Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2083/2023 30.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2958,79 manat, İcbari Tibbi Sığorta Fonduna olan 469,72 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (doğulduğu tarix-xx xxxx 1947-ci il, doğulduğu yer Azərbaycan Respublikası, Quba rayonu, Çiçi kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 469,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 2958,79 manat olmaqla, ümumilikdə 3428,51 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********833100, xx.xx.2023-cü il tarixli **********027600, xx.xx.2023-cü il tarixli, **********672700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh isə məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, hüquqi şəxs haqqında məlumatdan görünür ki, Azərbaycan Respublikası Quba rayonu Çiçi-Səbətlər bələdiyyəsi (VÖEN: **********) 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır, rəhbəri Cavabdehdur. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Quba rayonu Çiçi- Səbətlər bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 469,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 2958,79 manat olmaqla, ümumilikdə 3428,51 məbləğində borcu vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borcun ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borcun ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borcu dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda-məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd olunan qanunların normalarını hazırkı işə tətbiq edərək hesab edir ki, Cavabdeh vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna 469,72 manat, Dövlət Sosial Müdafiə Fonduna 2958,79 manat olmaqla, ümumilikdə 3428,51 məbləğində vergi borcu əmələ gəlmişdir. Yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsini təmin etməmişdir. Qeyd olunan borc məbləğinin ödənişini təminat altına almaq məqsədilə Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti əmələ gəlmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-7-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Cavabdeh (doğulduğu tarix-xx xxxx 1947-ci il, doğulduğu yer Azərbaycan Respublikası, Quba; Çiçi k, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Tərəflərə izah edilsin ki, apellyasiya şikayəti Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) verilə bilər. Qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2083/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2083/2023
30.10.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver