Məhkəmə qərarları › İş №e-2(027)-1731/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1731/2022

03.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1731/2022 03.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icra məmurlarının qanuni məhkəmə qərarlarını (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sair hərəkətlərinə və ya hərəkətsizlikləri” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beş ildir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə övladlarıyla ünsiyyətdə olmaq hüququnun icra məmurlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən icra edilməməklə, övladlarına ata nəvazişi, ata qayğısı göstərməkdən məhrum edildiyi üçün, ona dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat konpensasiyanın Cavabdehndən alınaraq ona ödənilməsi; Cavabdeh icra məmurlarının saxta aliment hesablamaları ləğv edilərək, faktiki aiiment borcunun 2021-ci ilin dekabr ayı üçün 2.820 manat təsdiq edilərək, həmin məbləğə uyğun məcburetmə qaydasında hesablanması; Rayon İcra və Probasiya Şöbəsinin qanunsuz əməlləri nəticəsində pozulmuş hüquqlarının bərpası istiqamətində çəkdiyi məhkəmə xərclərinin hesablanaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017 tarixli iş N2(027)-1417/2017 saylı qətnaməsi və həmin qətnamənin xx.xx.2017-ci il tarixdə Cavabdehnə daxil olaraq, müvafiq icra sənədi əsasında, hər həftənin şənbə-bazar günləri saat 14:00-dan 16:00dək övladlarıyla görüş vaxtı müəyyən edilərək, icraata alınıb. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(105)-19/2021 saylı icra sənədinin Cavabdehndə xx.xx.2022 tarixində qeydiyyata alınaraq 54374/2022-13- nömrəli icra işinə əsasən, hər həftənin şənbə və bazar günləri saat 10:00 -dan 16:00 -dək övladlarıyla cavabdehin iştirakı olmadan görüş vaxtı müəyyən edilərək, icraata alınıb. Qətnamə çıxan ilk gündən bu günədək həmin, işlər üzrə cavabdeh X12 məhkəmə qətnamələrinə məhəl qoymayarq, hər dəfə görüş vaxtı gələndə telefona cavab vermir, görüşü başqa vaxta dəyişir. Hərdən görüş baş tutanda görüşdə zorla özüdə iştirak edir, görüş prosesinə maneçilik törədir,əsassız mübahisələrə cəhdlər edir. Hərdən öz nəzarəti altında baş tutan görüşlərin foto və videosunu çəkərək guya onun üçün görüşə şərait yaratdığını deyir, o isə icra sənədinin tələbinə uyğun olaraq, cavabdehin iştirakı olmadan övladlarıyla görüşmək istəyir.Cavabdeh övladlarını ona göstərməkdən yayınmaq üçün bütün vasitələrə əl atır. Bununla yanaşı övladlarına da böyük psixoloji travma vermiş olur. İcra məmurları isə, bu qanunsuzluqlara göz yumaraq, heç bir qanuni tədbir görmür və rəsmi etiraz, müraciət və təkliflərinə də cavab vermirlər. Dəfələrlə Cavabdehnə rəsmi müraciətlər, etirazlar, təkliflər və şikayətlər etsə də, icra və probasiya şöbəsi bu müraciətlərə məhəl qoymayaraq, öz hərəkətsizliyini davam etdirməklə, cavabdehin qanunsuz əməllərinə şərait yaradırlar. Cavabdeh xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 06.2021 tarixli 2( 105)-1719/2021 saylı icra sənədinə əməl etməməsi, icra məmurunun qanuni vəzifə borcunu yerinə yetirməməsi hallarını sübuta yetirən kifayət qədər dəlilləri var. Ona məxsus nəqliyyat vasitəsində uşaqla ünsiyyət zamanı R. Kazımovanın insident yarataraq daşla avtomobilinin şüşəsini sındırması, təpiklə nəqliyyat vasitəsinə bir-neçə zərbə endirməsi barədə video görüntülü disk və foto şəkil var. Həmin disk fotoşəkillərlə birgə Cavabdehnə təqdim edilməklə, məsələnin nəzarətdə saxlanması və uşaqların R.Kazımova tərəfindən psixoloji travma almasının qarşısının alınması və məsələyə həssas yanaşmalarını xahiş edib. Bundan başqa Quba Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli iş 3(027)-1000/2021 saylı Qərarı ilə barəsində AR İXM-nin 528.1 -ci maddəsi ilə 10 (on) gün müddətində inzibati həbs tətbiq edilib. Baxmayaraq ki, o Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2497/2017 saylı icra sənədi əsasında xx.xx.2017-ci il tarixindən - xx.xx.2020-ci iltarixinədək tələbkar Rəqsanə Kazımovanın xeyrinə 3960 manat məbləğində aliment ödənişi edib. Həmin məbləği qeyd edilən tarixlərdə aylar üzrə bölüşdürsə, hər ay üçün 120 (yüz iyirmi) manat təşkil edir. Bu məbləğ 2(027)-2497/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə onun iş materialına təqdim etdiyi gəlirlər əsasında təyin edilib. Belə ki, həmin tarixdə o AR KTN Meyvəçilik və X21 İnstitutunda mütəxəssis vəzifəsində işləməklə vergilər çıxıldıqdan sonra 180 manat civarında əmək haqqı allıb. Məhkəmə qətnaməsində əmək haqqının AR Ailə Məcəlləsinin 76.1.2.2ci maddəsinə uyğun olaraq 1/3 hissəsini və əlavə 60 (altımış) manat sabit pul məbləğinin tutulması qət edilmişdir. Quba Rayonu icra və Probasiya Şöbəsi həmin məbləğin cəminin 120 (yüz iyirmi) manat olduğunu bildirmişdir. İcra məmurunun icra sənədi əsasında hesabladığı aliment məbləğini icra sənədinin qüvvəyə mindiyi tarixdən xx.xx.2020-ci il tarixinədək, tələbkarın övladlarıyla ünsiyyət hüququnun təmin etməməsinə baxmayaraq, onun tərəfindən tələbkar Rəqsanə Kazımovanın xeyrinə mütəmadi qaydada ödənilib. Aliment öhdəliyini icra etdiyi tarixlərdə nə tələbkar, nə də icra məmuru tərəfindən ödədiyi aliment məbləğinin az və ya çox olması barədə ona hər-hansı formada bildiriş və ya xəbərdarlıq təqdim edilməmişdir. Quba Rayonu icra və Probasiya Şöbəsi tərəfindən 02 dekabr 2021-ci il tarixli iş 3(027)-1000/2021 saylı iş materialına da, belə bir sənəd təqdim edilməmişdir. Belə olan təqdirdə ona heç-bir məlumat verilmədən icra məmurunun nəyə əsasən və hansı formada aliment borcumun 9070,6 manat hesablaması onun üçün müəmmalı qalıb. Onsuzda yay aylarında alimentin sabit pul məbləğində olan hissəsini min bir zəhmətlə ödəyib, qış aylarında isə faktiki olaraq yaxınlarından borc alaraq həmin hissəni ödəyib. Əvəzində isə Rəqsanə Kazımova müxtəlif bəhanələr edərək övladlarını ona göstərməkdən yayınıb, görüş zamanı insidentlər törədib. Bu barədə Quba Rayonu İcra və Probasiya Şöbəsinə dəfələrlə şikayət və etiraz məktubları ilə müraciətlər etsə də, icra məmuru tərəfindən heç bir tədbir görülməyib; İcra məmuru Nurəddin Əmrullayev məhkəməyə onun ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat məbləğində aliment ödədiyini bildirdiyi halda, onda 3960 (üç min doqquz yüz altımış) manat məbləğində tələbkarın xeyrinə aliment ödənişi etməyi barədə qəbzlər mövcuddur. Belə çıxır ki, icra məmuru dörd aylıq aliment ödənişini mənimsəməklə və onun aliment yükünü artırmaqla Rəqsanə Kazımovanın marağına xidmət edir. Bu yolla əlbir olub onu çıxılmaz vəziyyətə salmaq və övladlarını ondan ayrı salma niyyətində olduğuna əsaslı şübhələri var. Baxmayaraq ki, həmin məbləğin özü də bir az şişirdilib 01 aprel 2020-ci il tarixindən bəri aliment öhdəliyini icra edə bilməməsinin əsas səbəbi fəaliyyət göstərdiyi “Fəsil Turizm’’ WC tərəfindən əmək hüquqlarını pozaraq əmək haqlarını mənimsəməsi və bunun nəticəsində üzərinə düşən aliment incəliyini yerinə yetirə bilməməsidir. Öhdəliyini yerinə yetirə bilmədiyi üçün "xxxx" MMC-ni məhkəməyə verib- kassasiya mərhələsində icraatdadır; Dəfələrlə Cavabdehndən məhkəmə qətnaməsini icra edərək, övladlarıyla ünsiyyət hüququnun təmin edilməsi istiqamətində köməklik göstərmələrini tələb etsə də, icra məmurları ona sifarişlər verərək, müxtəlif vaxtlarda ondan qonaqaqlıq, yaxınlıqdakı çay evindən mürəbbəli çay, dolayısı yollarla onlara pul verməyini və digər sifarişlər, hədiyyələr və sair almağını tələb ediblər. Mənə acıq-aşkar bildirirdilər ki, dövlətdən aldıqları məvacib onların yalnız işə gəlib-getmələri üçündür, iş görmələrini istəyirsə haqq ödəməlidir. Hətda, sonuncu dəfə Cavabdehnə dəvət olunarkən, görüş zamanı “məsələni necə həll edək?" deyərək ondan təklif gözləyiblər. O isə, qarşı tərəflə icra məmurları tərəfindən söhbətlər aparılaraq övladlarıyla maneeəsiz görüşə razılıq olacağı təqdirdə, mənzil payının alimentə yönləndirilmək yolu ilə, məsələnin bütün istiqamətlərdə həllinin tapılması üçün ona köməklik göstərmələrini bir daha xahiş edib. Lakin, icra məmurları “bu sənin öz problemindir” deyəırək ona köməklik ;göstərməkdən imtina ediblər. Həmçinin 11 avqust 2021-ci il tarixli başda cənab Prezident olmaqla Ədliyyə Nazirliyi və digər instansiyalara valideynlik hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar şikayət məktubuna cavab olaraq, İcra Baş İdarəsindən 26 avqust 2021-ci il tarixli məktub zərfinin içindəki məktubun 17 iyul 2021-ci il tarixi ilə qeyd etməklə, İcra Baş İdarəsi guya onun haqlı şikayətini qabaqlamış kimi özünü sığortalamağa cəhd edib. Sadalanan hallardan bir daha aydın olur ki, işi icraata alan Quba rayonu İcra və Probasiya Şöbəsi və icra mərmuru Nurəddin Əmrullayev üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməmiş, işində bir sıra ciddi nöqsanlara yol vermişdir. Nəticədə onun aliment borcu reallıqda olduğundan üç dəfə artıq göstərilmişdir ki, bu da onun on günlük həbsiylə nəticələnmişdir. Əgər icra məmuru məbləği doğru göstərsəydi, birgə nigah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ünvan 2ə uyğun olaraq həmin mülkiyyətin 1/2 hissəsinə onun üçün pay müəyyən edildiyi və Rəqsanə Kazımovanın övladlarıyla maneəsiz sərbəst şəkildə görüşünə maneçilik törədməyəcəyi təqdirdə həmin payın aliment öhdəliyinə yönəldilərək birdəfəlik həll edilməsi barədə qarşı tərəflə razılıq əldə olunardı. İcra məmurunun saxtakarlığa və qeyri-peşəkarlığa yol verərək aliment borcunu üç dəfədən artıq şişirtməsi səbəbindən o həbs edilib, qarşı tərəf isə övladları ona göstərməyərək maneələr törətdiyi üçün beş yüz manat məbləğində cərimə edilib, icra məmuru vəzifə layiqincə yerinə yetirsəydi və məhkəmədən vaxt istəsəydi, qarşı tərəflə onun arasında razılıq əldə etmək mümkün olardı. Bununla həm öviadlarıyla ünsiyyət hüququ bərpa olunardı, həm də aliment öhdəliyi birdəfəlik öz həllini tapardı. Güman edirə ki, icra məmuru problem yaratmaqla, qarşı tərəfdən maddi maraq məqsədi güdür. Bu səbəbdən Quba Rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru X2 qeyri-peşəkarlıq və işində yol verdiyi ciddi nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını tələb edir. Cavabdeh qanunsuz əməlləri, hərəkətsizlikləri və səhvləri nəticəsində ona dəymiş mənəvi zərər və konpensasiyanın ödənilməsi üçün sadalanan faktlar bir daha təsdiq edir ki, Cavabdeh ona qarşı qərəzli mövqe nümayiş etməklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə məhəl qoymadan övladiarıyla ünsiyyətdə olmağı üçün, üzrərinə düşən vəzifə borcunu yerinə yetirməyib. Cavabdeh bu qanunsuz hərəkətlərindən və ya hərəkətsizliyindən illərdir ki, mənəvi sarsıntılar keçirir. Bunun günahkarı isə Cavabdeh və icra və probasiya şöbəsinin kollektividir! Həmin zərərin ona dəymiş hissəsinin doxsan doqquz min manat dəyərində qiymətləndirir və kompensasiya ödənilməsini 16 aprel 2022 tarixli Cavabdehnə yazdığı ərizədə təklif edib. Həmçinin, 05 mart 2022-ci il tarixli Sumqayıt inzibati Məhkəməsində qaldırdığı idia ərizəsində tələb edib. Lakin, Sumqayıt inzibati Məhkəmənin 20 aprel 2022-ci il tarixli, e-2-1(118)- 1341/2022 saylı qərardada əsasən mülki qaydada iddia qaldırmalı olduğu əsaslandırılır. Bunu nəzərə alaraq, həmçinin mülki qaydada verilən iddiaya görə iddia məbləğindən asılı olaraq, tətbiq edilən dövlət rüsumunun da müvafiq qaydada artdığını nəzərə alaraq, yüz səksən manat dövlət rüsumu ödəmək imkanındadı. Bu isə həmin rüsuma düşən kompensasiya məbləğin iyirmi min manat dəyərində tələb etmək hüququ yaradır. Cavabdeh qanunsuz əməlləri, qəsdən və ya qeyripeşəkarlığları nəticəsində hüquqlarını pozmaları, eləcə də aliment borcumu səhv hesablamaları və sair hərəkətləri və ya hərəkətsizliklərinə görə həbsdə olduğu zaman, həbsiylə barışmadığını, mənəvi iztirab çəkməyi, psixoloji sarsıntılar keçirməyi, qanunsuz həbsiylə barışmaz mövqe sərgiləyərək, aclıq elan etməklə, həyatını risq altına atıb, icra məmurlarının qanunsuz əməlləri nətiçəsində aclıq etməklə özünə qəsd həddinə çatdırmaq və haqsızlıq nəticəsində həyatın lazımsız və mənasız olduğunu zənn etmək və sair əzablara düçar olub. Bunun günahkarı isə yenə də Cavabdeh kollektividir! Bu səbəbdən göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəməyə etiraz ərizəsi təqdim edərək, ərizədə göstərmişdi ki, İddiaçı Solatanməcid oğlunun Cavabdehnə qarşı qaldırdığı iddia tamamilə əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017- ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində aliment pulunu X11 verməsi barədə Quba Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli, 2(027)-2497 saylı qətnamə qəbul etmişdir. Həmin qətnaməyə əsasən verilən icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmiş və İddiaçı qanuna müvafiq qaydada aliment ödəməsi barədə bildiriş verilmişdir. Sonradan aliment pulunun miqdarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629 saylı qətnaməsinə əsasən dəyişdirilmiş, İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021 -ci il tarixdən başlanaraq hər uşağa 130 manat olmaqla, iki uşağa görə 260 manat sabit məbləğdə müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2017ci il tarixdən xx.xx.2021 -ci il tarixinədək hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və əlavə olaraq hər ay hər 60 manat sabit pul məbləğində aliment ödəməlidir. İddiaçı həmin tarixədək faktiki olaraq 3480 manat aliment pulu ödəmişdir. Halbuki, o, 12905 manat aliment pulu ödəməli idi. İddiaçı 2017-ci ilin may ayından həmin ilin oktyabr ayınadək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 labaratoriyasında mütəxəssis vəzifəsində işləmiş və xx.xx.2017-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Daha sonra, İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də Golf şöbəsinə Yaşıllaşdırma üzrə mütəxəssis vəzifəsinə işə düzəlmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı işlədiyi yuxarıda adları qeyd olunan təşkilatlardan əldə etdiyi əməkhaqqı cədvəllərinə və işləmədiyi dövrlərin ölkə ərazisində müəyyən edilmiş orta əməkhaqqı miqdarı Quba statistika idarəsindən alınan məlumatlar əsasında hesablanmışdır. Hesablamaların nəticəsi etibarı ilə İddiaçı xx.xx.2021 -ci il tarixinə 9425 manat ödənilməmiş borcu qalması müəyyən edilmişdir, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi İddiaçı uşağların saxlanılması üçün təyin olunmuş aliment pulunu tələbkarın xeyrinə ödəməmiş və nəticədə 3380 manat borc yaranmışdır. Ümumilikdə hər iki qətnamə üzrə İddiaçı 12805 manat aliment borcu mövcuddur. Əlavə olaraq bildirir ki, yaranmış aliment borcu ilə bağlı İddiaçı barəsində xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilib, aidiyyəti sənədlərlə birlikdə baxılması üçün Quba Rayon Məhkəməsinə təqdim edilmişdir, inzibati protokolun məhkəmə baxışı zamanı bütün əlavə edilmiş sənədlər təhlil edilmiş və İddiaçı –Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-1417 saylı icra sənədinə əsasən İddiaçı uşaqları 30 oktyabr 2014-cü il tarixdə doğulmuş X18 və 23 dekabr 2015-ci il tarixdə doğulmuş X19 ilə ünsiyyətdə olması üçün hər həftə şənbə və bazar günləri saat 14:00-dan saat 16:00- a kimi görüş vaxtı müəyyən edilmşdir. Qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixində şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda iş üzrə tərəflər şöbəyə dəvət olunaraq, onlara bu işlə bağlı hüquq və vəzifələri, həmçinin icra sənədində qeyd olunan tələblərə əməl etmədikləri təqdirdə daşıyıcaqları məsuliyyət ətraflı izah edilmişdir. Bundan sonra tələbkar İddiaçı mütamadi olaraq icra sənədində təyin olunan vaxtlarda uşaqları ilə görüşməsi üçün cavabdeh tərəfindən şərait yaradılmışdır. Tələbkar İddiaçı xx.xx.2019-cu il tarixdə şöbəyə müraciət edərək son vaxtlar uşaqları ilə görüşərkən cavabdeh Rəksanə Kazımova ilə aralarında insident yaşadıqları barədə məlumat vermişdir. Bu səbəbdən iş üzrə cavabdeh Rəksanə Kazımova xx.xx.2019-cu il tarixdə şöbəyə dəvət edilmiş, ona tələbkar tərəfindən aralarında yaranmış insident barədə verdiyi məlumat nəzərinə çatdırılmış və ondan müvafiq izahat tələb olunmuşdur. Borclu izahatında heç bir insident baş vermədiyini, İddiaçı məhkəmə qərarı ilə təyin olunmuş vaxtlarda uşaqlarla ünsiyyət qurması üçün şərait yaratdığını göstərmiş və sübüt kimi bir neçə foto-şəkil təqdim etmişdir. Məsələnin obyektiv araşdırılması məqsədi ilə icra sənədi üzrə hər iki tərəf, uşaqlar və aidiyyəti dövlət orqanları xx.xx.2019-cu il tarixə təyin olunmuş icra tədbirinə rəsmi dəvət edilmişdir. İş üzrə tələbkar İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədinə izah verilməsi üçün ərizə ilə məhkəməyə müraciət olunmasını və izah ərizəsinə məhkəmə tərəfindən cavab verilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Tələbkarın xahişini nəzərə alaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-1417 saylı icra sənədinin nəticə hissəsinə izah verilməsi üçün xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət olunmuş və iş üzrə icraat xx.xx.2019-cu il tarixli qərarla dayandırılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarxli, 2(027)-1417 saylı qətnamədə göstərilən uşaqlarla ünsiyyət zamanı borclu X9 iştirakı olmadan görüşmənin mümkün olması kimi izah edilmişdir. Həmin qərardadan borclu R.Kazımova verdiyi şikayətə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(105)-3634 saylı qərardadı ilə ləğv olunmuşdur. Buna baxmayaraq tələbkar İddiaçı məhkəmə qərarı ilə təyin olunmuş vaxtlarda uşaqlarla görüşməsi təmin edilmiş və bu barədə tələbkar İddiaçı müxtəlif tarixlərdə ərizələr alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi icra Baş İdarəsinin xx.xx.2020-ci il tarixli müvafiq göstərişinə əsasən məlum infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində elan olunmuş karantinlə bağlı uşaqla ünsiyyət tələblərinin icrası virtual qaydada (videozəng) təşkil edilməsi tapşırılmışdır. Yaranmış zərurətlə bağlı tələbkar M Əliyev xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət edilmiş və ona uşaqlarla ünsiyyətin virtual qaydada (videozəng) vasitəsi ilə həyata keçiriləcəyi barədə məlumat verilmişdir Lakin İddiaçı uşaqlarla ünsiyyətin virtual qaydada həyata keçirilməsindən imtina etmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş növbəti dəfə uşaqlarla ünsiyyətin müvəqqəti olaraq yalnız virtual qaydada həyata keçiriləcəyi barədə tələbkar İddiaçı şəxsən imza etdirilməklə xx.xx.2020-ci il tarixdə bildiriş verilmiş və bu işlə bağlı icra məmuru N.Əmrullayevlə əlaqə saxlanılması izah edilmişdir. Lakin, İddiaçı uşaqlarla virtual qaydada ünsiyyət qurmaq üçün əlaqə saxlamamış və xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək uşaqlarla videozəng vasitəsi ilə ünsiyyət qurmaqdan imtina etdiyini bildirmişdir. Bundan sonra iş üzrə tərəflər xx.xx.2021 -ci il tarixdə şöbəyə dəvət edilmiş, tələbkar İddiaçı uşaqlarla ünsiyyət qurmaq üçün lazımi şərait yaradılmış və təxminən görüş 3 saatdan artıq davam etmişdir. Həmçinin tələbkar İddiaçı şöbəyə ərizə ilə müraciət edərək uşaqlarla kifayət qədər ünsiyyət qurması ilə bağlı ona yaradılmış şəraitə görə öz minnətdarlığını bildirmişdir. Eləcə də tələbkar İddiaçı növbəti dəfə şöbəyə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində şöbənin icraatında onun tərəf olduğu uşaqla görüş tələbi ilə bağlı icra sənədinin icrası ilə əlaqədar Cavabdehndən şikayət və tələbinin olmadığın göstərmişdir. Daha sonra xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müvafiq icra tədbirləri həyata keçirilmiş, tələbkar İddiaçılə adıçəkilən uşaqların ünsiyyətdə olmaları üçün şərait yaradılmışdır. Lakin, uşaqlar ataları İddiaçılə ünsiyyət qurmaqdan imtina etmişdirlər. Bu hal aktlaşdırılmış, icra prosesində iştirak edənlər və tərəflər akta imza etmişdirlər. Tərəflərin razılığı ilə növbəti uşaqla ünsiyyətin təmin edilməsi məqsədi ilə xx.xx.2021 -ci il tarixə icra tədbiri təyin edilmiş və həmin gün tələbkar İddiaçılə adıçəkilən uşaqların ünsiyyətdə olmaları təmin edilmişdir. Növbəti uşaqla ünsiyyətin təmin edilməsi məqsədi ilə xx.xx.2021 -ci il tarixə icra tədbiri təyin edilmişdir. Qeyd olunan icra tədbiri ilə bağlı, tərəflər xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, tərəflərə öncədən rəsmi məlumat verilməsinə baxmayaraq, borclu R. Kazımova icra tədbirinə gəlməmişdir. Borclu R.Kazımova xx.xx.2021 - ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmış və barəsində inzibati protokol tərtib olunaraq Quba Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin xx.xx.2021- ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Hazırda bu işlə bağlı tədbirlər davam etdirilməkdədir. Fakti olaraq Azərbaycan Respublikası adından çıxarılmış icrası davam edən məhkəmə qərarları hərəkətsiz saxlanılmamış və mütamadi olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Beləliklə hesab edir ki, İddiaçı iddiası və müxtəlif instansiyalara etdiyi şikayətlər yalnız aliment ödəməkdən yayınmağa və cinayət məsuliyyətdən boyun qaçırtmağa xidmət edir. Həmçin o, əsassız iddialarla müraciət etməklə məhkəmənin və icra qurumunun mühüm fəaliyyətini məşğul edir. Göstərilənləri nəzərə alaraq, Quba rayonu İcra və Probasiya Şöbəsinə qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İddiaçı Cavabdeh nümayəndəsi X2 etiraz ərizəsiylə əlaqədar məhkəməyə ərizə təqdim edərək, ərizədə göstərmişdir ki, etirazla razı deyildir. Belə ki, etirazda qeyd edilir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017 tarixli 2(027)-2497/2017 saylı icra sənədinə əsasən qazancının 1/3 hissəsi və hər uşaq üçün 30 manat olmaqla, ümumilikdə 60 manat sabit pul məbləğində aliment tutulur və o həmin tələbi qismən yerinə yetirmişdir. Lakin, iş materialına təqdim etdiyi rəsmi gəlir cədvəlindən aydın olur ki, vergilər çıxıldıqdan sonra, o aldığı 180 manat məvacibin 1/3 hissəsini və 60 manat sabit pul məbləğini - ümumilikdə 120 manat pulu stabil olaraq qeyd edilən tarixdən 2020ci ilin aprel ayınadək ödəyib. Həmin müddət ərzində nə tələbkar, nə də icra məmurları tərəfindən öhdəliyi qismən yerinə yetirməyi barədə hər-hansı bildiriş və ya etiraz ona, eləcə də hazırkı iş üzrə məhkəməyə təqdim edilməyib. O da öz növbəsində məhkəmə qətnaməsinə uyğun qaydada ödəniş edib. Etirazda onun 3480 manat məbləğində aliment ödəməyi barədə qeydə qəldikdə, həmin qeydin yalan olduğunu sübut edən iş materialına 3960 manatlıq ödəniş qəbzi təqdim etmişdir. Onda olan ehtimala əsasən icra məmurlarının onun aliment ödənişini azaltmaqda əsas məqsəd, tələbkarla əlbir olub aliment yükünü qanunsuz artırmaqla, birgə mənimsəmək niyyəətində olduqlarına əsaslı şübhələri var. Belə ki, icra məmuru Quba Rayon Məhkəməsinə inzibati protokol tərtib edərkən, ilk növbədə Kapital Bank ASC-yə tələbkarın aliment ödənişi üçün olan bank rekvizitlərinə sorğu göndərməklə, onun ödəniş qrafikini və ödəniş məbləği barədə dəqiq məlumat əldə etmək imkanına malikdir. İcra məmuru protokol tərtib edərkən, bank və kredit təşkilatlarına sörğu verdiyini etiraf edir , lakin icra məmurunun sorğuya uyğun hesablama aparmadığının səbəbi bəlli deyil. Cavabdeh övladlarıyla ünsiyyətlə bağlı problemin olmadığını qeyd etsə də, tərəfindən iş materialına təqdim edilən Quba Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 3(027)-999/2021 saylı qərarı, Quba RPŞ-in HK-1Y2307 saylı qərarı, borclunun insident yaradaraq, görüşə maneçilik etməsi barədə video görüntülü disk, icra tədbirinə gəlmədiyi barədə Cavabdeh tərtib etdiyi 3 ədəd akt, AR Ədliyyə Nazirliyinin xx.xx.2019 tarixli xx/xx-4174, xx.xx.2019 tarixli 04/Ə-191, xx.xx.2019 tarixli 0217-5657 nömrəli məktublardan açıq-aydın icra sənədlərinin icra edilmədiyi təsdiqlənir. Lakin bu sübutlara baxmayaraq, icra məmurları israrla bu faktları təkzib edir, qarşı tərəfi xüsusi can-fəşanlıqla müdafiə edir. Bu səbəblərdən icra məmurlarının bu məsələdə müəyyən marağının olduğuna əsaslı şübhələri var. Entimal edir ki, Cavabdeh icra məmurları qarşı tərəf olan borclu Rəqsanə Kazımova ilə qeyri-prosessual əlaqəyə girməklə onun maraqlarına xidmət ediblər. Əks təqdirdə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(105)-1719/2021 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022 tarixli 2(105)-2574/2022 saylı və Quba Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 2(027)-456/2021 saylı icra sənədlərinin bu vaxtadək icra edilməməsinin səbəbləri icra məmurları tərəfindən izah edilərdi və ya icra edilərdi. İcra məmurunun övladlarının onunla ünsiyyətdən imtina etməsinə dair akta əlavə qeyd edərək görüşün baş tutduğunu, lakin borclunun müdaxilə etdiyinə etiraz edib və psixoluqun da borclu ilə qeyri-prosesual ələqədə olduğuna etiraz edərək, başqa psixoloqla əvəz olunmasını tələb etmişdir. Həmçinin, 2021ci ilin avqust ayında bir dəfə uşaqla ünsiyyətdə olmağı, aylarla fasilədən sonra il ərzində 2-3 dəfə təşkil edilən icra tədbirlərində cəmi bir-iki saatlıq ünsiyyət, icra sənədinin icra edilməsi anlamına gəlməməlidir. Quba Rayon Məhkəməsinin xx.xx.2021 tarixli 3(027)-999/2021 saylı qərarı da bir daha təsdiq edir ki, icra sənədi icra edilmədiyi üçün borclu R. Kazımova AR İXM 528.1 maddəsi ilə 500 manat cərimə edilmişdir. İcra sənədi icra edilsəydi, müvafiq qərarla cavabdeh cərimə edilməzdi. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2( 105)-1719/2021 saylı icra sənədinin icraata başlanılması qeyd edilsə də, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 tarixlərdə icra sənədlərinin icrası barədə hansı tədbirlərin görülməsinə dair şikayətlərim cavablandırılmamış qalıb.Yuxarıda sadalanan faktlardan aydın olur ki, Cavabdeh icra məmurları Azərbaycan Respublikası İcra Haqqında Qanunun 5-ci, 8-ci, 9-cu, 43-cü. 51 -ci, 82-ci, 84-cü, 87-ci və sair maddələrin tələblərinə uyğun hərəkətlər etməmiş və fəaliiyətlərində bir sıra nöqsanlara yol vermişlər. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh xx.xx.2022 tarixli 249642/17-07 “5112” nömrəli etiraz ərizəsi əsassız və saxta məlumatlardan ibarət olduğu üçün, rədd edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi X3 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 02.02.2019-cu il tarixli cinayət işinin başlanılması rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X12 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nə göndərilmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-2648/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh X7 “VAZ 2109” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 270 manat, avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə görə "xxxx"MMC-nin hesabına ödənilmiş 50 manat pul, 70 manat hüquqi yardım xərci və ödənilmiş 20 manat manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilməsi qət edilmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(027)-387/2021 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629 saylı icra sənədi üzrə “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə İddiaçı şikayəti təmin edilməmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)-1000/2021 saylı qərarından görünür ki, alimentin ödənilməsi ilə bağlı Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 2497 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-629 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs tətbiq edilmişdir; - Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)-999/2021 saylı qərarından görünür ki, alimentin ödənilməsi ilə bağlı Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 1417/2017 saylı icra sənədinə əsasən tələbkar İddiaçı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X20 və xx.xx.2015-ci il təvəllüdlü X19 ilə ünsiyyətdə olması üçün hə həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş verilməsi ilə bağlı icra sənədini icra etməkdən boyun qaçırdığına görə X12 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir; - Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-29/2022 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)-1000/2021 saylı qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-29/2022 qərarı ilə dəyişdirilmədən saxlanılmışdır; - Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(118)-1341/2022 saylı qərardadından görünür ki, İddiaçı və Cavabdehnə qarşı iddiası mümkün sayılmamışdır; - 27.03. 2019-cu il tarixli İddiaçı Cavabdehnə ünvanladığı ərizənin surətindən görünür ki, R.Kazımovanın Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinə əməl etməməsi, törətdiyi əməllərə görə layiqli cəza alması üçün təxirəsalınmaz tədbirin görülməsini xahiş etmişdir və ərizənin doğruluğunu öz imzasıyla təsdiq etmişdir; - xx.xx.2019-cu il, xx.xx.2021-ci il tarixlərdə Cavabdehndə tərtib edilmiş aktların surətindən məlum olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar tərəflərə və dövlət orqanlarına məlumat verilməsinə baxmayaraq, iş üzrə borclu X12 heç bir üzrlü səbəb olmadan prossesin keçirildiyi yerə gəlməmiş azyaşlı uşaqların gətirilməsini təmin etməmiş, proses qeyri-müəyyən tarixə təxirə salınmış, aktın doğruluğunu icra məmurları, N.Əmrullayev, V.Məmmədov və iş üzrə tələbkar İddiaçı tərəfindən imzalarıyla təsdiq etmişdilər; - xx.xx.2021-ci il tarixdə Cavabdehndə tərtib edilmiş aktın surətindən məlum olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar tərəflərə şöbəyə dəvət olunub və iş üzrə tələbkar İddiaçı uşaqları ilə görüşməyə şərait yaradılıb. Görüş təxminən 1 saat davam edib. Aktın doğruluğunu icra məmurları, N.Əmrullayev, R.Quliyev və iş üzrə tələbkar İddiaçı iş üzrə borclu R.Kazımova tərəfindən imzalarıyla təsdiq olunub. Tələbkar İddiaçı öz irad və narazılığını aktın qeyd hissəsində yazılı şəkildə bildirib; - xx.xx.2020-ci il, xx.xx.2021-ci il vəxx.xx.2021-ci il və 2021-ci il tarixlərdə Cavabdehndə tərtib edilmiş aktların surətindən məlum olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar tərəflər şöbəyə dəvət olunub və iş üzrə tələbkar İddiaçı uşaqları ilə görüşməyə şərait yaradılıb. Görüş təxminən 1 saat davam edib. İddiaçı uşaqlarla təklikdə görüşmək istəyi nəzərə alınsa da, uşaqlar ataları İddiaçılə təklikdə ünsiyyətdə olmaqdan imtina ediblər. Aktın doğruluğunu icra məmurları, N.Əmrullayev, V.Məmmədov, MX-nın psixoloqu S.Vahabzadə, digər şəxs C. Mirzəliyev və iş üzrə tələbkar İddiaçı iş üzrə borclu R.Kazımova tərəfindən imzalarıyla təsdiq olunub. Tələbkar İddiaçı öz irad və narazılığını aktların qeyd hissəsində yazılı şəkildə bildirib; - xx.xx.2021-ci il tarixli əlyazma ərizənin surətindən məlum olur ki, İddiaçı uşaqları ilə ünsiyyət qurmağı üçün yüksək səviyyədə lazımi şərait yaradıldığına Cavabdehnə öz təşəkkürünü bildirmişdir; - xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, məlum infeksiyanın qarşısının alınmaq məqsədilə ölkə ərazisində elan olunmuş karantin rejimi ilə bağlı uşaqlarla növbəti görüşləri virtual qaydada əlaqə saxlanması xahiş olunub; - xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli əlyazma ərizələrin surətlərindən görünür ki, iş üzrə tələbkar İddiaçı uşaqları ilə virtual ünsiyyət yaradılmasından imtina etmişdir; - Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Cavabdeh sorğusuna göndərilmiş xx.xx.2022-ci il tarixli, 32 saylı məktubundan məlum olur ki, Əliyev X6 və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun biotexnologiya laboratoriyasının mütəxəssisi vəzifəsində çalışmış, 11 oktyabr 2017-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; - "xxxx" MMC-nin Cavabdeh sorğusuna göndərilmiş xx.xx.2021-ci il tarixli, 043 saylı məktubundan məlum olur ki, "xxxx" MMC-nin Qolf şğbəsinin yaşıllaşdırma üzrə mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017 tarixli 2(027)-1417/2017 saylı qətnaməsi əsasən, İddiaçı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan saat 16:00-dək görüş vaxtı müəyyən edilmişdir. Qeyd olunan qətnamə üzrə icra sənədi xx.xx.2017-ci il tarixdə Cavabdehnə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(105)-19/2021 saylı qətnaməsinə əsasən, İddiaçı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X19 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 10:00 -dan 16:00-dək övladları ilə cavabdehin iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2(105)-19/2021 saylı qətnaməsi üzrə icra sənədi Cavabdehndə xx.xx.2022-ci il tarixində qeydiyyata alınaraq icra işinə balanılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilməməsi qeyd etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məhz Cavabdeh hərəkətsizliyi nəticəsində icra edilməməsi əsas gətirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 20.000 manat məbləğdə dəymiş ziyanın ödənilməsini cavabdeh şəxsdən tələb etməkdə haqlı olmamışdır. Belə ki, müvafiq qanunvericilik aktlarının tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məhz Cavabdeh hərəkətsizliyi nəticəsində icra edilməməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsi öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı şəxs qeyd edilən icra vərəqəsinin cavabdeh tərəfindən illərlə icra edilməməsini qeyd etsə də, müvafiq sənədlərnə əsasən mülki iş üzrə icra sənədi xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq, icraata başlama haqqında qərar qəbul edilməsi öz hüquqi təsdiqini tapmışdır. Məhkəmə İddiaçı 20.000 manat mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. İddia ərizəsinin “məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə övladları ilə ünsiyyətdə olmaq hüququnun icra məmurlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən icra edilməməklə, övladlarına ata nəvazişi, ata qayğısı göstərməkdən məhrum edildiyi üçün, ona dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat konpensasiyanın Cavabdehndən alınaraq ona ödənilməsi” hissəsi tam əsassız olduğundan və heç bir hüquqi əsasa söykənmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həm də onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxs Cavabdeh icra məmuraları tərəfindən məhkəmə qətnaməsi ilə təyin edilən aliment məbləğinin saxta yollarla hesablanmasını iddia etsə də, bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də tam əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddiaçının ərizəsinin “Cavabdeh qanunsuz əməlləri nəticəsində pozulmuş hüquqlarının bərpası istiqamətində çəkdiyi məhkəmə xərclərinin hesablanaraq ona ödənilməsi” tələbinə dair hissəsinə hüquqi qiymət verərkən hesab edir ki, iddia ərizəsinin “beş ildir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə övladlarıyla ünsiyyətdə olmaq hüququnun icra məmurlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən icra edilməməklə, övladlarına ata nəvazişi, ata qayğısı göstərməkdən məhrum edildiyi üçün, ona dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat konpensasiyanın Cavabdehndən alınaraq ona ödənilməsi, Cavabdeh icra məmurlarının saxta aliment hesablamaları ləğv edilərək, faktiki aiiment borcunun 2021-ci ilin dekabr ayı üçün 2.820 manat təsdiq edilərək, həmin məbləğə uyğun məcburetmə qaydasında hesablanması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “Cavabdeh qanunsuz əməlləri nəticəsində pozulmuş hüquqlarının bərpası istiqamətində çəkdiyi məhkəmə xərclərinin hesablanaraq ona ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub-olunmamasının bilavasitə asılı olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “icra məmurlarının qanuni məhkəmə qərarlarını (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sair hərəkətlərinə və ya hərəkətsizlikləri” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar