Məhkəmə qərarları › İş №e-2(027)-2489/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2489/2025

28.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2489/2025 28.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə maraqlı şəxs Cavabdeh iştirakları ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1909,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 45185,55 manat, işsizlikdən sığorta fonduna olan 1007,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2075,78 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - 25 avqust 1973-cü il, Doğulduğu yer - AZƏRBAYCAN, Quba, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "DALĞA" SUDAN İSTİFADƏEDƏNLƏRBİRLİYİNİN (VÖEN: **********) dövlət büdcəsinə 1909,27 manat məbləğində (o cümlədən, vergilər üzrə 846 manat, faizlər üzrə 983,27 manat, maliyyə sanksiyası üzrə 80 manat), İcbari Tibbi Sığorta Fonduna 2075,78 manat, İşsizlikdən sığorta fonduna 1007,29 manat, Dövlət Sosial Müdafiə Fonduna 45185,55 manat olmaqla, ümumilikdə 50177,89 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********868500, xx.xx.2023-cü il tarixli **********510200, xx.xx.2024-cü il tarixli **********081400, xx.xx.2024-cü il tarixli **********376300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh ünvan 1i ünvanında yaşayır. İİ.Tərəflərin mövqeləri: Ərizəçinin nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəni qəbul edərək, borcların ondan əvvəl illər ərizində yarandığını, həmin borcun ona aidiyyəti olmadığını lakin ödənişlərin hissə-hissə ödənilməsi ilə bağlı Vergi İdarəsinə müraciət etdiyini, buna baxmayaraq razılıq ala bilmədiyi üçün ödəniş etmədiyini, ölkədən getməsinə məhdudiyyət qoyulmasına etiraz etmədiyini bildirdi. İİİ . İşin faktiki halları: İş materiallarında olan, hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Dalğa” X7 Birliyi (VÖEN: **********) 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır, rəhbəri Cavabdehdur. İş materiallarından həmçinin görünür ki, “Dalğa” X7 Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə 1909,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 45185,55 manat, işsizlikdən sığorta fonduna 1007,29 manat, İcbari Tibbi Sığorta Fonduna 2075,78 manat məbləğində vergi borcu vardır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə maraqlı şəxsi dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borc un ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borc un ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borc u dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda- məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd olunan qanunların normalarını hazırkı işə tətbiq edərək hesab edir ki, Cavabdeh vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 1909,27 manat, dövlət sosial müdafiə fonduna 45185,55 manat, işsizlikdən sığorta fonduna olan 1007,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2075,78 manat məbləğində vergi borcu əmələ gəlmişdir. Yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsini təmin etməmişdir. Qeyd olunan borc məbləğinin ödənişini təminat altına almaq məqsədilə Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti əmələ gəlmişdir. V. Nəticə: Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-7-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Ərizə təmin edilsin. Cavabdeh (doğulduğu tarix-25 avqust 1973-cü il, Doğulduğu yer - Azərbaycan, Quba, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Tərəflərə izah edilsin ki, apellyasiya şikayəti Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) verilə bilər. Qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar