Məhkəmə qərarları › İş №e-2(027)-1105/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1105/2023

25.04.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1105/2023 25.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinin Maraqlı şəxs cəlb olunmaqla ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2979,75 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 387,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxxx 1953-cü il, doğulduğu yer – AR, Quba rayonu, Timiryazev qəs, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsixxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası, Quba rayonu, Timiryazev bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 387,03 manat, Dövlət Sosial Müdafiə Fonduna 2979,75 manat olmaqla, ümumilikdə 3366,78 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********120100, xx.xx.2023-cü il tarixli **********391800, xx.xx.2023-cü il tarixli **********041000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Göstərilənləri nəzərə alaraq borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi Ədalət Əsədov məhkəmənin elektron portalına yerləşdirilmiş ərizə ilə müracət edərək, hazırki işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Quba rayonu, Timiryazev bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, 3 saylı Ərazi Vergilər idarəsinin rəisi, vergi xidməti müşaviri X4 rayonu, Timiryazev bələdiyyəsinin sədri Maraqlı şəxs (VÖEN: **********) arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 02 iyun 2010-cu il tarixində müqavilə bağlanmışdır. İş materiallarında olan Quba rayonu, Timiryazev bələdiyyəsinin Şəxsi hesab vərəqəsindən göründüyü kimi, bələdiyyənin İcbari Tibbi Sığorta Fonduna 387,03 manat, Dövlət Sosial Müdafiə Fonduna 2979,75 manat olmaqla, ümumilikdə (VÖEN: **********)- 3366 (üç min üç yüz altımış altı) manat 78 (yetmiş sıkkiz) qəpik vergi borcu yaranmışdır. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat” lardan göründüyü kimi, əsas fəaliyyət növü olan “yerli özünüidarəetmə orqanlarının fəaliyyəti” -VÖEN: **********-lə xx.xx.2010cu il tarixdə Azərbaycan Respublikası (İqtisadiyyat Nazirliyi yanında) Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsində qeydiyyatdan keçmişdir. Hal-hazırda rəhbəri Quba rayonu, Timiryazev qəsəbəsində yaşayan Maraqlı şəxsdur. İş materiallarında olan Hüquqi şəxs haqqında məlumat” larda Maraqlı şəxs şəxsiyyət vəsiqəsinin məlumatlarından göründüyü kimi, AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Maraqlı şəxs xx.xx.1953-cü ildə Quba rayonu, Timiryazev qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********120100, xx.xx.2023-cü il tarixli **********391800, xx.xx.2023-cü il tarixli **********041000 nömrəli bildirişlərdən göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən Maraqlı şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və külli miqdarda məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab olunması barədə məlumatlandırılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş idarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq məktubundan göründüyü kimi, Maraqlı şəxs tərəfindən borc ödənilmədiyi təqdirdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borcun ödənilməsini təmin etmək məqsədilə ərizəçi tərəfindən maraqlı şəxsə bildirişlər ünvanlanaraq borcun ödənilməsi dəfələrlə tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmiş və ərizəçi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə müraciət haqda xəbərdar edərək müvafiq ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcun ödənilməsini təmin etmək məqsədilə xx.xx.1953-cü ildə Quba rayonu, Timiryazev qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 355-5.-355-7-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilsin. Dövlət Sosial Müdafiə Fonduna 2979,75 manat, işsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 387,03 manat, cəmi 3366 (üç min üç yüz altmış altı) manat 78 (yetmiş səkkiz) qəpik borcun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri - xx xxxxxx 1953cü il təvəllüdlü, FİN nömrəsi - xxxxxxx, Ş/v: AZE 0*******, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar