Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2559/2022 21.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Ərizəçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 və Maraqlı şəxs iştirakı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan 3193,5 manat, işsizlikdən sığorta fonduna olan 32,15 manat, İcbari Tibbi Sığorta Fonduna olan, 81,49 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğui tarix-xx xxxxxx 1976-cı il, doğulduğu yer Azərbaycan Respublikası Yerfi kəndi, şəxsiyyət vəsiqəsini təsdiq edən FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Quba rayonu Yerfi Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2325,52 manat, İşsizlikdən sığorta fonduna 32,15 manat, İcbari Tibbi Sığorta Fonduna 81,49 manat, Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyəti Başçısının Yerfi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 867,98 manat olmaqla, ümumilikdə 3307,14 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********671700, xx.xx.2022-ci il tarixli **********105400, xx.xx.2022-ci il tarixli **********710200 xx.xx.2022-ci il tarixli **********511500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1i ünvanında yaşayır. İddiaçının nümayəndəsi X4 məhkəmədə ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək bildirmişdir ki, əmələ gəlmiş borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi hesablanmış maliyyə sanksiyası üzrə borcun ödənilməsini təmin etməmişdir. Borc məbləğinin ödənişini təminat altına almaq məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti əmələ gəlmişdir. Belə ki, o, ölkəni tərk edəcəyi təqdirdə əmələ gəlmiş borc məbləğinin dövlət büdcəsinə ödənilməsi mümkün olmayacaqdır. Buna görə də, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etməyərək, ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və maraqlı şəxsi dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, hüquqi şəxs haqqında məlumatdan görünür ki, Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti Başçısının Yerfi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi (VÖEN: **********) 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur. İş materiallarından həmçinin görünür ki, Quba Rayon İcra Hakimiyyəti Başçısının Yerfi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 3193,5 manat, işsizlikdən sığorta fonduna 32,15 manat, İcbari Tibbi Sığorta Fonduna 81,49 manat məbləğində vergi borcu vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borc un ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borc un ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə və faizlər üzrə borc u dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda- məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd olunan qanunların normalarını hazırkı işə tətbiq edərək hesab edir ki, Maraqlı şəxs vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 3193,5 manat, işsizlikdən sığorta fonduna olan 32,15 manat, İcbari Tibbi Sığorta Fonduna olan, 81,49 manat məbləğində vergi borcu əmələ gəlmişdir. Yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsini təmin etməmişdir. Qeyd olunan borc məbləğinin ödənişini təminat altına almaq məqsədilə X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti əmələ gəlmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-7-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix-xx.xx.1976, doğulduğu yer - Azərbaycan, Quba Yerfi kəndi, şəxsiyyət vəsiqəsini təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Tərəflərə izah edilsin ki, apellyasiya şikayəti Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) verilə bilər. Qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2559/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2559/2022
21.10.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver