Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1000/2024 04.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, Ərizəçi İddiaçı nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba rayonu, 2-ci Nügədi bələdiyyəsi cəlb olunmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu 2-ci Nügədi bələdiyyəsi tərəfindən 30 aprel 2003-cü il tarixdə keçirilmiş iclas protokoluna əsasən Quba rayonu 2-ci Nügədi ərazisində ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin 30 aprel 2003-cü il tarixdə keçirilmiş iclasına 10 saylı iclas protokoluna əsasən Quba rayonu 2-ci Nügədi bələdiyyəsi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ala bilmir. Belə ki, 30 aprel 2003-cü il tarixli iclas protokolunda adının düzgün yazılışı «X5» olduğu halda müvafiq olaraq «X6» kimi qeyd edilmiş, bununla da, torpaq sahəsinin ayrılması barədə protokolda yanlışlığa yol verilmişdir. Bu yanlışlığın düzəldilməsi üçün Quba rayonu 2- ci Nügədi bələdiyyəsinə müraciət etsə də, müvafiq cavab verilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, 23 fevral 2024-cü il tarixli məktub ilə torpaq sahəsinin ona aid olmasını müəyyənləşdirə bilmədikləri üçün imtina cavabı verilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi qasmində vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə və Quba rayonu, 2-ci Nügədi bələdiyyəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, iş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarındn görünür ki, İddiaçı məxsus olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətində, şəxsiyyəti təsdiq edən rekvizitlər, şəxsin soyadı “Məmmədov”, adı “Hakim”, ata adı “Məhəmməd” oğlu kimi yazılmış və doğum tarixi xx.xx.1955-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndi qeyd olunmuşdur. Quba rayonu 2-ci Nügədi bələdiyyəsi üzrə 30 aprel 2003-cü il tarixdə keçirilmiş iclasın 10 saylı iclas protokolundan çıxarışa əsasən, Məmmədov “Həkim” Məhəmməd oğluna Quba rayonu 2ci Nügədi bələdiyyəsi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Quba rayon İHB-nın 2-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il 217 saylı arayışdan görünür ki, təqdim olunan şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı hal-hazırda Quba rayonu 2-ci Nügədi kəndində yaşayır və onun istifadəsində 0.08 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün H. Məmmədovun ərizəsi araşdırılan zaman, şəxsiyyəti təsdiq edən sənəddə hüququ sahibinin adı “İddiaçı” olduğu halda, Quba rayonu 2-ci Nügədi bələdiyyəsi üzrə 30 aprel 2003-cü il tarixdə keçirilmiş iclasın 10 saylı iclas protokolundan çıxarışa əsasən, 0,08 ha həyətyanı torpaq sahəsi ərizəyə əlavə olunmuş bələdiyyə qərarında, torpaqların alqı-satqısına dair aktda və digər hüquqmüəyyənedici sənədlərdə Məmmədov “Həkim” Məhəmməd oğlu kimi göstərilmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq planı və ölçüsünün , dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayonu 2-ci Nügədi bələdiyyəsi üzrə 30 aprel 2003-cü il tarixdə keçirilmiş iclasın 10 saylı iclas protokoluna əsasən, İddiaçı Quba rayonu 2-ci Nügədi bələdiyyəsi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış və qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət edilərkən Dövlət arxivinin Quba rayon filialının arxiv arayışında qeyd edilən Aqrar İslahat Komissiyasının qərarında hüquq sahibinin adında uyğunsuzluq olduğu üçün müvafiq çıxarış verilməsindən imtina edilmişdir. Belə ki, hüquqmüəyyənedici sənədlərdə “İddiaçı” adı səhvən “Həkim” kimi qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı şəxsin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmir və hüquqmüəyyənedici sənəddə hüquq sahibinin adı ilə onun şəxsiyyətini təsdiq edən sənəddə və digər sənədlərdəki adı arasında fərq aşkardır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcələnin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləlilə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Quba rayonu 2-ci Nügədi bələdiyyəsi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsinin X1 dair Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin 30 aprel 2003-cü il tarixdə keçirilmiş 10 saylı iclas protokolunun İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Quba rayonu 2-ci Nügədi bələdiyyəsi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsinin X1 dair Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin 30 aprel 2003-cü il tarixdə keçirilmiş 10 saylı iclas protokolunun İddiaçı məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1000/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1000/2024
04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver