Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-407/2021 23.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş ziyana görə 11216,80 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumu və 20 qəpik xidmət haqqının tutulması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş ziyana görə 11216,80 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumu və 20 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, 23 aprel 2019-cu il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan ** JN *** dövlət qeydiyyat nişanlı QAZ 3307 markalı avtomobil vasitəsi ilə "xxxx" ASC tərəfindən "Avtonəqliyyat vasitələrinin tam sığortası" növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “lveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh1 təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “lveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5713,28 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə ümumilikdə 16216,80 manat məbləğində sığorta ödənişinin “zərərçəkənlərə ödənilməsi qərara alnımış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000,00 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən zərərvurana sığorta şirkətinin ödədiyi məbləğ çıxılmış və 11216,80 manat məbləğinin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.l-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş ziyana görə 11216,80 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 20 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddianı qəbul etmir. Hadisə o, Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyində işlədiyi zaman baş vermişdir. Tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur. İş üzrə cavabdeh Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, müəssisə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin 18 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, HK-1/230 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilmişdir. "xxxx" ASC-nin 24 fevral 2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı “lveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə 16216,80 manat məbləğində sığorta pulu ödənilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “lveco Urbanway” markalı avtomobilə cəmi 16216,80 qəpik ziyan dəymişdir. Cavabdeh123 aprel 2019 il tarixdə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsində verdiyi izahatında baş vermiş hadisənin onun ehtiyatsızlığı nəticəsində baş verdiyini göstərmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlandığı 15 iyul 2020-ci il tarixli 0/297 saylı məktubundan görünür ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində sürücü peşəsində işləyən X1 tərəfindən idarə olunan 10JA247 dövlət nömrə nişanlı QAZ3307 markalı avtomobil vasitəsi ilə 23 aprel 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin 11216,80 (on bir min iki yüz on altı) manat məbləğində vəsaitin bank hesabınıza ödənilinəsi ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ünvanlamış məktuba baxılmışdır. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin maliyyə vəziyyəti çox acınacaqlı halda olduğuna görə məcburi dövlət ödənişlərini ödəyə bilmədiyi üçün müvafiq təşkilatlara külli miqdarda borcu yaranmışdır. Ona görə də məktubda qeyd edilən məbləğin bankın hesabına köçürülməsi imkanları xaricindədir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, 24 aprel 2019-cu il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan ** JN *** dövlət qeydiyyat nişanlı QAZ 3307 markalı avtomobil vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “lveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh1 təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “lveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5713,28 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə ümumilikdə 16216,80 manat məbləğində sığorta ödənişinin “zərərçəkənlərə ödənilməsi qərara alnımış və köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən tərəflərin işdə olan izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “lveco Urbanway” markalı avtomobilə dəymiş zərər üçün ödənilmiş 11216,80 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi və Cavabdeh1 alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** JX *** dövlət qeydiyyat nişanlı “lveco Urbanway” markalı avtomobilə dəymiş zərər üçün ödənilmiş 11216,80 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehlər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyi və Cavabdeh1 alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-407/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-407/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver