Məhkəmə qərarları › İş №e-2(027)-2067/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2067/2024

18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2067/2024 18.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «X5» publik hüquqi şəxsin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «X5» publik hüquqi şəxsinin Cavabdeh qarşı maddiz zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «X5» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 18 oktyabr 2022-ci il tarixində 2022/ÖM/12998 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində və 400 kq qarışıq yem cavabdehdən alınaraq Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5» publik hüquqi şəxsi ərizəsini onunla əsaslandırmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra-Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 18 oktyabr 2022-ci il tarixində 2022/ÖM/12998 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 39317, birka nömrəli 1 (bir) baş qoç, 39087, 39761, 39943, 38218, 39826, 39373, 39600, 39435, 39825, 39872, 39701, 39464, 39074, 39293, 39479, 39793, 33270, 39554, 39099, 39060 damazlıq qoyun və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 15 iyun tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 08 fevral 2024-cü il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 39317, birka nömrəli 1 (bir) baş qoç, 39087, 39761, 39943, 38218, 39826, 39373, 39600, 39435, 39825, 39872, 39701, 39464, 39074, 39293, 39479, 39793, 33270, 39554, 39099, 39060 damazlıq qoyun aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-Ə-28963/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəmiz təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdеh Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o təsərrüfatla məşğul olmaq üçün məşğulluğa müraciət etmiş və müraciətinə əsasən agentlik ona bir qoç, 20 baş damazlıq üçün qoyun vermişdir. Qoyunları gətirən günü qoyunların burnundan qan və çirk gəldiyini müşahidə etmiş, bir-iki ay sonra heyvanları müalicə etmək məqsədilə dərman almışdır. Buna baxmayaraq qoyunlar hamısı xəstəlikdən ölmüş, qoçu isə satıb 150 manat gəlir əldə etmişdir. Heyvanlar xəstə olub, bu barədə məlumat verməsə də, düşünüb ki bəlkə müalicədən sonra sağalar. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, o özəl baytar kimi fəaliyyət göstərir, həmdə baytarlıq apteki işlədir. Fərruxu müştəri kimi tanıyıb, təxminən bir iki il əvvəl bir neçə dəfə ondan qoyunlar üçün həb və antibiotik dərmanlar almışdır. Ondan sonra daha onu görməmiş, nəticə barədə məlumatı olmamışdır. Sonralar Fərruxu görüb bu barədə soruşduqda, Fərrux heyvanların öldüyünü bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 18 oktyabr 2022ci il tarixində 2022/ÖM/12998 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 39317, birka nömrəli 1 (bir) baş qoç, 39087, 39761, 39943, 38218, 39826, 39373, 39600, 39435, 39825, 39872, 39701, 39464, 39074, 39293, 39479, 39793, 33270, 39554, 39099, 39060 damazlıq qoyun və 400 kq qarışıq yem natura şəklində verilmişdir. İş materiallarında olan özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli təhvil- təslim Aktından göründüyü kimi, Cavabdeh 2-3,5 yaş 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem təhvil verilmişdi, Cavabdeh akta imza ataraq, əmlakı təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitoringi aktından göründüyü kimi, 20 baş qoyun tələf olmuş, 1 baş qoç satılmış və 400 kq qarışıq yem istifadə olunmuşdur. İş materiallarında olan Cavabdeh ünvanlanmış əmlakın geri qaytarılması barədə məktublardan göründüyü kimi, özünüməşğulluğu təmin etmək məqsədiylə istifadəsinə verilmiş əmlakla bağlı xx.xx.2024-cü il tarixində aparılan monitorinq zamanı 18 oktyabr 2022-ci il tarixində 2022/ÖM/12998 nömrəli müqavilənin tələbini pozaraq təyinatı üzrə istifadə edilmədiyi aşkarlanmışdır. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı X1ytarmalıdır. Qeyd olunanları nəzərə alaraq, özünüməşğulluğun təşkili məqsədilə istifadəsinə verilmiş əmlakı bu məktubun təqdim olunduğu tarixdən 30 iş günü ərzində agentliyə geri qaytarılması tələb olunub. Əks təqdirdə vurulmuş ziyanın əvəzinin naturada ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1 (bir) baş qoç, 20 baş damazlıq qoyun və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Müqavilə üzrə müəyyən olunmuş müddət bitdikdən sonra aparılmış müayinə zamanı həmin əmlaklar aşkar edilməmişdir. Cabvabdeh bunu heyvanların ona təhvil verilərkən və az müddət sonra xəstə olmaqla tələf olması və 1 (bir) baş qoçun satılması, yemin də az müddətdə bitdiyi il əsaslandırmışdır. Beləlilə də maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hazırda iddiaçı həmin əmlakların qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Tərəflər arasında bağlanmış müqavillənin 4.3-cü bəndinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş Əmlaka bu Müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin Əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.3-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı) ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır.https://eqanun.az/framework/39846 Qeyd edilən Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Cavabdeh təhvil aldığı gün qoyunların burnundan qan və çirk gəldiyini, bir-iki ay sonra heyvanları müalicə etmək məqsədilə dərman alsa da, qoyunların hamısının xəstəlikdən ölməsi qoçu isə 150 manata satması ilə etirazını əsaslandıraraq iddianın rədd olunmasını xahiş etsə də, etirazrının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 3.3.7-ci bəndinə əsasən əmlakın sonradan korlanma və məhv olması halında bu barədə dərhal Filiala məlumat vermək, habelə məhv olması hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (akt, mütəxəssis rəyi, foto və s.) Filiala təqdim etmək cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə hesab edir ki, özünüməşğulluğa cəlb olunmuş şəxs kimi cavabeh ona verilmiş əmlaka müqavilə müddətində əmlakdan təyinatı üzrə istifadə etmədiyindən və özgəninkiləşdirdiyindən, məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək öhdəliyi qoyula bildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində alınması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə hesab edir ki, 400 kq qarışıq yemin cavabdehdə alınması hissəsində iddia təmin edilə bilməz. Belə ki, həmin miqrdada yemin heyvanlara verilərək müqavilə müddətində təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli qərarı ilə təsdiq olunmuş “özünüməşğulluğun təşkili qaydası”nın 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyun alınaraq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «X5» publik hüquqi şəxsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar