Məhkəmə qərarları › İş №e-2(027)-2891/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2891/2022

09.12.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2891/2022 09.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “BƏRƏKƏT” SUDAN İSTİFADƏ EDƏNLƏR BİRLİYİNİN dövlət büdcəsinə ümumilikdə 2158,57 manat, Dövlət Sosial Müdafiə Fonduna 47457,75 manat, İşsizlikdən sığorta fonduna 36,23 manat, İcbari Tibbi Sığorta Fonduna 248,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxx 1957-ci il, Doğulduğu yer - Azərbaycan, Quba, Zizik kəndi, Şəxsiyyəti təsdiq edən sənədin fin nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, vergi xidməti müşaviri Nümayəndə ərizədə göstərmişdir ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “BƏRƏKƏT” SUDAN İSTİFADƏ EDƏNLƏR BİRLİYİNİN (VÖEN: **********) dövlət büdcəsinə 2158,57 manat məbləğində (o cümlədən, vergilər üzrə 876,37 manat, faizlər üzrə 1182,2 manat, maliyyə sanksiyası üzrə 100 manat), İcbari Tibbi Sığorta Fonduna 248,18 manat, Dövlət Sosial Müdafiə Fonduna 47457,75 manat, İşsizlikdən sığorta fonduna 36,23 manat olmaqla, ümumilikdə 49900,73 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********743600,xx.xx.2022-ci il tarixli **********438300, xx.xx.2022-ci il tarixli **********138400, xx.xx.2022-ci il tarixli **********672900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, “BƏRƏKƏT” SUDAN İSTİFADƏ EDƏNLƏR BİRLİYİNİN dövlət büdcəsinə ümumilikdə 2158,57 manat, Dövlət Sosial Müdafiə Fonduna 47457,75 manat, İşsizlikdən sığorta fonduna 36,23 manat, İcbari Tibbi Sığorta Fonduna 248,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs “BƏRƏKƏT” SUDAN İSTİFADƏ EDƏNLƏR BİRLİYİNİN icra orqanının rəhbəri Maraqlı şəxs bildirdi ki, bu ilin avqust ayındandan müdir işləyir və işlədiyi müddətdə 1200 manat vergi ödəmişlər. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə maraqlı şəxs “BƏRƏKƏT” SUDAN İSTİFADƏ EDƏNLƏR BİRLİYİNİN icra orqanının icraçı rəhbəri Maraqlı şəxs izahatını dinləyib iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiqi edərək, sübutlara məcmu halda qiymət verərək, belə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, 3 saylı Ərazi Vergilər idarəsinin baş xidmət müşaviri X3 ilə “BƏRƏKƏT” SUDAN İSTİFADƏ EDƏNLƏR BİRLİYİ(VÖEN: **********) arasında elektron sənəd mübadiləsi haqqında xx.xx.2018-ci il tarixində müqavilə bağlanmışdır Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən ərizəyə əlavə olunmuş “Hüquqi şəxs haqqında məlumat”lardan müəyyən edilir ki, əsas fəaliyyət növü olan “suyun yığılması, təmizlənməsi və paylanması” -VÖEN: **********-lə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsində qeydiyyatdan keçmişdir. Cəmiyyətin rəhbəri Quba rayonu, Alekseyevka kəndində yaşayan Maraqlı şəxsdur. İş materiallarında olan “BƏRƏKƏT” SUDAN İSTİFADƏ EDƏNLƏR BİRLİYİNİN Şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, cəmiyyətin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ümumilikdə (VÖEN: **********)- 49900 (qırx doqquz min doqquz yüz) manat 73 qəpik vergi borcu yaranmışdır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Maraqlı şəxs xx.xx.1957-ci ildə Quba rayonu, Zizik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Zizik kəndində qeydiyyatdadır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş idarəsinin “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında xəbərdarlığından görünür ki, Maraqlı şəxs tərəfindən borc ödənilmədiyi təqdirdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinin tərəfindən həmin şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə xx.xx.1957-ci ildə Quba rayonu, Zizik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqbul hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 355-5.-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1957-ci ildə Quba rayonu, Zizik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar