Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-412/2024 06.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi X2 İddiaçı Cavabdeh 48000 manat borc məbləğinin, 4800 manat hesablanmış faizin və 234 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh 48000 manat borc məbləğinin, 4800 manat hesablanmış faizin və 234 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edildi ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün iddianın predmetinə uyğun qanunla nəzərdə tutulmuş 248,4 manat dövlət rüsumu ödənilməli olduğu halda onun tərəfindən 234,4 manat dövlət rüsumu ödədiyi məlum olmuşdur. Bununla da Azərbaycan Respublikası MPM-in 149 və 150.1.2-ci maddəsində göstərilən tələblərə riayət edilməmiş, ərizənin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150,152, 263 və 264-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı Cavabdeh 48000 manat borc məbləğinin, 4800 manat hesablanmış faizin və 234 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra cavabdehin yaşadığı yer üzrə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(026)-412/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-412/2024
06.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver