Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-297/2023 21.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçünçü şəxs Quba rayon İcra və probasiya şöbəsinə qarşı “ödənilməli pul məbləğlərinin indeksasiyası, dəymiş maddi və mənəvi zərənn əvəzinin ödənilməsi, şəxsin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçünçü şəxs Quba rayon İcra və probasiya şöbəsinə qarşı “ödənilməli pul məbləğlərinin indeksasiyası, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, şəxsin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-61/2011 saylı iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X1 tutulmuş 2500 (iki min beş yüz) manat pulun, mərhumun əmlakına vərəsəlik üzrə varisi Cavabdeh, 08 iyul 2011-cı il tarixdən hazırkı iddia üzrə məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər, 2500 (iki min beş yüz) manat pul vəsaiti hesabından, gecikdirilən hər ay üçün, pulun zaman dəyəri nəzəriyyəsindən irəli gələn cari dəyərinin Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq faizlərin hesablanması ilə İddiaçı ödənilməsi, ünvan 1 ünvanda yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə iddiaçının vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edildiyi və mülkün real bölgüsü üzrə məhkəmə qətnaməsinin hüquqi qüvvəyə mindiyi xx.xx.2008-ci il tarixidən, ünvan üzrə mülkün İddiaçı aid hissəsinin Cavabdeh tərəfindən zəbt edərək, şəxsi mənafeyi üçün istifadə etməsi və iddiaçının mülkiyyət hüquqlarını pozması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi, cavabdeh tərəfindən iddiaçıya 20000 (iyirmi min) manat və mənəvi zərərin əvəzi kimi 15000 (on beş min) manat təzminat ödənilməsi, hazırkı qətnamə əsasında icra hərəkətləri tam yerinə yetirilənə qədər, ünvan üzrə evə aid işıq, su, qaz və qanunvericiliklə müəyyən edilmiş digər ödəniş və vergilərin Cavabdeh aid olması və həmin xərclərin cavabdeh tərəfindən tam ödənilməsi, cavabdehin üzərinə, ünvan üzrə mülkün iddiaçıya aid ½ hissəsində olan həyət və mənzilin ilkin abad və yaşayışa yararlı vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, cavabdehin üzərinə, iddiaçının ünvan üzrə mülkə maneəsiz daxil olmağı üçün evin və mənzilin açarlannm iddiaçıya verilməsi və mülkün iddiaçıya aid hissəsində təmirabadlıq işlərinin aparılması ilə bağlı, cavabdeh tərəfindən maneələr törədilməməsi vəzifəsinin qoyulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və rüsuma ödənilmiş məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2007-ci tarixli, 2-418/2007 saylı qətnaməsi ilə Quba səhəri, Xətai küçəsi ev 2, 0,01874 ha. həyətyanı torpaq sahəsində, yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə İddiaçı və digər ½ hissəsinə X2 vərəsəlik üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir. Bu əsasla Azərbaycan Respublikası Daşınmaz Əmlakin Dövlət Reyestr Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixli, qeydiyyat №**********08-10301 saylı texniki pasport və xx.xx.2008-ci il tarixli, qeydiyyat № **********, reyestr № **********08-10301, seriya MH № ******* saylı çıxarış verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli № 2(027)-227/2008 saylı qətnaməsi ilə ünvan üzrə miras mülkün real bölgüsü müəyyən edilmişdir. Ünvan üzrə miras mülkün digər ½ hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ olan X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Miras mülkün mərhum X3 aid 1/2 hissəsinə vərəsəlik hüququ onun əri Cavabdeh keçmişdir. Cavabdeh vərəsəlik hüququndan istifadə etməsinə baxmayaraq, bu hüquqla üzərinə düşən vəzifələri, Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, № 2(027)- 227/2008 saylı və Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli № 2(027)-61/2011 saylı qətnamələri üzrə icra sənədində təsbit olunan tələbləri yerinə yetirməkdən davamlı yayınır. Quba Rayon Məhkəməsinin xx.xx.2007-ci tarixli, № 2-418/2007 saylı qətnaməsi ilə Quba səhəri, Xətai küçəsi ev 2, 0,01874 ha. həyətyanı torpaq sahəsində, yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan 2 mərtəbəli yaşayış evinin 1/2 hissəsinə İddiaçı və digər 1/2 hissəsinə X2 vərəsəlik üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir. Bu əsasla, Azərbaycan Respublikası Daşınmaz Əmlakin Dövlət Reyestr Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixli, qeydiyyat № **********08-10301 saylı texniki pasport və xx.xx.2008-ci il tarixli, qeydiyyat № **********, reyestr № **********08-10301, seriya MH № ******* saylı çıxarış verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli № 2(027)-227/2008 saylı qətnaməsi ilə ünvan üzrə miras mülkün real bölgüsü müəyyən edilmişdir. Ünvan üzrə miras mülkün digər 1/2 hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ olan X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Miras mülkün mərhum X3 aid 1/2 hissəsinə vərəsəlik hüququ onun əri Cavabdeh keçmişdir. Cavabdeh vərəsəlik hüququndan istifadə etməsinə baxmayaraq, bu hüquqla üzərinə düşən vəzifələri, Quba rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, № 2(027)- 227/2008 saylı və Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli № 2(027)-61/2011 saylı qətnamələri üzrə icra sənədində təsbit olunan tələbləri yerinə yetirməkdən davamlı yayınır. Ünvan üzrə mülkiyyətə iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə bağlı, Quba Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2011-ci il tarixli qətnamə üzrə icra vərəqəsində göstərilən tələblər cavabdeh tərəfindən icra edilməmişdir. Bu səbəbdən, iddiaçı bu günə qədər ünvan üzrə mülkün ona aid olan 1/2 hissəsinə sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur və ona məxsus mülkiyyətdən istifadə edə bilməmişdir. Ünvan üzrə mülkün iddiaçıya aid 1/2 hissəsinə mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi 14 (on dörd) ildir hüquqi qüvvəyə minmişdir. Bu müddət ərzində iddiaçının mülkiyyətə sahiblik və istifadə hüquqları, mülkün mərhum X3 aid digər 1/2 hissəsinə vərəsəlik üzrə mülkiyyət hüquqları əldə etmiş və hazırkı iddia üzrə Cavabdeh tərəfindən kobud pozulmuşdur. Cavabdeh, ünvan üzrə miras mülkə qadağan edilmiş özbaşınalıq yolu ilə davamlı olaraq, bütünlükdə sahiblik edir. Cavabdeh, ünvan 3 ünvanda ev sökülmüşdür) qeydiyyatda olmasına rəğmən, cavabdehin faktiki daimi yaşayış yeri ünvan 4 ünvanda yerləşən və hazırda mübahisə predmeti olan evdir. İşə dair məhkəmə qətnaməsinin icra vərəqəsinin 14 (on dörd) il ərzində icra edilməməsinin və cavabdeh (borclu) barəsində qanunvericiliyin tələblərinə müvafiq hüquqi tədbirlərin vaxtında görülməməsinin məsuliyyəti Quba rayon İcra və Probasiya şöbəsinin üzərinə düşür. Bununla bağlı, iddiaçının AR Milli Məclisinə müraciəti əsasında, AR Ədliyyə nazirliyinə sorğuya, Quba rayon icra və probasiya şöbəsi natamam və təhrif olunmuş məlumat vermişdir. Bu səbəbdən, məhkəmədə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Quba rayon İcra və Probasiya şöbəsinin iştirakı zəruridir. Cavabdeh, iddiaçının mərhum əmisi X4 adına Quba şəhərində miras qalmış və hazırda mübahisə predmeti olan ünvan üzrə evi, həmin əmlaka hüququ əsası olmadan, saxtakarlıq və qanunsuz yolla 27 fevral 2007-ci il tarixdə öz adına keçirmək niyyəti ilə, ünvan üzrə mülkə aid X5 (yəni, iddiaçının anasının və cavabdehin qaynanasının) adına olan sənədləri, qaynananın vəfatından bir neçə gün öncə, qərəzli məsədlə, evdən oğurlamışdır. 16 fevral 2007-ci tarixdə X5 müəmmalı vəfatından cəmi 4 (dörd) gün sonra, cavabdeh, həmin sənədləri aidiyyatı üzrə olmayan Qusar rayon Məhkəməsinə təqdim etmiş və cəmi 7 (yeddi) gün ərzində, X5 (iddiaçının anasının) vəfatından 11 (on bir) gün sonra, ünvan üzrə əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə Qusar rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixi, № 2-221 a/07 saylı qətnaməsini əldə etmişdir. Bu fakt, iddiaçıya, anasının vəfatından 6 (altı) ay sonra, Quba rayon Məhkəməsində məlum olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi, Qusar rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qanunsuz qətnaməsinin ləğv olunması barədə xx.xx.2007-ci il tarixli, № 2mk-262/2007 saylı qərardad qəbul etmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli № 2-418/2007 sayh qətnaməsi ilə, ünvan üzrə miras mülkə Cavabdeh adina AR DƏDRX Xaçmaz ərazi idarəsindən verilmiş çıxarış etibarsiz sayılaraq, ləğv edilmişdir. Həmin qətnamə ilə, ünvan 9 ünvanda 0,01874 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan miras mülkün ‘A hissəsinə İddiaçı və digər lA hissəsinə X2 vərəsəlik üzrə bərabər şəkildə mülkiyyət hüquqları müəyyən edilmişdir. Həmin qətnamə əsasında, iddiaçıya.qeydiyyat №********** reyestr №**********08-10301, seriya MH № ******* sayh xx.xx.2008-ci il tarixli çıxarış vermişdir. Quba rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli № 2(027)-227/2008 saylı qətnaməsi ilə tərəflərə məxsus, ünvan üzrə mülkü real bölgüsü aparılmışdır. Qətnamə xx.xx.2008-ci il tanxdə qanuni qüvvəyə minmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli №2(027)-61/2011 saylı qətnaməsində iddiaçının ünvan üzrə mülkiyyətə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılası, sahibliyin qaytarılması, mülkiyyətə sahiblik və istifadə hüququnun pozulması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi cavabdeh X1 2500 (iki min beş yüz) manat pul tutularaq, iddiaçıya ödənilməsi, evdən və həyətyanı torpaq sahəsindən çıxarma, evin və həyətyanı torpaq sahəsinin giriş qapılarının açarlarının qaytarılmasına dair iddia tələbləri təmin edilmişdir. Qətnamə xx.xx.2011-ci il tarixdə hüquqi qüvvəyə minmişdir. Həmin tarixli qətnamə üzrə cavabdehlərdən biri - miras mülkün 54 hissəsinin sahibi X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Həmin qətnamə üzrə digər cavabdeh, sonradan isə ünvan üzrə mülkün mərhum X3 aid hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ qazanmış Cavabdeh (hazırkı iş üzrə cavabdeh) vərəsəlik hüququndan istufadə etməsinə rəğmən, icra vərəqələri üzrə tələbləri yerinə yetirməkdən davamlı yaymır. Vərəsəlik hüququ əldə etmiş Cavabdeh, Quba rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X1 tutulmuş 2500 (iki min beş yüz) manat pulun iddiaçıya ödəməkdən davamlı imtina edir. İddiaçi, hazırkı iddia tələbi ilə, AR Mülki Prosessual Məcəlləsinin 232.1. maddəsinə əsaslanaraq, həmin 2500 (iki min beş yüz) manat pulun 14 (on dörd) il müddətdə, vaxtında ödənilməməsi səbəbindən, iddiaçıya dəymiş maddi zərərə görə, həmin məbləğdə pulun zaman dəyəri nəzəriyyəsindən irəli gələn cari dəyərinin müvafiq indeksasiyasmı tələb edir. Cavabdeh mülkün iddiaçıya aid həyət hissəsinə Quba şəhəri, Ərdəbil küçəsindən giriş üçün dəmir darvazanı həyət tərəfdən qıfılla bağlamışdır. İddiaçı mülkə maneəsiz daxil olmaq üçün açarları cavabdehdən ala bilmir. Cavabdeh 14 (on dörd) il ərzində iddiaçıya ünvan üzrə evin açarların verilməsi, kommunal və digər borcların ödənilməsi ilə bağlı, dəfələrlə yalan vədlər vermişdir. Bununla bağlı, iddiaçının təkrar müraciətlərinə, cavabdeh, “Bir də mənə zəng eləmə” deyərək, telefon danşığnı kəsmişdir. Cavabdeh, bu kimi hərəkətlə 14 (on dörd) il ərzində məsələnin həllini uzatmağa üstünlük vermişdir. Cavabdehin ünvan üzrə evə aid işıq, qaz və kommunal xidmətlərin ödənişi ilə bağlı, külli miqdarda borcları olduğundan, həmin ünvan üzrə ayrıca işıq və qaz xətti çəkilməsinə müvafiq idarələr tərəfindən iddiaçıya icazə verilmir. Mülkün iddiaçıya aid hissəsində, həyətin bölünməsi, hasar çəkilməsi, təmir-abadlıq işlərinin görülməsi üçün iddiaçı, dəfələrlə Quba şəhərinə gəlmişdir, mütəxəssislər dəvət etmişdir. Cavabdeh hər dəfə müxtəlif məzmunda bəhanələrlə evin açarlarını iddiaçıya verilməsinə, mütəxəssilərin smeta tərtib etmək üçün evə baxmasına imkan verməmişdir. Cavabdeh bu hərəkətlərlə işin həllinə süni maneələr yaratmışdır. 14 il müddətdə, göstərilən məsələlərlə bağlı, iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Cavabdeh mülkün iddiaçıya aid hissəsində olan otaqları və həyət hissəsini zəbt edərək, öz şəxsi mənafei üçün istifadə edir, müxtəlif dövrlərdə evi kirayə vermişdir. Cavabdehin bu qanunsuz hərəkəti nəticəsində iddiaçı 14 (on dörd) il müddətdə ona məxsus əmlaka (mülkə) sahib olmaq, istifadə etmək və fayda götürmək hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən, iddiaçı əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və əvəzinin ödənilməsini tələb edir. İddiaçı, ona məxsus ev və həyatyanı sahədə istifadə və digər hüquqlarından məhrum olmasaydı, bu halda, həmin mülkün 1 (bir) ay müddətə kirayəsindən 150 - 200 manat, 1 (bir) il müddətdə, orta hesabla, 2000 (iki min) manat pul vəsaiti əldə edə bilərdi. Bu halda, iddiaçıya 14 ildə - (14 x 12 ay — 168 ay), hər 1 (bir) aya kirayə haqqı minimum 150 manat hesabı ilə, 168 x 150 = 21000 (iyirmi min) manat məbləğ alınır. Sadə hesablama ilə təsdiq edilir ki, 14 il ərzində, iddiaçıya, orta hesabla, minimum 21000 (iyirmi bir min) manat məbləğdə zərər vurulmuşdur. İddiaçının valideynlərinə məxsus miras mülkdə olan daşınan əmlaka iddia etməmişdir. Bütün daşınan əmlak (pul, avtomobil, qızıl-zinət əşyalan, xalçalar, mebel və s.) cavabdeh tərəfindən mənimsənilmişdir. Cavabdehin iddiaçıya qarşı davamlı olaraq, törətdiyi qanun pozuntuları nəticəsində, iddiaçı 2007-ci ildən bu vaxta qədər öz hüquqlarını müdafiyə və bərpası üçün, çoxsaylı iddialarla məhkəmələrə müraciət etmişdir. Məhkəmə instansiyalarında iddiaçının tələbləri təmin edilmişdir. Lakin məhkəmə qətnamələri üzrə icra hərəkətləri yerinə yetirilməmişdir. Bu hallar, 14 il ərzində iddiaçının çox vaxt itkisinə, davamlı stress və mənəvi sarsıntılara məruz qalmasına səbəb olmuşdur. Bu müddətdə, məhkəmələrə iddia ərizəsi ilə müraciət etmək, məhkəmə iclaslarında iştirak etmək, həmçinin, mülkün iddiaçıya aid hissəsində qətnamədə təsbit olunan təmir-tikinti işlərini görmək üçün, iddiaçı və iddiaçının əri (etibarnamə ilə nümayəndəsi) yaşadıqları Moskva şəhərindən dəfələrlə Quba şəhərinə gəlməli olmuşlar. Bununla bağlı, çox vaxt itirmişlər və əlavə pul sərf etmişlər. İllər ərzində, cavabdehin yalan vədlərlə məsələnin həllindən yayınması səbəbindən, iddiaçı, davamlı mənəvi sarsıntı və stress keçirmişdir. Bu səbəbdən, iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, ünvan 4 ünvanda yerləşən yaşayış evində 2017-ci ildən tək yaşayır. Bütün kommunal xərcləri də hər ay ödəyir və heç bir kommunal borcu yoxdur. İddiaçı Rusiya Federasiyasında daimi olaraq yaşayır, bu illər ərzində ona aid daşınmaz əmlakla maraqlanmamış və həmin əmlakın saxlanılması üçün də heç bir hərəkət etməmiş və ya xərc çəkməmişdir. İddia tələbini əsassız hesab edərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman üçüncü şəxs Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi Vahid Məmmədov bildirdi ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin icrası ilə bağlı hazırki iş üzrə iddiaçı ölkə xaricində daimi yaşamağına baxmayaraq ərizə ilə müraciətlər edərək icra sənədinin icrasını tələb edir. Lakin tələbkarın özünün iştirakı ilə aparılmalı olan icra hərəkətlərinin aparılması mümkün olmur. İcra işi üzrə borclu qətnamənin yalnız pul məbləğinin ödənilməsi hissəsində icradan qismən yayınır və bunula bağlıda müvafiq tədbirlər onun barəsində görülmüşdür. Qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2007-ci tarixli, 2- 418/2007 saylı qətnaməsindən görünür ki, Quba səhəri, Xətai küçəsi ev 2, 0,01874 ha. həyətyanı torpaq sahəsində, yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə İddiaçı və digər ½ hissəsinə X2 vərəsəlik üzrə mülkiyyət hüquqları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakin Dövlət Reyestr Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixli, qeydiyyat №**********08-10301 saylı texniki pasport və xx.xx.2008-ci il tarixli, qeydiyyat № **********, reyestr № **********08-10301, seriya MH № ******* saylı çıxarış verilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli № 2(027)- 227/2008 saylı qətnaməsindən görünür ki, ünvan üzrə miras mülkün real bölgüsü müəyyən edilmişdir. İş materiallarında olan ünvan üzrə miras mülkün digər 1/2 hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ olan X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 9/3353 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2011-ci ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən 2500 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin 2500 manat məbləğə göstərilən dövrlər üzrə faizlərin 2067,05 manat və eyni zamanda xx.xx.2022-ci ildən xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən 1300 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin 1300 manat məbləğə göstərilən dövrlər üzrə hesablanan faizlərin cəmi 26,87 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi X7 qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2011-ci ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən 2500 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin 2500 manat məbləğə göstərilən dövrlər üzrə faizlərin - 2067,05 manat, eyni zamanda xx.xx.2022-ci ildən xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən 1300 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin 1300 manat məbləğə göstərilən dövrlər üzrə hesablanan faizlərin cəmi 26,87 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərində təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının ünvan 10 ünvanda yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə iddiaçının vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edildiyi və mülkün real bölgüsü üzrə məhkəmə qətnaməsinin hüquqi qüvvəyə mindiyi xx.xx.2008-ci il tarixidən, ünvan üzrə mülkün İddiaçı aid hissəsinin Cavabdeh tərəfindən zəbt edərək, şəxsi mənafeyi üçün istifadə etməsi və iddiaçının mülkiyyət hüquqlarını pozması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi, cavabdeh tərəfindən iddiaçıya 20000 (iyirmi min) manat və mənəvi zərərin əvəzi kimi 15000 (on beş min) manat təzminat ödənilməsi, hazırkı qətnamə əsasında icra hərəkətləri tam yerinə yetirilənə qədər, ünvan üzrə evə aid işıq, su, qaz və qanunvericiliklə müəyyən edilmiş digər ödəniş və vergilərin Cavabdeh aid olması və həmin xərclərin cavabdeh tərəfindən tam ödənilməsi, cavabdehin üzərinə, ünvan üzrə mülkün iddiaçıya aid ½ hissəsində olan həyət və mənzilin ilkin abad və yaşayışa yararlı vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, cavabdehin üzərinə, iddiaçının ünvan üzrə mülkə maneəsiz daxil olmağı üçün evin və mənzilin açarlarnın iddiaçıya verilməsi və mülkün iddiaçıya aid hissəsində təmir-abadlıq işlərinin aparılması ilə bağlı, cavabdeh tərəfindən maneələr törədilməməsi vəzifəsinin qoyulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və rüsuma ödənilmiş məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2011-ci ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən 2500 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin 2500 manat məbləğə göstərilən dövrlər üzrə faizlərin cəmi 2067,05 manat, eyni zamanda xx.xx.2022-ci ildən xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən qalıq 1300 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin qalıq 1300 manat məbləğə göstərilən dövrlər üzrə hesablanan faizlərin cəmi 26,87 manat, cəmi 2093,92 (iki min doxsan üç manat, doxsan iki qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-297/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-297/2023
21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver