Məhkəmə qərarları › İş №e-2(027)-1807/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1807/2023

06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1807/2023 06.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ildən 2023-cü ilə qədər olan yaşayış minimumlarını nəzərə alaraq ümumilikdə 9145 (doqquz min yüz qırx beş) manat məbləğində maddi ziyanın, 10000 (on min) manat məbləğində mənəvi ziyanın və hüquqi xidmətlər üçün ödədiyi 150 (bir yüz əlli) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 147 (bir yüz qırx yeddi) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki övladı olmuşdur. İlk vaxtlarda münasibətləri normal olmuş, sonradan onun və atasının telefonuna tanımadığı nömrədən cavabdehin ona xəyanət etməsi ilə bağlı mesajlar gəlmiş, hətta həmin mesajlarda ikinci uşağının atasının o, olmadığını yazmışlar. Mesajlardan sonra cavabdeh evi tərk edərək anasının yanına Quba şəhərinə getmiş, orada ancaq ondan pul tələb etmişdir. Həmçinin nikahın pozulması iddiası ilə ilkin addımlar ataraq mediasiyaya müraciət etmişdir. Bir çox araşdırmadan sonra həmin mesajların kim tərəfindən gəldiyini öyrənmişlər. Bu mübahisələr ucbatından o, Quba Rayon Məhkəməsinə nikahın pozulması iddia tələbi ilə müarciət etmişdir. Quba Rayon Məhkəməsinin e-2(027)-1983/2022 saylı il qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bağlanmış 1733 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra onların birgə nikahından doğulmuş xx.xx.2013cü il təvəllüdlü X4 adlı uşağın anası Cavabdeh himayəsində qalması, Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Həmçinin məhkəmə prosesi zamanı cavabdeh özü də onun Baxışlı Cəsurun atası olmadığını etiraf etmişdir. Bundan başqa Cavabdeh qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2017-ci il təvəllüdlü X3 atası olmadığının müəyyən edilməsi və doğum akt qeydinə ata haqqında məlumatların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-291/2023 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, onun xx.xx.2017-ci il təvəllüdlü X3 atası olmadığı müəyyən edilmişdir. Bu qətnamə xx.xx.2017-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsinin “atası” qrafasında dəyişikliklərin edilməsi üçün əsas hesab olunmuşdur. O uşaqlarla görüşmüş, Baxışlı Cəsurun öz övladı olmadığını bilsə də uşaq ata deyərək üstümə gəldiyi üçün uşaqla indiyədək normal davranmışdır. Uşaqların hər ikisinin ehtiyaclarını ödəmiş, onların qayğısına qalmışdır. Lakin bütün bunlar ona mənfi təsir göstərir mənəvi tərəfdən onu çox incidir. Hər dəfə Cəsuru görəndə mənəvi iztirablar çəkir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş, 2017-ci ildən indiyədək ölkə üzrə yaşayış minimumlarını nəzərə alaraq 2017-ci il üçün 272 manat, 2018-ci il üçün 1848 manat, 2019-cu il üçün 1920 manat, 2020-ci il üçün 2040 manat 2021-ci il üçün 2100 manat, 2022-ci il üçün 965 manat ümumilikdə 9145 manat ona dəymiş maddi ziyanın və 20000 manat dəyərində mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin e-2(027)-1983/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bağlanmış 1733 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra onların birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşağın anası Cavabdeh himayəsində qalması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-291/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X3 atası olmadığı müəyyən edilmiş, qətnamə xx.xx.2017-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsinin “atası” qrafasında dəyişikliklərin edilməsi üçün əsas hesab olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı xx.xx.2012-ci il tarixdə ailə qurmuş, birgə nikahdan iki uşağı olmuşdur. Aralarında yaranan ziddiyyətlər əsnasında iddiaçı birgə nikah dövründə doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 özünün uşağı olmamasını müəyyən etmiş və iddiaçının müraciəti əsasında Quba Rayon Məhkəməsinin 2(027)-291/2023 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X3 atası olmadığı müəyyən edilmişdir. Hazırda iddiaçı 2017-ci ildən, yəni X3 doğulduğu tarixdən 2022-ci ilə taixədək, yəni cavabdehlə aralarında bağlanmış nikah pozulana qədər olan müddət ərzində xx.xx.2017-ci il təvəllüdlü Cəsur Baxışlının saxlanılması üçün xərclədiyi ümumilikdə 9145 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X3 2017-ci ildən 2022-ci ilədək saxlanılması üçün çəkdiyi xərci sübuta yetirəcək hər hansı sənəd təqdim edilmədiyindən iddia tələbi maddi sübut hissəsində təmin edilməməlidir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddianın mənəvi zərər hissəsinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, müvafiq tələb qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi zərər tutulmalı, iddia ərizəsi həmin tələbin qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun 8 (səkkiz) manatı Cavabdeh, qalan hissəsi İddiaçı aid edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi 8 (səkkiz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün 150 (bir yüz əlli) manat pulun ödənilməsinə dair heç bir sübut təqdim edilmədiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun 8 (səkkiz) manatı Cavabdeh, qalan hissəsi İddiaçı aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 8 (səkkiz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar