Məhkəmə qərarları › İş №e-2(027)-1236/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1236/2025

23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1236/2025 23.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi X2 və vəkili Vəkil iştirakları ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qarşı Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin və Reyestr çıxarışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına Quba regional ASAN Xidmət mərkəzinin nəznində xüsusi notarius X4 tərəfindən xx.xx.2021 il tarixdə verilmiş 2V-829 nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDKRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat, **********65 reyestr nömrələri ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatının (Çıxarışın) və plan ölçü sənədinin ləğv edilməsi barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, onun nənəsi X1 adına DT və XKnın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-213F seriyalı, kod 30321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, onun yəni İddiaçı oğlunun adına Quba rayon notariusu tərəfindən verilmiş 25 avqust 2012-ci il tarixli, 2/021934 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi və DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15 mart 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, **********65 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Quba Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsi ilə təmin edilmiş, X1 adına verilmiş JN- 213F seriyalı, kod 30321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab edilməsi, Quba rayon notariusu tərəfindən verilmiş 25 avqust 2012-ci il tarixli, 2/02-1934 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, İddiaçı oğlunun adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışın və bununla bağlı aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. Qətnamədən onların xəbəri olmamış, qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin qətnamədən xəbər tutaraq apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə verib müddəti bərpa etdirmiş və verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmışdır. Apellyasiya şikayətində Quba Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə cavabdeh olaraq onun, yəni İddiaçı oğlunun apelyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-506/2021, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə şikayətimi qismən təmin etmiş, Quba Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsi qətnaməsi ləğv edilmişdir. Lakin bu qətnamə ilə qanunsuz olaraq onun nənəsinin adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, onun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və Çıxarış ləğv edildiyindən, Cavabdeh adına Quba regional ASAN Xidmət mərkəzinin nəzdnində xüsusi notarius X4 tərəfindən 2V-829 nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında da DƏDKRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Cavabdeh adına Çıxarış verilmişdir. Göründüyü kimi, onun adına daşınmaz əmlakın dövlət reyestrində **********65 nömrə ilə ********** qeydiyyat nömrəli Çıxarışın və nənəsinin adına olan DTXK tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsi barədə JN-213F KOD 30321018 nömrəli Şəhadətnamənin ləğv edilməsi barədə məhkəmə qətnaməsi qanunsuz hesab edilmiş və yuxarı instansiya məhkəmsi tərəfindən ləğv edilmişdir. Bu isə o deməkdir ki, onun nənəsinin Şəhadətnaməsi də, onun çıxarışı da qüvvədədir, bunun əksinə Cavabdeh adına qeydə alınmış hüquqların dövlət qeydiyyatı, həmin torpağın plan ölçü sənədi və vərəsəlik Şəhadətnaməsi qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı oğlunun vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclas iştirakçılarının izahatlarını dinləyib, onların təqdim etdikləri sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: 29 iyul 2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, X3 0,26 ha həyətyanı torpaq sahəsini, yaşayış evini özəl pay torpağınl nəvəsi İddiaçı oğluna vəsiyyət etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,26 ha torpaq sahəsi İddiaçı mükliyyətində olmuşdur. - Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-68 saylı qətnaməsindən görünür ki, X1 adına verilmiş JN-213F seriyalı, kod 30321018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız edilməsi, Quba rayon notariusu tərəfindən verilmiş 25 avqust 2012-ci il tarixli, 2/02-1934 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, İddiaçı adına olan Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarış və bununla bağlı aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-506/2021 saylı qərardaddından görünür ki, Quba Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(027)-68/2020 saylı qətnaməsi ləğv edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,24 ha torpaq sahəsi X5 mülkiyyətində olmuşdur. -xx.xx.2021-ci il tarixli 2V-829 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1979-cu ildə vəfat etmiş X5 vərəsəsi qızı ünvan 1ində qeydiyyatda olan Cavabdeh və o miras əmlakdan 1/1 hissədə pay alımışdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş 30301300 9765, reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,24 ha torpaq sahəsindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,24 ha torpaq sahəsi Cavabdeh mükliyyətindədir. -Azərbaycan Respublikasının Dövlət Toraq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqına 2 v-829 nömrəli, xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,24 ha torpaq sahəsi verilmişdir; - Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-321/2025 saylı qərarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxrışa əsasən mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1ində yerləşən 0,24 ha torpaq sahəsinə dair X5 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr №li hüquqların dövlət qeydiyyatının və çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə baxışında tədqiq olunmuş məhkəmə qərarları ilə müəyyən edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-321/2025 saylı qərarı ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1ində yerləşən 0,24 ha torpaq sahəsinə dair X5 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 Reyestr №li hüquqların dövlət qeydiyyatının və çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edildiyindən, faktiki olaraq hazırda Cavabdeh adına alınmış xx.xx.2021-ci il tarixli çıxarış, ləğv edilmiş və qanuni əsası olmayan çıxarışa əsaslanır. Eyni zamanda Quba rayon məhkəməsinin İddiaçı adına verilmiş vərəsəlik üzrə şəhadətnamənin ləğv edilməsi və çıxarışın ləğv edilməsinə dair xx.xx.2020-ci il tarixli Qətnaməsinin ləğv edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci tarixli qərarları qanuni qüvvə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh adına Quba regional ASAN Xidmət mərkəzinin nəznində xüsusi notarius X4 tərəfindən xx.xx.2021 il tarixdə verilmiş 2V-829 nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamə və DƏDKRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat, **********65 reyestr nömrələri ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatının (Çıxarış) və plan ölçü sənədi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh adına Quba regional ASAN Xidmət mərkəzinin nəzdnində xüsusi notarius X4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2V-829 nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamə və DƏDKRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat, **********65 reyestr nömrələri ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatının (Çıxarış) və plan ölçü sənədi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar