Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1056/2020 07.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti- nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.003 manat sığorta ödənişi məbləğinin və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5033 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019- cu il tarixdə saat 12:00 radələrində Ouba – Hacıhüseynli yolu ərazisində Cavabdeh1 ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən icbari siğorta ilə sığortalanmış “Vaz-21061” minik markalı 40-BM- 890 dövlət nömrə nişanlı avtomobili sürücülük sürücülük vəsiqəsi olmadan idarə edərkən yanlış manevr etmiş, nəticədə X11 idarə etdiyi “VAZ-21120” minik markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində **-MJ-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişinlər X12, X7 X1 zərər dəymiş,həmçinin **-MJ-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan vurulmuşdu. Cavabdeh1 barədə ******* № li inzibati protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 332.4- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh növü tətbiq edilmişdi. Qiymətləndirmə aktında göstərilmişdirki, “VAZ-21120” minik markalı,**-MJ-*** dövlət nömrə nişanlı avtomobilə 2753 manat məbləğində maddi ziyan vurulmuşdu. Bunula əlaqədar olaraq, 1437/19, 1438/19, 1439/19, 0763/19 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən zərərçəkənlər; X9, X5, X4, hər birinə 750 manat məbləğində; X14 avtomobilə dəymiş zərərə görə 2753 manat, ümumilikdə 5003 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 hadisə baş verən gün ağır vəziyyətdə olduğunu, həmçinin sürücülük vəsiqəsi olmadan maşını idarə etdiyini etiraf etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AC 560070 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ- 21061” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur, Cavabdeh3 avtomobili etibarnamə əsasında idarə etmişdir. İş materiallarına əlavə olunmuş ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti ilə Cavabdeh3 arasında bağlanan PST********** №li icbari siğorta müqaviləsinə dair məlumata görə “VAZ-21061” markalı **-BM-*** nömrə nişanlı minik avtomobili xx.xx.2018- ci ildə 1(bir) il müddətinə sığorta olunmuş, sığorta məbləği əmlaka və sağlamlığa vurulan zərərə görə 5000 (beş min) manat dəyərində müəyyən olunmuşdu İş materiallarına əlavə olunmuş əmlaka dair qiymətləndirmə aktından görünürki,”VAZ- 21120” markalı **-MJ-*** nömrə nişanlı avtomobilə dəyən zərər umumi məbləği 2753 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris birliyinin xx.xx.2019-cu il tarixli, 167 nömrəli rəyindən görünür ki, 1953-cü il təvəllüdlü X3 bədəni üzərində aşkar olunan xəsarətlər - alnında, qarının ön divarında, sol bazuda və hər iki aşağı ətrafda çoxlu qançırlar küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris birliyinin xx.xx.2019-cu il tarixli, 168 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü X8 bədəni üzərində aşkar olunan xəsarətlər - baş beyin silkələnməsi müşayət olunan alnında solda əzilmiş-cırılmış yara, sol gözünün altında və sağ baldırda öndə qançır, küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris birliyinin xx.xx.2019-cu il tarixli, 169 nömrəli rəyindən görünür ki, 1972-ci il təvəllüdlü X8 bədəni üzərində aşkar olunan xəsarətlər - alnında solda əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən zərərçəkənlər; X9, X5 , X4, hər birinə 750 manat məbləğində, X14 avtomobilə dəymiş zərərə görə 2753 manat, ümumilikdə 5003 manat sığorta ödənişi həyata keçirmişdir Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, “VAZ-21120” minik markalı,**-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2753 manat, zərərçəkmiş şəxslər X9, X5 750 manat və X4 750 manat olmaqla, cəmi 5003 manat məbləğində sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu, 5030 manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “VAZ-21120” minik markalı,**-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2753 manat, zərərçəkmiş şəxslər X9 750 manat, X5 750 manat və X4 750 manat olmaqla, cəmi 5003 manat məbləğində sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu, 5030 manat məbləğində pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1056/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1056/2020
07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver