Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2777/2022 14.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “X3 və Aqrar Xidmətlər Agentliyi əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən X1 çərçivəsində verilmiş təsərrüfatın yarasız olmasl nəticəsində külli miqdarda maliyyə xərcləri, vaxt itkisi və təsərrüfatın tələfatı nəticəsində gəlirdən məhrum olmağı və dəymiş ziyanın kompensasiyası” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “X3 və Aqrar Xidmətlər Agentliyi əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən X1 çərçivəsində verilmiş təsərrüfatın yarasız olmasl nəticəsində külli miqdarda maliyyə xərcləri, vaxt itkisi və təsərrüfatın tələfatı nəticəsində gəlirdən məhrum olmağı və dəymiş ziyanın kompensasiyası” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 hüquqi ünvanları Bakı şəhərində yerləşir. Ərizəni və mülki işi nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Göstərilənlərə əsasən, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “X3 və Aqrar Xidmətlər Agentliyi əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən X1 çərçivəsində verilmiş təsərrüfatın yarasız olmasl nəticəsində külli miqdarda maliyyə xərcləri, vaxt itkisi və təsərrüfatın tələfatı nəticəsində gəlirdən məhrum olmağı və dəymiş ziyanın kompensasiyası” tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Quba rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “X3 və Aqrar Xidmətlər Agentliyi əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən X1 çərçivəsində verilmiş təsərrüfatın yarasız olmasl nəticəsində külli miqdarda maliyyə xərcləri, vaxt itkisi və təsərrüfatın tələfatı nəticəsində gəlirdən məhrum olmağı və dəymiş ziyanın kompensasiyası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-2777/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2777/2022
14.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver