Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2445/2025 08.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna olan 7734.63 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1975-ci il, doğulduğu yer – Azərbaycan, Quba; Alpan k, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AA 7324908) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Quba rayonunun Alpan bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7734.63 manat olmaqla, ümumilikdə 7734,63 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********892200, xx.xx.2025-ci il tarixli **********979700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının vergi orqanının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Cavabdeh müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinin Xəbərdarlıq haqqında məlumatından görünür ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan Alpan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin (VÖEN: ********) Dövlət Sosial Müdafiə Fonduna 7734.63 manat məbləğində vergi borcu vardır. Hüquqi şəxs barədə məlumata əsasən Azərbaycan Respublikası Alpan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin fəaliyyəti yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən ibarətdir və ünvanı kimi ünvan 1eriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin verilməsi məlumatlarına əsasən xx.xx.1975-ci il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuş Cavabdeh Quba rayonu, Alpan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə əsasən cavabdeh dövlət büdcəsinə olan vergi borcu və həmin borcun 5 gün müddətində ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borcun ödənilməsini təmin etmək məqsədilə ərizəçi tərəfindən maraqlı şəxsə bildirişlər ünvanlanaraq borcun ödənilməsi dəfələrlə tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmiş və ərizəçi maraqlı şəxsə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə müraciət haqda xəbərdar edərək müvafiq ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcun ödənilməsini təmin etmək məqsədilə xx.xx.1975-ci il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuş Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Dövlət Sosial Müdafiə Fonduna olan 7734,63 (yeddi min yeddi yüz otuz dörd manat, altmış üç qəpik) manat borcun ödənilməsini təmin etmək məqsədilə AR Quba rayonunun Alpan bələdiyyəsinin icra orqanının rəhbəri - xx.xx.1975-ci il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuş Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №e-2(027)-2445/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2445/2025
08.09.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver