Məhkəmə qərarları › İş №e-2(027)-1974/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1974/2024

05.08.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1974/2024 05.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxs Cavabdeh qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna olan 4335,2 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxx 1977-ci il, doğulduğu yer – Azərbaycan, Quba; Yuxarı-Tüləkəran K, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE 0******* ) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti başçısının Tüləkəran İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4335,2 manat olmaqla, ümumilikdə 4335,2 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********658800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında sosial sığorta borcunun 2006-cı ilə aid olduğunu və Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinin Xəbərdarlıq haqqında məlumatından görünür ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan Tüləkəran İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4386,44 manat məbləğində vergi borcu vardır. İş materiallarında olan Hüquqi şəxs barədə məlumata əsasən Azərbaycan Respublikası Tüləkəran İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin fəaliyyəti yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən ibarətdir və ünvanı kimi ünvan 1spublikası vətəndaşının AZE seriyalı, 0*******№-li şəxsiyyət vəsiqəsinin verilməsi məlumatlarına əsasən xx.xx.1977-ci il tarixdə Quba rayonu, Yuxarı- Tüləkəran kəndində anadan olmuş Cavabdeh Quba rayonu, Yuxarı-Tüləkəran kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən maraqlı şəxsin dövlət büdcəsinə olan vergi borcu və həmin borcun 5 gün müddətində ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borcun ödənilməsini təmin etmək məqsədilə ərizəçi tərəfindən maraqlı şəxsə bildirişlər ünvanlanaraq borcun ödənilməsi dəfələrlə tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmiş və ərizəçi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə müraciət haqda xəbərdar edərək müvafiq ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcun ödənilməsini təmin etmək məqsədilə xx.xx.1977-ci il tarixdə Quba rayonu, Yuxarı-Tüləkəran kəndində anadan olmuş Quba rayonu, Yuxarı-Tüləkəran kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4cü maddəsinə əsasən Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Dövlət Sosial Müdafiə Fonduna olan 4335 (dörd min üç yüz otuz beş) manat 20 (iyirmi) qəpik borcun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri - xx.xx.1977-ci il tarixdə Quba rayonu, Yuxarı-Tüləkəran kəndində anadan olmuş Quba rayonu, Yuxarı-Tüləkəran kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar