Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-53/2022 07.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X2 iştirakı ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzi olaraq 1655 manat pulun, 1000 manat mənəvi ziyanın əvəzi kompensasiya məbləğinin, 350 manat vəkil xidmət haqqının və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı maddi ziyanın-əvəzi olaraq 2000 manat məbləğində pulun, 2000 manat mənəvi ziyanın əvəzi olan kompensasiya məbləğinin və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzi olaraq 1655 manat pulun, 1000 manat mənəvi ziyanın əvəzi kompensasiya məbləğinin, 350 manat vəkil xidmət haqqının və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı maddi ziyanın-əvəzi olaraq 2000 manat məbləğində pulun, 2000 manat mənəvi ziyanın əvəzi olan kompensasiya məbləğinin və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatında göstərdi ki, cavabdeh Vəliyeva X5 İlhamə Rafiq qızının dayısı X1 qaynanasıdır. İlkin iddiaçının dayısı Hilalla həyat yoldaşı arasında mütəmadi olaraq ailə məişət münasibətləri zəminində mübahisələr baş verdiyindən onlar boşanmaq qərarı almış və bundan sonra Cəmilənin İddiaçıgilə qarşı münasibəti pisləşmişdir. 01 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində İlhamə evin həyətində olarkən təsadüfən zibil qablarının yanına baxan zaman Cəmilənin onun anası Naxışı yerə yıxaraq bədənin müxtəlif nahiyələrindən zərbələr vuraraq döydüyün görmüş və bu zaman Cəmiləni anasından ayırmaq istədikdə Cəmilə yerdən götürmüş olduğu daş parçası ilə İlhamənin üz və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. İddiaçı burnundan qan gəldiyini görən Cəmilə ayrılaraq uzaqlaşmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş dəyişdirilmədən saxlanılan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-175/2021 saylı cinayət işi üzrə 14 iyun 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublika CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 5 (beş) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cavabdeh qarşılıqlı iddiası əsassızdır. Belə ki, hadisədən bir il altı ay sonra sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətin guya ağırlaşması inandırıcı deyil, qarşılıqlı iddiaçı həqiqətən müalicəyə ehtiyacı olduğunu təsdiq edən heç bir sənədi təqdim etməmişdir, onun təqdim etdiyi həkimin göndərişinin heç bir hüquqi əhəmiyyəti yoxdur, eləcə də Cəmilənin aldığı yüngül xəsarətdən görmə qabiliyyətinin zəifləməsini təsdiq edən heç bir sübut təqdim olunmayıb. Cəmilənin maddi və mənəvi ziyan tələb etmək hüququ ümumiyyətlə yoxdur. Belə ki, Sumqayıt şəhər məhkəməsinin hökmü qanuni qüvvəsini almamışdır. Cəmilənin İlhaməni döyməsi nəticəsində İlhamənin burun tənəffüsünün pozulması, burun sümüyünün tam yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin və ucunun sıyrığı, boyunun sol yuxarı 1/3-nin, sol qaşın iç bucağının 4 ədəd, sağ almacıq nahiyəsinin 2 ədəd, sol diz oynağının ön səthinin, sol saidin aşağı 1/3-nin arxa səthinin 9 ədəd, sağ gözün bayır bucağının sıyrıqları kimi xəsarət alması məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. İddiaçı üz nahiyəsinə daş parçası ilə vurulmuş ağır xəsarətlərə və bunun nəticəsində burnundan qan gəldiyinə görə 02 oktyabr 2021-ci tarixdə “Liman" klinikasına həkim “lor”un ambulator müayinəsindən keçmiş və həmin klinikadan arayış almışdır. Müalicə həkimin qoyduğu diaqnoza əsasən (xarici burunun deformasiyası, burun çəpərinin əyriliyi) ona septorinoplastika əməliyyatı məsləhət olunmuşdur. Əməliyyatın qiyməti 1655 manat pul hesablanmışdır. Bu hadisə İddiaçı həyatına mənfi təsir göstərmiş, maddi və mənəvi cəhətdən əziyyət çəkməsinə səbəb olmuşdur. Xarici görünüşdə burnu deformasiya olub və bir qadın üçün bu böyük zərbədir. Bu baş verən hadisə İlhaməni stressə salmış, mənəvi cəhətdən iztirab çəkməsinə səbəb olmuşdur. Hazırda maddi imkansızlıq səbəbindən əməliyyat üçün lazimi vəsaiti yoxdur. İndiyədək də cavabdeh iddiaçıya maddi və mənəvi cəhətdən heç bir dəstək olmamışdır. Cavabdeh maddi ziyanın əvəzi olaraq 1655 manat məbləğində pulun, 1000 manat mənəvi ziyanın əvəzi olan kompensasiya məbləğinin, 350 manat vəkil xidməti haqqının və ödənilmiş 47 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini müdafiə edərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddianı qəbul etmir. Sumqayıt şəhər məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 1(060)-259/2021 saylı hökmü ilə cavabdeh İddiaçı 01 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı Sumqayıt şəhəri, stansiya Sumqayıt qəsəbəsi ərazisində olan evinin yaxınlığında Cəmilənin onun anası X9 ilə mübahisə etməsini görüb onlara yaxınlaşaraq müdaxilə etdiyinə görə İlhamə Cəmilənin bədəninin müxtəlif nahiyələrindən vuraraq ona “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın yumşaq toxumaların əziyi, sol təpə nahiyəsinin hemotoması, alın təpə nahiyəsinin tibinə uyğun qansızması” kimi sağlamlağın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı həmişə Cavabdeh söyərək təhqir etmiş, 21 avqust 2020-ci il tarixdə təxminən saat 10:30 radələrində Sumqayıt şəhər məhkəməsinin qarşısında da Cəmiləni söyüb təhqir etmiş və hədə-qorxu gəlmişdir. Ümumiyyətlə tərəflər arasında olan münasibətlər uzun müddətdir ki, pozulmuş və Cəmilə İlhamə tərəfindən təhqirlərə məruz qalmışdır. Bununla əlaqədar Cavabdeh dövlət orqanlarına çoxlu sayda müraciətlər etmişdir. Kamera görüntülərini tələb etmiş, lakin şikayətinə baxılmamışdır. Sonuncu hadisədə isə polis bu işi uzadaraq sonda Cəmilənin şikayətdən əl çəkmədiyini görüb üstündən 1 ay keçəndən sonra qonşunu öyrədib Cəmiləyə qarşı ərizə yazdıraraq onu də təqsirkar kimi məhkəməyə göndərmiş, məhkəmə isə Cavabdeh barəsində qərar çıxartmışdır. Halbuki məhkəmədən sonra həmin şəxs qonşularin şahidliyi ilə Cəmilənin evinə gəlib etdiyi əmələ görə üzr istəmək əvəzinə yenidən onu təhqir etmişdir. O, da 102 xidmətinə zəng vurub İddiaçı hərəkətləri barədə məlumat vermişdir. İddiaçı heç bir səbəb olmadan onu, ailə üzvlərini söyüb təhqir etməyə başlamış, o da cavab verməyərək polisə və digər dövlət orqanlarına müraciət etmişdir. Polis isə onu həm zərərçəkən, həm də təqsirli edib məhkəməyə vermişdir. Cavabdehin Cəmiləyə qarşı olan iddiasının rədd edilməsi və cavabdeh İddiaçı maddi ziyanın-əvəzi olaraq 2000 manat məbləğində pulun, 2000 manat mənəvi ziyanın əvəzi olan kompensasiya məbləğinin və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddianın təmin və ilkin iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və onların vəkilləri və nümayəndəsinin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Sumqayıt şəhər məhkəməsinin 1(060)-175/2021 saylı 14 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib , aylıq qazancının 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 05 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(060)-527/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-175/2021 saylı 14 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun və zərərçəkmiş şəxsin apelyasiya şikayətləri təmin edilməmişdir. “Liman” klinikasının 01 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 21 oktyabr 2021-ci il tarixdə “Liman” klinikasında həkim “LOR”un ambulator müayinəsində olmuşdur və septorinoplastika əməliyyatının qiyməti 1655 manatdır. İddiaçı 05 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z. Hacıyev küçəsində yerləşən 71 saylı Sumqayıt Regional Vəkil Bürosunun ********** saylı hesab nömrəsinə 350 manat pul köçürtmüşdür. Sumqayıt şəhər məhkəməsinin 1(060)-259/2021 saylı 18 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-305/2021 saylı, 18 iyun 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, 01 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində İddiaçı yaşadığı evin həyətində olarkən Cavabdeh daş parçası ilə onun üz və bədəninin müxtəlif nahiyələrinə vurmuş, İddiaçı onu döyməsi nəticəsində burun tənəffüsünün pozulması, burun sümüyünün tam yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin və ucunun sıyrığı, boyunun sol yuxarı 1/3-nin, sol qaşın iç bucağının 4 ədəd, sağ almacıq nahiyəsinin 2 ədəd, sol diz oynağının ön səthinin, sol saidin aşağı 1/3-nin arxa səthinin 9 ədəd, sağ gözün bayır bucağının sıyrıqları kimi xəsarət alması məhkəmətibb ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. İddiaçı üz nahiyəsinə daş parçası ilə vurulmuş ağır xəsarətlərə və bunun nəticəsində burnundan qan gəldiyinə görə 02 oktyabr 2021-ci tarixdə “Liman" klinikasına həkim “Lor”un ambulator müayinəsindən keçmiş və həmin klinikadan arayış almışdır. Müalicə həkiminin qoyduğu diaqnoza əsasən (xarici burunun deformasiyası, burun çəpərinin əyriliyi) ona septorinoplastika əməliyyatı məsləhət olunmuş, İddiaçı 21 oktyabr 2021-ci il tarixdə “Liman” klinikasında həkim “LOR”un ambulator müayinəsində olmuşdur və septorinoplastika əməliyyatı olunması üçün 1655 manat pul köçürtmüşdür. Bundan əlavə İddiaçı 71 saylı Sumqayıt Regional Vəkil Bürosunun ********** saylı hesab nömrəsinə 350 manat, iddia ərizəsinin verilməsi üçün 47 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı köçürtmüşdür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İlkin iddia üzrə İddiaçı Cavabdeh mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qızından maddi ziyanın-əvəzi olaraq 2000 manat məbləğində pulun, 2000 manat mənəvi ziyanın əvəzi olan kompensasiya məbləğinin və ödənilmiş 60 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən əsaslı sübut məhkəməyə təqdim olunmadığı üçün təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, Cavabdeh 1655 manat maddi ziyan, 350 manat vəkil xidməti haqqı, 47 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınıb İddiaçı verilməlidir. İlkin iddia qalan hissədə təmin olunmamalı və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 1655 manat maddi ziyan, 350 manat vəkil xidməti haqqı, 47 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınıb İddiaçı verilsin. İlkin iddia qalan hissədə və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-53/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-53/2022
07.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver