Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-453/2024 11.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahələrinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və cavabdehə məxsus sayğacın və işıq xətlərinin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışla Quba rayonu, Pirvahid kəndində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, o cümlədən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 dekabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışla Quba rayonu, Pirvahid kəndində 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sahiblik, istifadə) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh evinə və dülgər sexinə gedən elektrik naqillərinin və onun mülkiyyətində olan torpaq sahələrinin daxilində və hasarının çöl divarında yerləşən Cavabdeh məxsus elektrik sayğaclarının onun mülkiyyətində olan torpaq sahələrindən çıxarılması, torpaq sahələrindən istifadə etməklə (torpaq sahəsindən keçməklə) elektrik xətlərinin çəkilməsi, sayğacların quraşdırılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışla Quba rayonu, Pirvahid kəndində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, o cümlədən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 dekabr 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışla Quba rayonu, Pirvahid kəndində 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd edilən torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşir. Hal-hazırda onun mülkiyyətində olan torpaq sahələrinin və fərdi yaşayış evinin daxili ilə torpaqdan təxminən 1 m məsafə ilə iş üzrə Cavabdeh evini və dülgər sexini elektrik enerjisi ilə təmin edən elektrik xətləri keçir. Belə ki, Cavabdeh yaşadığı fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edən, o cümlədən onun dülgər kimi işləməyini təmin edən dülgər sexinin işıq xətləri onun mülkiyyətində olan torpaq sahələrindən keçir. Həmin şəxsə məxsus 2 ədəd elektrik sayğacı onun hasarının çöl tərəfində yerləşdirilməklə yanaşı, onun hasarının daxilində-həyətində də iki ədəd Cavabdeh məxsus elektrik sayğacları mövcuddur. Cavabdeh hər dəfə guya sayğaclarına baxmaq adı ilə onun torpaq sahəsində onun icazəsi olmadan daxil olur. Qeyd edilən elektrik xətləri küçədən onun həyətinə daxil olduqdan sonra hasar kimi çəkdiyi dəmir torun üstü ilə təxminən 100 metr məsafədə təxminən 1-1,20 metr yüksəklikdən keçir. Həmçinin qeyd edilən elektrik naqilləri yüksəkliklə deyil, təhlükəli dərəcədə alçaq məsafədən getdiyi üçün Cavabdeh tərəfindən dirək rolunu oynaması üçün "xxxx" ASC-yə məxsus qaz borularına birləşmişdir. Hər dəfə yağış yağanda, külək əsəndə elektrik naqilləri (220 və 380 Volt) birbiri ilə birləşərək onlardan qığılcımlar çıxır. O, mülkiyyətçi kimi öz mülkiyyətindən sırf qeyd edilən elektrik naqillərinə görə rahatlıqla istifadə edə bilmir. Hər zaman həyatı təhlükədədir. Mülkiyyətində olan torpaq sahəsində elektrik naqilləri (220 və 380 Volt) olduqca aşağı məsafədən keçdiyi üçün heç bir tikinti işi apara, hətta rahatlıqla öz həyətində gəzə bilmir. Ona aid olmayan elektrik sayğaclarının onun həyətində olması səbəbi ilə hər dəfə sayğacın sahibinin mülkiyyətinə müdaxiləsinə dözməli olur. Həmçinin elektrik sayğacları dülgər sexini elektriklə təmin etdiyi üçün yüksək gərginliklidir və sayğaclar və birləşdiricilər açıq vəziyyətdədir. O, 2023-cü ilin təxminən yay aylarında qeyd edilən elektrik naqillərinin onun mülkiyyətində olan ərazidən köçürülməsi ilə bağlı "xxxx" ASC-nin X1 müraciət etmişdir. Qurumun əməkdaşları gələrək özləri də təhlükəli vəziyyətin şahidi olmuş və ona bildirmişlər ki, Cavabdeh yaşadığı fərdi yaşayış evinə heç bir qonşunu narahat etmədən və tamamilə təhlükəsiz şəkildə elektrik enerjisinin verilməsi mümkündür. Lakin Cavabdeh elektrik naqillərinin köçürülməsinə maneə olmuşdur. Göründüyü kimi elektrik naqilləri (220 və 380 Volt) həyatımız üçün təhlükə yaradır, o və ailə üzvləri həyətə düşərkən hər an bizi elektrik vurması təhlükəsi ilə üzləşirlər. O, özünə məxsus həyətdən istifadə edə bilmir, yaşayışlarında çətinliklə yaranmışdır. Göründüyü kimi cavabdeh heç bir hüququ olmadığı halda onun torpaq sahəsində elektrik sayğacları quraşdıraraq və olduqca təhlükəli alçaq məsafədən elektrik xətləri ilə elektrik enerjisi aparmaqla onun torpaq sahələrinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneə olur. Ona görə də cavabdehin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırki vəziyyətdə cavabdeh tərəfindən onun mülkiyyət hüququnun yüklü edilməsi üçün heç bir əsas yoxdur. Çünki qeyd edilən yerüstü elektrik xətləri onun torpaq sahəsindən istifadə edilmədən də çox rahatlıqla çəkilə bilər, bunun üçün hər cür şərait mövcuddur, hətta bunu "xxxx" ASC-nin nümayəndələri də dəfələrlə bildirmiş və qeyd edilən hal hədsiz yüksək məsrəflərlə də başa gəlmir. Eyni zamanda qeyd edilən elektrik xətləri çəkilərkən və onun mülkiyyət hüququ, o cümlədən yaşamaq hüququ təhlükə altına atılarkən ona vurulmuş zərərin qarşılığı cavabdeh tərəfindən qarşılanmamışdır. Qeyd edilən vəziyyətdə isə o, həmin xətlərin onun torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə izahatında bildirmişdir ki, ekspert rəyinin verilməsi üçün iş məhkəmə ekspertiza mərkəzinə göndərilsə də, Ekspertiza mərkəzi tərəfindən iş üzrə rəy verilməsinin mümkün olmaması qeyd edilmişdir. Bu səbəbdən elektrin naqillərinin iddiaçıya məxsus torpaq sahələrindən keçib-keçməməsinin müəyyən edilməsi üçün mütəxəsis rəyinin alınması zərurəti olduğundan o bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Sorğuya əsasən mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş, torpaq sahəsinin ölçü və koordinatları naturadan götürülmüş, kameral araşdırma nəticəsi olaraq qeyd edilmişdir ki, həqiqətən İddiaçı məxsus torpaq sahəsinin daxilində və hasarının çöl divarında Cavabdeh evinə və dülgər sexinə gedən elektrik naqilləri və elektrik sayğacı yerləşdiyi məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə elektron ərizə ilə müraciət edərək, həyat yoldaşının sağlıq durumu ilə bağlı Almaniyada qızının yanında olduğu, dönmə tarixinin məlum olması yoldaşının sağlıq durumuna bağlı olduğunu, onun məişət problemlərini tam bilən səlahiyyətli nümayəndəsinin olmadığı və məhkəmədə iştirak etmək imkanının olmadığını qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi qismində vəkilinin izahatını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, ********** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışından görünür ki, Quba rayonu, Pirvahid kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 224 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, **********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Çıxarışından görünür ki, Quba rayonu, Pirvahid kəndi yerləşən sahəsi 176.9 kv.metr olan fərdi yaşayış evi və 0.29 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. Vəkil sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məlumatında qeyd olunur ki, mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş, torpaq sahəsinin ölçü və koordinatları naturadan götürülmüşdür. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki,yalnız İddiaçı məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********1- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 31,10.2018-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla Quba rayonu Pirvahid kəndində yerləşən 0,29 ha torpaq sahəsinin daxilində və hasarının çöl divarında Cavabdeh evinə və dülgər sexinə gedən elektrik naqilləri və elektrik sayğacı yerləşir. Təqdim edilmiş Quba EŞ-nin rəisi X2 RETSİ-nin rəisi T.Səfərova ünvanlanmış məlumatında qeyd olunur ki, Quba rayonu Pİrvahid kənd sakini İddiaçı və onun qardaşı Cavabdeh arasında uzun illərdir əmlak məsələləri üzrə məhkəmə prosesləri gedir. Cavabdeh məxsus l(bir) ədəd üç fazlı və 1 (bir) ədəd’bir fazlı sayğaca gedən 0,4 kv kabel xətləri onlar təərəfdən qaydaya salınmış, yerlə olan məsafələr normaldır. Həmin xətlərin həyətdən çıxarılaraq başqa yerdən qidalanması üçün 1 (bir) ədəd 3 fazlı və 1 (bir) ədəd 1 fazlı sayğacın TM bağlantısı dəyişdirilməlidir. Bununla əlaqədar Cavabdeh ‘’ASAN" xidmət mərkəzinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması" tələbinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-3808/2017 saylı qətnaməsinə əsasən, İddiaçı məxsus Quba rayonu Pirvahid kəndində yerləşən 0,1 ha torpaq sahəsində quraşdırılmış dəmir qalxanın sökülməsinə və həmin torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədi ilə müayinə aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Quba rayonu, Pirvahid kəndində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, o cümlədən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd edilən torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşir. Hazırda idiaçı onun mülkiyyətində olan torpaq sahələrinin və fərdi yaşayış evinin daxili ilə torpaqdan iş üzrə Cavabdeh evini və dülgər sexini elektrik enerjisi ilə təmin edən elektrik xətləri keçməsi və həmin xətlərin, habelə elektrik sayğaclarının onun mülkiyyətində olan torpaq sahələrindən çıxarılmasını, torpaq sahələrindən istifadə etməklə (torpaq sahəsindən keçməklə) elektrik xətlərinin çəkilməsini, sayğacların quraşdırılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd eedilən Məcələnin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edən, o cümlədən dülgər sexinin işıq xətləri iddiaçının mülkiyyətində olan torpaq sahələrindən keçməsi rəy və sübutlarla təsdiqini tapır. Qanunvericiliyə əsasən mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Cavabdehə məxsus l(bir) ədəd üç fazlı və 1 (bir) ədəd’bir fazlı sayğaca gedən 0,4 kv kabel xətlərinin həyətdən çıxarılaraq başqa yerdən qidalanması üçün 1 (bir) ədəd 3 fazlı və 1 (bir) ədəd 1 fazlı sayğacın TM bağlantısı dəyişdirilməklə mümkünlüyü bildirildiyindən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahələrinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və cavabdehə məxsus sayğacın və işıq xətlərinin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın əsaslı olması qənaətinə gələrkən həmin elektrik xətləti ilə bağlı servitutun müəyyən olunmamasını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Quba rayonu, Pirvahid kəndində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın, həmin torpaq sahəsinin daxilində və çöl divarında yerləşən, Cavabdeh məxsus elektrik sayğacları, evinə və dülgər sexinə gedən elektrik naqilləri İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılsın və İddiaçı mülkiyyətində olan torpaq sahələrindən istifadə etməklə (torpaq sahəsindən keçməklə) elektrik xətlərinin çəkilməsi, sayğacların quraşdırılması Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-453/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-453/2024
11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver