Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2548/2024 23.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi İddiaçı qızının nümayəndəsi və vəkili X1 və Quba rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü X5 31 avqust 2024 tarixdə, səhər saat 05:00-05:30 radələrində yaşadığı ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən xx.xx.1983-cü il təvəllüdlü X5 31 avqust 2024 tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, 31 avqust 2024 il tarixdə, səhərə yaxın vaxtda həyat yoldaşının halı pisləşmişdir. Təcili yardım tərəfindən çağırılmış və tibbi yardım gələnədək həyat yoldaşı qısa zamanda vəfat etmişdir. TTY həkimləri gələrək artıq ölüm baş verdiyindən ona ölüm haqqında xəbərdarlıq vərəqəsi verdilər. Vərəqə qəfləti ölüm yazaraq şifahi bildirdilər ki, infarkt əlamətləridir. Mərhum cavan olduğu üçün eyni vaxtda həkim polisə də zəng vurmuş və həkimin yanında olduğundan eşitmiş ki, polisdən dedilər nə isə olmadığı üçün gələ bilməyəcəklər. Ertəsi gün mərhum dəfn olundu. Təcili yardım həkiminin verdiyi sənədlə ərazi üzrə Binəqədi rayonunda yerləşən 9 saylı poliklinikaya müraciət etmiş ki, ölüm barədə həkim şəhadətnaməsi alsın. Poliklinika imtina etmişdir. Qeydiyyat orqanı da öz növbəsində, imtina etmişdir. Təcili yardım həkiminin verdiyi xəbərdarlıq ölüm faktını özü-özlüyündə təsdiq etsə də poliklinika ölümün səbəbinin məlum olmadığına istinad etdi. Mərhum poliklinikada qeydiyyatda olmayıb. Ölüm faktının qeydə alınmaması və şəhadətnaməsinin verilməməsi hər şeydən əlavə onun vərəsələrinin hüquqlarının həyata keçirə bilməməsi ilə nəticələnir. Bu hal məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili X3 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Quba rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X13 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, İddiaçı onun bacısıdır. Bacısının həyat yoldaşı xx.xx.1983-cü il təvəllüdlü X5 31 avqust 2024 tarixdə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, İddiaçı onun rəfiqəsidir. Onun həyat yoldaşı X5 31 avqust 2024 tarixdə Bakı şəhərində yaşadıqları evdə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 452357 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 arasında nikah xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Nikahdan sonra arvada “Ələsgərova” soyadı verilmişdir. İş materiallarında olan 09 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X9 poliklinikada qeydiyyatda olmadığı və ölüm səbəbi bilinmədiyi üçün ölüm şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan 02 saylı Bakı “ASAN” xidmət Mərkəzində Qeydiyyat şöbəsinin məktubundan görünür ki, X5 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü X5 31 avqust 2024 tarixdə ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü X5 31 avqust 2024 tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X5 31 avqust 2024 tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2548/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2548/2024
23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver