Məhkəmə qərarları › İş №e-2(027)-1566/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1566/2023

25.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1566/2023 25.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.875 (on min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 29 iyun 2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nigaha daxil olmuş, birgə nikah dövründə Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 09 oktyabr 2014-cü il tarixdə Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında ümumi sahəsi 41 m2, yaşayış sahəsi 28.6 m2 və yardımçısahəsi 12.4 m2 olan 2 (iki) otaqlı mənzil almışlar. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)-2574/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən edilmişdir. Ali Məhkəmənin 01 mart 2022-ci il tarixli 2(102)-1389/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)-2574/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. 2014-cü ildən qeyd olunan mənzil X2 iki yüz əlli manata kirayə verilmişdir. 2016-cı ilin aprel ayından cavabdeh uşaqları da götürüb faktiki olaraq ondan ayrılıraq valideynlərinin ünvanına köçmüşdür. Həmin vaxt birgə nikah dövründə əldə edilmiş mənzilə görə kirayə haqqını Aynur Mirzəyeva cavabdehə ödəmişdir. Hətta onun ünvan 6əşən mənzilə yaxınlaşmaq cəhdləri cavabdeh və qardaşı Nicat Kazımov tərəfindən onu təhqir etmələri və ölümlə hədələmələri ilə nəticələnmişdir. Bununla bağlı Quba RPŞ-də araşdırma aparılmışdır. O, 2016-cı ilin aprel ayından həmin mənzildən əldə olunan gəlir payını əldə edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, o, əvvəl Rusiyada yaşamış, lakin 2014-cü ildən hazıra kimi ünvan 6əşən mənzildə yaşayır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 09 oktyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanda uşaqları ilə birlikdə yaşayır. İş materiallarında olan DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Quba şəhəri Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)- 316/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi 05 oktyabr 2021-ci il tarixli 2(105)-2574/2021 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin 01 mart 2022-ci il tarixli 2(102)-1389/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(105)- 2574/2021 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsi 05 oktyabr 2021-ci il tarixli 2(105)-2574/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ünvan 6əşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmişdir. İddiaçı ümumi mülkiyyətdə olan evdə illərdir Aynurə Mirzəyeva adında xanımın 2014-cü ildən qalmasını iddia edərək, kirayə haqqının Cavabdeh ödənilməsini bildirir və həmin mənzildən əldə olunan gəlir payını tələb edir. Cavabdeh isə öz növbəsində qeyd olunanları qəbul etməyərək, ünvan 6əşən mənzildə kirayədə kimsənin qalmadığını bildirmişdir. Mübahisə həlli məqsədilə keçirilmiş yerli baxış zamanı müəyyən edildi ki, ünvan 6əşən mənzildə cavabdehin anası, ünvan 5vanında yerləşən mənzildə Yavər Muradova adında qadın 5-6 aydır ki, kirayədə qalır. Həmin qadından əvvəl ünvan 5vanında yerləşən mənzildə cavabdehin qardaşı yaşamışdır. Qonşuluqda yaşayan Xalidə Əliyeva adında xanım bildirdi ki, o, 30 ildir ki, qonşuluqda yaşayır. Deməsinə görə Cavabdeh İddiaçı ilə birlikdə əvvəl ünvan 5vanında yerləşən mənzili, sonra ünvan 6əşən mənzili almışlar və 2016-cı illərdə Cavabdeh yaşamışdır. ünvan 5vanında yerləşən mənzildə isə kirayəçi X3 1 il 6 aya qədər yaşamışdır. Ondan sonra Cavabdeh qardaşları yaşamışdır. Onun həmin mənzildə kirayə yaşadığı müddətdə kirayə haqqınıda ilk, yəni 5-6 ayını Murada şəxsən verdiyini, daha sonra isə mənzilin kirayə haqqını Rəqsanəyə verdiyini bildirmişdir. X1 deməsinə görə 6 ildir ki, özünə məxsus evdə yaşayır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar