəlin gələnə qədər pozulub. Şəfanın valideynlərindən qızlarını aparmalarını tələb etmiş, onlar da gəlib Şəfanı aparmışlar. Ailə qurmaq və nikahlarını qeyd etdirmək niyyəti Şəfanın xəyanəti səbəbindən baş tutmamışdır. Şəfanın onların evdə qalan telefonundakı məlumatlardan aydın oldu ki, Şəfa görüntü yaratmaq məqsədi ilə ailə qurub. Sevgilisi ilə davamlı olaraq telefon əlaqəsi saxlayıb və ona qarşı mənfi fikirdə olub. Sevgilisi ilə telefon danışığından da görünür ki, sevgilisi ona onun başını qatmağı tapşırır. Hətta lazım gələrsə onu öldürməyə hazır olduğunu və Şəfanı xilas edəcəyini bildirir. O və ailə üzvüləri Şəfanın telefon işlətməsindən məlumatları olmayıb. Telefon danışıqlarını gizli edib. Danışdığı telefonun kimə məxsus olması barədə məlumatı yoxdur. İki aylıq müalicə şərtinin irəli sürməsinin mənası anlaşıldı. Məqsəd müxtəlif yollarla qızlıq bakirəliyini bərpa etmək olsa da buna nail ola bilməyib. Ümumilikdə isə ərdə olub, sonra isə boşanıb görüntüsü yaratmaq olub ki, bunun da bir adı var ki, o da xəyanətdir. Adət-ənənəyə uyğun olaraq 2000 manat süd pulu, 1500 manat qız toyunun xərcini, 4 bayramda, hər birində 500 manatlıq bayramlıq- 2000 manat, 2000 manat müalicə xərci, 20000 mənəvi ziyanın və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iş üzrə cavabdehin ər evinə gəlin gələnə kimi bakirəliyi pozulmuşdur. Cavabdeh bu eybini gizlətmək üçün onun iki aylıq müalicəyə ehtiyacı olduğunu bildirərək cinsi əlaqəyə girməyə məhdudiyyət yaratmışdır. İki aydan sonra cinsi əlaqə zamanı Şəfanın "qız" olmadığı aşkara çıxarılmış və İddiaçı tələbi ilə valideynləri Şəfanı evlərinə aparmalı olmuşlar. Ər evində olduğu 2 aylıq müddət ərzində ********** nömrəli telefonla gizli olaraq sevgilisi X15 ilə davamlı olaraq mesajlaşaraq birbirlərinə olan sevgilərini dilə gətirmiş, X17 Şəfaya toxunacağından narahat olduğunu bildirərək Əlfağanın başnı qatmağı Şəfaya tapşırmışdır. Şəfa da öz növbəsində Əlfağaya və onun ailə üzvlərinə mənfi münasibətini bildirmişdir. Sevgililərin arasındakı yazışmalarının bir qismi məhkəməyə təqdim olunub. Cavabdeh bakirəliyinin ərə gələndən sonra Əlfağa tərəfindən pozulduğunu bildirmişdir, iddianın maddi və mənəvi ziyanla əlaqədar olduğundan və Şəfanın niyyətinin ailə qurmaq deyil, ərdə olub görüntüsü yaratmaq olduğundan bakirəliyin nə vaxt pozulmasını müəyyən etmək əhəmiyyətli idi. İkinci vəsatətdə də Şəfanın məhkəməyə yalan ifadə verdiyinin təkzibinə yönəlmişdi. Şəfa Xankişiyevə telefonun ona Əlfağanın bacısı qızı tərəfindən verildiyini göstərsə də həmin halı təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilmədi. Əksinə məhkəməyə təqdim etdiyini sübutlardan görünür ki, telefonu Şəfaya sevgilisi X15 verib. X15 hadisədən sonra Əlfağa ilə mübahisə zamanı bildirir ki, Şəfanın bakirəliyi onun tərəfindən deyil, başqa bir şəxs tərəfindən pozulub. Maddi ziyanla bağlı cavabdeh yalnız süd puluna görə 1000 manat aldıqlarını, bayramlarda isə yalnız bir dəfə hədiyyə aldıqlarını göstərdi. Məhkəməyə təqdim etdikləri sübutlarla təsdiq olunur ki, cavabdeh əxlaqı dəyərlərə əhəmiyyət vermir və yalnız onu əşyaları düşündürür. İddiaçı el içində rüsvay olunması barədə ümumiyyətlə düşünmür. X10 çəkdirdiyi şəkil onun mənəvi-əxlaqi kefiyyətlərindən xəbər verir. Baş verənlər nəticəsində iddiaçının el içində rüsvay olması və keçirdiyi həyəcanın miqyasını təsəvvür etmək çətin deyil. Lakin mənəvi zərərin təzahür forması yoxdur və gözlə görünmür. Bu səbəbdən də mənəvi ziyana qiymət verilməsi böyük həssaslıq tələb edir. Əlavə etdiyi bu şəkilin orjinalı məhkəməyə təqdim edilib və işin materiallarında mövcuddur. Şəkildəki oğlan X12r. Onun boynundakı isə cavabdeh Balakişiyeva Şəfadır. Ərə gedib ailə quracağına sevinir. İddiaçının məhkəmədə yalan ifadə verməsi həm də onunla sübut olunur ki, telefonla sevgilisi ilə gizli danışdığından ər evində qalan telefonu tələb etdiyi əşyaların sırasına daxil etməmişdir. Telefonu gizlətməsi və mesajlaşması işin mübahisəsiz halıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı ona qarşı iddiasını qismən qəbul edir. Həqiqətən iddiaçının valideynləri onun babasına 1000 manat süd pulu verib. İlkin olaraq anası 1000 manat az olduğu üçün götürmədi. Atası həmin vaxt evdə olmamışdır. Az sonra atası zəng edərək 1000 manat götürməyi tapşırdı və ata babası 1000 manatı götürmüşdür. Nişanıyla toy arasında cəmi 2 ay vaxt olub. İddiaçının qohumları bu müddətdə cəmi bir dəfə onlara gəliblər, onda 2-3 kq konfet gətiriblər. Nişanla toy arasında olan qısa müddətdə adətən bayramlığa gedilən heç bir bayram olmayıb. (Orucluq, Ramazan, Yeni il və Novruz bayramı, ad günü) hamı yaxşı bilir ki, ancaq yuxarıda göstərilən bayramlarda qız evinə bayramlığa gedirlər. İddia olunur ki, müalicə xərci kimi 2000 manat pul xərclənib. Tamamilə yalandır. Vəkil izahatında göstərdi ki, özəl xəstəxanada müalicənin pullu olmasının əlavə sübuta ehtiyacı yoxdur. Lakin nədənsə onu guya müalicəyə apardıqları özəl xəstəxanaların adlarını deməyi, özəl xəstəxanalarda mütləq şəkildə verilən ödəniş çeklərini məhkəməyə təqdim etməyi unudublar. İddia ərizəsinə verdiyi etirazda göstərdiyi kimi onu cəmi 1 dəfə Şamaxı dövlət xəstəxanasına aparıblar. Dövlət xəstəxanası isə pulsuzdur. Dərman alıblarsa resepti, aptek çekini təqdim etsinlər. Müalicə üçün istədikləri vəsait tamamilə yalan və əsassızdır. Qız toyuna 1500 manat pul vermələri barədə də tələbləri yalandır. Bu barədə məhkəməyə heç bir sübut, şahid təqdim olunmadı və oluna da bilməzdi. Əksinə qız toyuna 80-ə yaxın böyüklü kiçikli adamlarla gəlib 200 manat pul yazdırıblar. 80 nəfər adamın toyda yeyib içdiyi hesablansa, 200 manatdan çox edər. Mənəvi ziyanla əvvəlcə 2500 manat, daha sonra isə 20000 manat tələb isə tamamilə əsassızdır. Əvvəla guya onun bakirə olmamağını, iddiaçının toy axşamı və daha sonra 2 ay yaxın buraxmaması, guya başqa adamla mesajlaşması hallarını iddiaçı ilkin iddiada göstərmişdi və onun göstərdiyi kimi həmin hallar sonrakı məhkəmə iclaslarında aydınlaşmayıb. Həmin ikinci iddia ərizəsi (ikinci iddia ərizəsi deyil, iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə yazılmalı idi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən ikinci iddia ərizəsi verilməsi üçün heç bir əsas olmadığından iddia tələbi artırıla bilməz. Bundan əlavə 2500 manat əvvəlcə, sonra isə 2500 manat mənəvi zərər tələbi, bu da İddiaçı növbəti yalanı və böhtanına əsaslanan tələbdir. Əlfağayla ailə qiran zaman bakirə olmuş, bu hal yengə ifadəsi ilə təsdiq olunur. Əlifağanı 2 ay yaxına buraxmaması da yalandır. Əlfağa evdə olanda hər gecə onunla 3-4 dəfə cinsi əlaqədə olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi şəkildəki oğlan əvvəlki nişanlısı olub. Həmin şəkillər də nişanlı vaxtı çəkdirdiyi şəkillərdir. Telefondan çıxarılan mesajları isə o yazmamışdır. Nə üçün mesajlarda gün, ay, tarix yazılmayıb, çox güman ki, sonradan onun adından mesajlar yazıblar. Əgər o, kiminləsə mesajlaşsaydı, telefonu niyə Əlfağanın evində qoyurdu. İddiaçı mənəvi və ya fiziki iztirab keçirməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Çünki Əlfağanın onun barəsində dedikləri yalan olduğu üçün, o və onun yaxınları heç bir mənəvi iztirab və sarsıntı keçirə bilməz. Əlfağanın belə haqsız olduğunu bilsəydi onunla ailə qurmazdı. Vəkilin çıxışı da iddiaçıya yarınmaqdan başqa bir şey deyil, ümumi sözlərdən ibarətdir və yalandır. İddianın 1000 manat süd pulu hissəsini qəbul edir, iddianın qalan hissəsinin təmin olunmamasını xahiş etdi. X2 ifadəsində göstərdi ki, Əlifağa onun qardaşıdır. Qardaşı Əlfağa ilə Cavabdeh 2022-ci ilin iyul ayında evlənmişlər. Adətə görə süd pulu verilir. O da 2000 manat süd pulunu Şəfanın babasına özü vermişdir. Şəfanın anası pulun məbləğinin az olduğunu dediyinə görə qız toyunda da 1500 manat pulu Şəfanın atasına vermişdir. Qız toyu ilə oğlan toyunun arası 4 ay çəkmişdir. Həmin müddətdə dörd dəfə bayramlıq aparmışlar. Bundan başqa Şəfanı bir neçə dəfə Şamaxı şəhərinə və Sədərək ticarət mərkəzinə geyim və başqa şeylərin alınması üçün aparmışlar, hər dəfə də 500-600 manat pul xərcləmişlər. Şəfa onların evinə gəlin gəldikdən sonra isə tez-tez həkimə gedirdi. Şəfa Əlifağanı iki ay aldatdıqdan sonra bütün bunların səbəbi məlum olmuşdur. X1 ifadə verərək göstərdi ki, qardaşı Əlifağa Cavabdeh ilə evlənmişdir. Onu nişan və toyla evlərinə gəlin gətirmişlər. Şəfa nişanlı olduğu müddətdə dörd dəfə onlara bayramlıq aparmışlar. Qız toyuna köməklik etmişlər, lakin nə qədər olduğunu bilmir. Şəfa onların evinə gəlin gələrkən xalası və bibisi də onunla gəlmişdir. Şəfanın xalası onlarda iki gün qalmış və bunun səbəbini bilmir. Çünki gündüzlər işdə olmuşdur. Şəfa toy gecəsi Əlifağanı yaxın buraxmayaraq ağlamış, səhəri gün isə xəstə olduğunu demişdir. Şəfanın yanında əmisi arvadı gəlmiş, o da səhəri gözləməyərək axşam çıxıb evinə getmişdir. Həmin günün səhəri Şəfanın anası və əmisi onlara gəlmişdir. İki gündən sonra isə onlar Şəfanın anasıgilə getmişlər. X19 şəhərinə Bikəxanim həkimin yanına aparmışlar, həkim isə bakirəliyin yoxlanılması barədə icazəsi olmadığını bildirmişdir. Həmin xəstəxanada işləyən Nəzakət adlı həkim iki dərman yazmış, Rafiq həkim isə uziylə yoxlayaraq heç bir qorxulu xəstəliyin olmamasını onlara demişdir. Şəfanın müalicəsi üçün 1000-15000 manat pul xərcləmişlər. Şəfa onlara gəlin gəldikdə qız olmadığı üçün iki ay onları aldatmışdır. Valideynləri gəlib onu öz evlərinə aparmışlar. X7 ifadə verərək göstərdi ki, Şəfanın xalasıdır. Şəfa gəlin gedərkən Şəfanın bibisi ilə onun yanında yengə kimi getmişlər. Toy gecəsi el adətinə uyğun bakirəliyin nişanəsi olan ağı Əlfağanın bacılarına göstərdikdən sonra səhərə yaxın oradan çıxıb yaşadıqları Xilmilli kəndinə getmişlər. Həmin ağı isə özləri ilə aparıb Şəfanın anasına vermişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınmalı, iş üzrə dindirilmiş şahidlər tərəflərin yaxın qohumları olduqları üçün onların ifadələri tənqidi qiymətləndirilməlidir. Məhkəmə tərəflərin, eləcə də iddiaçı X3 vəkili və nümayəndəsi Vəkil izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddianın maddi ziyan tələbinə dair hissəsi qismən təmin edilməli, mənəvi ziyan tələbinə dair hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı Baloğlanov X5 Şəfa Qalib qızı ilə 2022-ci ilin iyul ayında evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan övladları yoxdur. Əlfağanın qardaşı Əlizadə Baloğlanov tərəfindən Şəfanın babasına 1000 manat süd pulu verilmiş, bir dəfə Şəfanın evinə getmə üçün 250 manat dəyərində xərc çəkmişlər. İddia ərizəsində göstərilən qız toyuna çəkilmiş 1500 manat və müalicə üçün çəkilmiş 2000 manat xərci və mənəvi zərərə görə 20000 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh X9 hərəkətlərinin İddiaçı mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün iddia həmin hissədə təmin edilə bilməz. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı mənəvi iztirab və sarsıntı keçirməsinə görə iddiaçının cavabdehdən mənəvi zərərlə əlaqədar tələb hissəsi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddiaçı Baloğlanov X5 Şəfa Qalib qızının hərəkətlərinin onun psixoloji sarsıntı keçirməsinə səbəb olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadı. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh süd pulu şəkilində verilmiş 1000 manat, bayramlıq və hədiyyə şəklində paltar alınmasına görə 250 manat alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh süd pulu şəkilində verilmiş 1000 manat, bayramlıq və hədiyyə şəklində paltar alınmasına görə 250 manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar