Məhkəmə qərarları › İş №e-2(027)-3378/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-3378/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-3378/2025 23.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızı X1 inzibati qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X3 barəsində İXM-nin 327.2-ci maddəsi ilə çıxarılmış inzibati tənbeh qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və cərimə balı və cərimənin aradan qaldırılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizənin məzmunundan görünür ki, X3 barəsində İXM-nin 327.2-ci maddəsi ilə çıxarılmış inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. İnzibati qərardan şikayətə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə uyğun şikayət vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 153, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qəraraaldım: X1 ərizəsinin qəbul edilməsindən imtina edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə uyğun şikayət vermək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar