Məhkəmə qərarları › İş №e-2(027)-1637/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1637/2024

30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1637/2024 30.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəlim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına xx.xx.2022-ci il tarixdə ********* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı bildirmək istəyir ki, Quba rayon XDS İK-nın 18 iyul 1968-ci il tarixli qərarı ilə mərhum atası X6 Quba şəhəri, Fətəlixan küçəsində 9-cu kvartalda 1041 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və 1989-cu ildə tərtib edilmiş yaşayiş evinin texniki pasportunda atasının mülkiyyətində 1041 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Atası H.Sultanov xx.xx.2009-cu il tarixdə vəfat etmiş və atasının vəfatından sonra xx.xx.2010-cu il tarixdə Xaçmaz rayon 1 sayli Notariat Kontoruna müraciət edib atası X3 vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və onun ölümündən sonra bütün ona məxsus əmlaklara sahiblik və istifadə edir və hüquqi varisi kimi məhkəmələrdə iştirak edir. Mərhum atası H.Sultanov sağ olarkən Quba rayon Aqrar İslahat Komissiyasınin 05 may 2000-ci il tarixli 05 saylı Qərari ilə 1041 kv.metr torpağın 0,06 ha hissəsinə JN 2538 A KOD 30301004 sayli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir, digər 0,04 ha hissəsinə Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı ilə məhrum atası Hüseyn Sultanova verilmişdir və həmin Qərar hal-hazırda da qüvvədədir. Belə ki, mərhum M.Musayevə Quba rayon XDS iK-nin xx.xx.1989- cu il tarixli qərarı ilə Quba şəhəri, 2-ci kvartalında 0,03 ha həyətyanı torpaq səhəsi ayrıldığı halda o, Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli protokolunda göstərildiyi O.Babaşov və H.Sultanovun həyətyanı sahələrin arxasında göstərildiyi sözlərin saxtakarlıq yolu ilə dəyişdirərək arasında sözü ilə əvəzləşdirmişdir və atasına və ona məxsus 1041 kv.metr torpağın 0,03 ha hissəsini mənimsəmək istəyir və saxtakarlıq yolu ilə öz adına çıxarış almışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi M.Musayevin adina çıxarış verərkən saxtakarlıq edərək ilkin kontur nöqtələrini dəyişdirmiş, M.Musayevə çıxarış verilmişdir. Həmiçinin, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı ilə mərhum atasi H.Sulatova məxsus 0,04 ha torpağın ona verilməsi vəzifəsini DTXK-nın Quba Şöbəsinin üzərinə vəzifə qoymuş və ona 0,04 ha torpağa dair mülkiyyətini təsdiq edən torpağın miqyasına dair kadastr planı verildiyi və həmin torpağın M.Musayevə verilmiş 0,03 ha torpaqla üstüstədüşdüyünü bildiyi halda qanunsuz olaraq Musayevlərə çıxarış vermişdir. Atasına verilmiş xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsində atasının mülkiyyətində 400 kv metr torpaq sahəsi və həmin torpağa yaşayış evi olduğu qeyd edilmişdir, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi idarəsi isə əsassız olaraq faktı bildiyi halda M.Musayevə verilmiş 0,03 ha torpağin kontur nöqtələrini dəyişdirmişdir. Bildirir ki, mərhum M.Musayevə 13 avqust 2010cu il tarixdə DTXK-nın Quba rayon Şöbəsi tərəfindən verilmiş Torpaq sahəsinin Plan və Ölçüsüsənədi ilə həmin sənəd əsasında M.Musayevin adına verilmiş 05 oktyabr 2010-cu il tarixli çıxarışın koordinatlarını müqayisə edərək aşkar olur ki, Torpaq sahəsinin planı və ölçüsüsənədi ilə çıxarışın koordinatları tam fərqlidir, Daşınmaz Əmlakın Dövlət Reyestri saxtakarlıq edərək M.Musayevin adına mərhum atasından ona miras qalmiş 0,04 ha torpağa çixarış vermişdir, halbuki, M.Musayev adına verilmiş 18 noyabr 2009-cu il tarixli torpağın planı və ölçüsü kadastr sənədində qeyd olunan konturlar mərhum atası H.Paşayevin mülkiyyəti olan 1041 kv metr torpaq sahəsindən kənarda yerləşir, əgər həmin sənədlər üzrə ekspertiza keçirilərsə bütün saxtakarlıqlar üzə çıxacaqdır. Mərhum M.Musayevə Quba rayon XDS iK-nin xx.xx.1989-cu il tarixli 7 nömrəli protokolunda 0,03 ha torpağin O.Babasov və H.Sultanovun həyətyanı sahələrinin arxasında ayrılmasi göstərilsə də bu günə kimi həmin protokol X11 filialından tələb edilib araşdırma aparılmamışdır. Həmçinin bir faktı qeyd etmək istəyir ki, mərhum M.Musayevə saxtakarlıq edərək M.Musayevin adına mərhum atasından ona miras qalmiş 0,04 ha torpağa çıxarış vermişdir, halbuki, M.Musayev adına verilmiş 18 noyabr 2009-cu il tarixli torpağin planı və ölçüsü kadastr sənədində qeyd olunan konturlar mərhum atası H.Paşayevin mülkiyyəti olan 1041 kv metr torpaq sahəsindən kənarda yerləşir, əgər həmin sənədlər üzrə ekspertiza keçirilərsə bütün saxtakarlıqlar üzə çıxacaqdır. Mərhum M.Musayevə Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 7 nömrəli protokolunda 0,03 ha torpağın O.Babaşov və H.Sultanovun həyətyanı sahələrinin arxasında ayrılmasi göstərilsə də bu günə kimi həmin protokol X11 filialından tələb edilib araşdırma aparılmamışdır. Həmçinin bir faktı qeyd etmək istəyir ki, mərhum M.Musayevə ayrılmış 0,03 ha torpaq sahəsinin faktiki ölçülərin müəyyən etmək üçün DƏDRX-nin heçbir əməkdaşı onlara həyətə gələrək müayinə aparmayıb, bu hal öz-özlüyündə onu təsdiq edir ki, M.Musayevə verilmiş çıxarış saxtadır və həmin sənəd qanuna zidd üsullarla əldə edildiyindən ləğv edilməlidir. Buna görə də, yenidən məhkəməyə müraciət etməyə məcbur oldu. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. İş üzrə Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək, göstərmişdir ki, bağışlama 2021-ci ildə olmuş, onlar torpağı Simuzər Musayevadan almışlar. Bağışlama müqaviləsi qanuna uyğun şəkildə bağlanmışdır. İddianı əsassız hesab edir, rədd olunmasını xahiş edir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********22 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrinən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,03 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan reyestr nömrəsi **********22 olan, xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə, aşağıdakılara görə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X7 tərəfindən mülkiyyətində olan 0,03 ha torpaq sahəsi Cavabdeh qıına bağışlamışdır. Həmin müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X1 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarış işlənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrini hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisələndirilən çıxarışın saxta olması və etibarsız olması sübut olunmur. İddiaçı da bu halları təsdiq edlən hər hansı sübutu məhkəmə təqdim etməmiş və bununla da idda tələbini əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respubllikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar