Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1668/2022 31.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı Sultanməcid oğlunun cavabdeh Quba Rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmurlarının qanuni məhkəmə qərarlarının (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sairi hərəkətkərinə və ya hərəkətsizlikləri tələbinə” dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Sultanməcid oğlu cavabdeh Quba Rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmurlarının qanuni məhkəmə qərarlarının (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sairi hərəkətkərinə və ya hərəkətsizlikləri tələbinə” dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qoşma hissəsində göstərilən sənədlər əlavə edilməmiş və bu hal Quba Rayon Məhkəməsinin dəftərxana işçiləri tərəfindən tərtib edilmiş akt ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı Sultanməcid oğluna ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152.1.1,152.1.5, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Sultanməcid oğlunun cavabdeh Quba Rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmurlarının qanuni məhkəmə qərarlarının (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sairi hərəkətkərinə və ya hərəkətsizlikləri tələbinə” dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Sultanməcid oğluna izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1668/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1668/2022
31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver