Məhkəmə qərarları › İş №e-2(027)-2070/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2070/2025

19.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2070/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X4, Quba Regional “Asan xidmət” Mərkəzi notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi) “alğı-satqı əqdinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alğı-satqı əqdinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”) Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi qismində vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı avabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X4, Quba Regional “Asan xidmət” Mərkəzi notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı “alğı-satqı əqdinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi : 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2681 reyestr nömrəli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2681 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin alqısatqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin icraatında Cavabdeh2 onlara qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş olmuş və məhkəmənin 16 iyun 2016-cı il tarixli 2(027)-228/2016 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 ilə onun və X4 arasında Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnaməyə onun və X4 tərəfindən etiraz olunaraq bu barədə tərəfindən məhkəməyə ərizə verilmiş, qiyabi qətnamə ləğv olunaraq mülki iş təzələnərək mahiyyəti üzrə baxılmış və Quba rayon məhkəməsinin 18 may 2023-cü il tarixli 2(027)-745/2023 saylı qətnaməsi ilə Cavabdeh2 ona və X2 qarşı əqdin etibarlı sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1532/2023 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-745/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1557/2024 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli 2(105)-1532/2223 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən işə yenidən baxılmış və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 2(105)-1272/2024 saylı qətnaməsi ilə yenidən apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-745/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən yenidən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-295/2025 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəmısinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1272/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Quba rayon məhkəməsinin 18 may 2023-cü il tarixli 2(027)-745/2023 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Yuxarıda göstərilən məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, Quba rayon məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(027)- 228/2016 saylı qiyabi qətnaməsi əsasında Cavabdeh2 adına KOD30304018 JN-524F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun və X1 mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-295/2025 saylı Qərarı rəsmi qaydada təqdim edildikdən sonra vəkil sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-7183/2025 saylı məktubu ilə bildirilmişdir ki, Cavabdeh2 adına verilmiş Çıxarış əsasında Cavabdeh2la Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 4Ə-2681 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Göründüyü kimi, Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış qanunsuz olmaqla həmin çıxarışda göstərilən 0.07 ha torpaq sahəsinə dair onun və Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X1 mülkiyyət hüququnu pozur, həmin Çıxarış məhkəmə tərəfindən ləğv edilmiş qiyabi qətnamə əsasında verilmişdir. Quba rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 18 may 2023-cü il tarixli 2(027)-745/2023 saylı qətnaməsi Cavabdeh2 adına verilmiş Çıxarışda göstərilən torpaq sahəsinə dair həmin şəxsin mülkiyyət hüququna xitam verilməsi üçün əsasdır. Belə ki, həmin qətnamə ilə Cavabdeh2 guya həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etməsi sübuta yetirilməmiş və onun həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə iddiası rədd edilmişdir. Belə olan halda hesab edir ki, həmin Çıxarış etibarsız hesab edilməlidir.

İş materialları :

4. JN 524 F Kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi İddiaçı və ailə üzvləri X4, X10 və X3 mülkiyyətinə verilmişdir.

5. Quba rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(027)-228/2016 saylı qiyabi qətnaməsi ilə Cavabdeh2 ilə İddiaçı və X4 arasında Quba rayonu, Alekseyevka İƏD-nın Nərimanabad kəndin ərazisində yerləşən 0.07 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilmişdir. 6.Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-745/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 cavabdeh İddiaçı və X2 qarşı əqdin etibarlı sayılması tələbinə dair iddiası təmin edilməmişdir. 7.Sözügedən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1272/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1557/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır .

9. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.

10. İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən **********68 reyestr nömrəli çıxarışa əsasən Quba rayon Alekseyevka kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin hazırki hüquqi sahibi Cavabdeh1dur. Cavabdeh1 Ağamı oğlunun adına hüquqların qeydiyyata alınmasına əsas Quba regional “ASAN xidmət” mərkəzi notariat ofisinin 24 10.2022-ci il tarixli,4Ə-268 nömrəli alğı-satqı müqaviləsi olmuşdur.

11. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.07 ha təşkil edən torpaq sahəsini Cavabdeh1 satmışdır.

12. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi qismində vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. 14.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi qismində vəkili Vəkil iddia tələbini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. 15.Cavabdeh2 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, iddia tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.xx.xx.2025-ci il tarixdə Cavabdeh2 məhkəməyə yazılı qaydada etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli Quba rayon məhkəməsinin ona qarşı çıxardığı qətnamə tamamilə qərəzli yalan və iftira ilə keçirilmişdir. Belə ki, vəkilin ifadələri tamamilə əsassız və yalandır. İddiaçı Rusiya vətəndaşıdır burada isə Alekseyevka kəndində bir gün də olsa yaşamayıb. O, Quba rayonu Gənclər küçəsində qeydiyyatdadır. O Alekseyevka kəndində yaşamadığına görə ona fərdi ev tikmək üçün torpaq verilməyib. Torpağı atası X5 üçün alıb 0.16 sot.Sənədləşməyə görə 0.10 sot Ədalətin adına 16 sot isə Ramizin adına yazılmışdır.Bunu bütün ailə qohum-əqraba və camaat hamısı bunu bilir. Ramizi Alekseyevka kəndində heç kim tanımır. Ramizin vəkili yazır ki, Ramiz müvəqqəti olaraq Rusiyaya getmişdir bu da yalandır. Müvəqqəti yox daimi yaşamağa getmişdir. Ramiz özü, yoldaşı və uşaqları bir gün belə dövlət üçün işləməyiblər. O, əskərlikdən və müharibədən qorxaraq ailə və uşaqlarını götürüb Rusiyaya qaçmışdır. 1991-ci ildə Alekseyevka kəndində torpaq paylananda X7 və Surqutda olub. Ramizin atası Hacıyev Həsən və bütün ailə Quba rayonunda Gənclər küçəsində yerləşən anasının adına olan evdə yaşamışlar. Alekseyevka sovetliyində Nərimanabad kəndinə köçəndən sonra anasının adına olan evi Ramizin adına keçirmişlər və o gündən bəri Ramiz Quba rayonunda qeydiyyatdadır.Vəkil Ramizin adından yazır ki, şəhadətnamə alamın evindən naməlum şəraitdə yoxa çıxmışdı. Bu tamamilə yalandır. Çünki 2 otaqlı evdə 9 ailə üzvi yaşayırdı. Ata,ana,qardaşı Çingiz yoldaşı və 4 uşağı ora heç mərkəzi kəşfiyyat idarəsinin agenti də girə bilməz.Bu da absurd və yalandır. 2022-ci ildə Rusiyadan xəbər gəldi ki.Ədalətin oğlu onun nəvəsi avtomobil qəzasına düşüb yanında əmisi oğlu və nəvəsinin dostu rus polis oğlan da olub. Şəhərdən gələndə bir maşın nəvəsinin maşınını vurur.Nəvəsi ağır travma alır. Yanındakılar yüngülcə xəsarət alırlar.Onların hamısını Ədalət xəstəxanaya yerləşdirir və müalicə elətdirir. Ramizin oğlu atasının yanında əmisindən 400 min pul istəyir. Əmisi deyir hansı həkimə istəyirsən onu aparsın. İstəyirsən Volqoqrada aparsın. Deyir ki, yox ona nəğd pul ver. Ramizin oğlu atasına deyir o, bilir nə edəcək. Nəvəsinin şikayət edərək əlli iş verdirir. 1 il sürücülük hüququndan məhrum edirlər. Atası Ədalət onun etibarnamə göndərərək torpağı satmağa xahiş etmişdir. O, internetdə elan vermiş torpağı satmaq barədə Cavabdeh1 gəldi dedi ki, o, torpağı alır. Onlar notariusda alğı-satqı müqaviləsi bağlayaraq torpağı ona satmışdır. Aldığı pulu qəpiyinə kimi torpağın yiyəsi Ədalətə göndərmişdir. Cavabdeh1 çıxarış alır, aldığı torpağı daş hasara alır.Torpaqda tikinti işləri aparır. O, vicdanlı alıcı kimi qanuni yolla torpaq sahibi olur. O, Apelyasiya məhkəməsinə müraciət etmiş, hakim Lalə Rəhimli heç bir araşdırma aparmadan Quba məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Ali məhkəməyə müraciət etmiş cənab X12 Quba və Apelyasiya məhkəməsinin qərarını ləğv etdi baxılması üçün təzədən Apelyasiya məhkəməsinə göndərmiş, Apelyasiya məhkəməsinin hakimi Mirbahəddin Hüseynov heç bir araşdırma aparmadan Quba məhkəməsinin qərarını saxlamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki:

Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

20.S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki;

Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

21.“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki; Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

22. Məhkəmənin mövqeyi :

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. 24 Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

25. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Hazırki iddia tələbinin məzmunundan da aydın olduğu kimi iddiaçının tələbi iki cavabdehə yönəldilməklə iki hissədən ibarətdir: - Cavabdeh2 adına verilmiş 25 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi - Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2681 reyestr nömrəli alqı-satqı müqaviləsi və sonuncunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi

28. Tələbin ilkin hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından məlum olur ki, Cavabdeh2 25 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas məhz Quba rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(027)-228/2016 nömrəli qiyabi qətnaməsi olmuşdur. Belə ki, həmin qətnaməyə əsasən Cavabdeh2 ilə İddiaçı və X4 arasında Quba rayonu, Alekseyevka İƏD Nərimanabad kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilmişdir. Daha sonra qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh2 adına torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

29. Lakin torpaq sahəsinə dair 2017-ci il tarixdə çıxarış verildikdən sonra İddiaçı və X4 tərəfindən verilmiş ərizə əsasında qiyabi qətnamə ləğv edilmiş və Quba rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(027)-745/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 iddia tələbi rədd edilmişdir.

30. Tələbin rədd edilməsinə əsas olaraq mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında yazılı formada tərtib edilmiş hər hansı bir əqdin mövcud olmadığına istinad edilmişdir.

31. Sözügedən qətnamədən Cavabdeh2 tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(105)-1532/2023 nömrəli qətnaməsinə əsasən təmin edilməmişdir. Kassasiya şikayətinə əsasən AR Ali Məhkəməsi Mülki Kollegiyasının 27 may 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2(105)-1272/2024 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməyərək, Quba rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Son olaraq AR Ali Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2(102)-295/2025 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir.

32. Nəticə olaraq məhkəmələrin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyildir. Tərəflərin təsdiq etdikləri kimi, onlar arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plennumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, məhkəmənin əqdi etibarlı hesab etməsini mümkünsüz edən səbəbdir. Həmçinin bağlanması iddia edilən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir.

33. Göründüyü kimi məhkəmə mübahisəsi zamanı daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş müqavilə çıxış edə bilərdi.

34. Beləliklə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cavabdeh2 ilə İddiaçı ilə X2 arasında 0.07 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi əsassız sayılmaqla bütün məhkəmə instansiyalarında rədd edilmişdir. Nəticə etibarilə Cavabdeh2 25 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan hallar aradan qalxmışdır.

35. Nəzərə alınmalıdır ki, artıq həmin çıxarış əsasında torpaq sahəsi özgəninkiləşdirilməklə, üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Nəticədə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestri barədə çıxarış mövcuddur. Lakin məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hallar Cavabdeh2 adına verilmiş 25 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsas qismində çıxış edir. Belə ki, həmin çıxarışın verilməsinə əsas olan hər hansı bir hal mövcud deyildir. 36 İddia tələbinin digər hissəsinə, yəni Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2681 reyestr nömrəli alqı-satqı müqaviləsi və sonuncunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə münasibətdə isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

37. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

38. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). 39.Yuxarıda sadalanan normalardan, eyni zamanda formalaşmış məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi bağlanmış hər hansı bir əqdin etibarlı olması üçün həmin əqd müəyyən olunmuş şərtlərə tabe olmalıdır. 40.Hazırda iddiaçı Cavabdeh1 qarşı olan tələbini onunla əsaslandırır ki, Cavabdeh2 adına xx.xx.2017-ci il tarixli çıxarışın verilməsinə əsas olan məhkəmə qətnaməsi ləğv edildiyindən həmin çıxarışa əsasən sonuncu ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli, 4Ə-2681 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir.

41. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. 42.Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). 43.Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). 44.Sadalanan qanunvericilik normalarından və formalaşmış məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.Bununla da artıq dövlət reyestrində yazının mövcudluğu faktının olması əldə edən şəxsin vicdanlı alıcı kimi tanınmasını mümkün edir.

45. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsini (xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır.Məhkəmə iclasında izahat verən Cavabdeh1 həmin torpaq sahəsini satın alarkən tərəflər arasında mübahisənin mövcudluğundan xəbərsız olmasını bildirmiş, İddiaçı tanımadığını, Cavabdeh2 adına mövcud olan çıxarışa etibar etməklə torpaq sahəsini satın aldığını qeyd etmişdir. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi cavabdeh torpaq sahəsini Cavabdeh2 adına rəsmiləşdirilməsindən 5 il sonra əldə etmişdir.

46. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələri zamanı Cavabdeh1 vicdanlı alıcı olmaması ilə bağlı məsələyə müvafiq hüquqi qiymət verilmişdir.

47. Lakin həmin məhkəmə qərarlarına nəzər yetirilməsi zamanı müəyyən olunur ki, Quba rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və apellyasiya məhkəməsi tərəfindən sonuncunun torpaq sahəsini vicdanlı əldə edən olduğu müəyyən edilmişdir. Daha sonra AR Ali Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi Cavabdeh1 işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinin səbəblərini və əsaslarını göstərməmişdir. Odur ki, növbəti apellyasiya icraatı zamanı Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. 48.Beləliklə də əvvəlki məhkəmə mübahisələrinə baxılması zamanı məhkəmə qərarlarında Cavabdeh1 vicdanlı alıcı olması istisna edilməmiş, sadəcə olaraq onun həmin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinin və onun vicdanlı alıcı olub-olmaması halının müəyyən olunmasının hər hansı bir əhəmiyyət kəsb etmədiyi vurğulanmışdır.

49. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçının torpaq sahəsinə qanunla qorunan hər hansı hüquqları pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini sonradan vicdanlı əldə edən şəxsin hesabına kompensasiya edilə bilməz.Belə ki, işin hallarından da məlum olduğu kimi Cavabdeh1 mübahisəli torpaq sahəsini əldə edərkən məhkəmə mübahisələrindən xəbərdar olmamış, X6 məxsus daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa istinadən torpaq sahəsini satın almışdır. 50.Lakin qeyd edilən hal hüquqları pozulmuş şəxsin ona dəymiş ziyan məbləğinin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Belə ki, yuxarıda sadalanan məhkəmə qərarlarında da qeyd olunduğu kimi Cavabdeh2 çıxarış verilməsinə əsas olan məhkəmə qətnaməsi ləğv edilməklə, mübahisəli torpaq sahəsinin ona satılması faktı öz təsdiqini tapmamışdır.

51. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh1 vicdanlı alıcı olması müəyyən edilməklə mübahisəli torpaq sahəsinin alqı-satqısına dair 24 oktyabr 2022-ci il tarixli əqdin əhəmiyyətsiz əqd olmasına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın etibarsızlığı üçün də hər hansı bir əsas mövcud deyildir.

Məhkəmə xərcləri : 52.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

53. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, qalan hissədə iddia təmin edilməməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar