Məhkəmə qərarları › İş №e-2(027)-676/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-676/2023

13.02.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-676/2023 13.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dövlət büdcəsinə olan 13940,93 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 13734,99 manat, işsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 38,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “QUBA MƏNZİL İSTİSMAR SAHƏSİ” nin (VÖEN: **********) dövlət büdcəsinə 13940,93 manat məbləğində (o cümlədən, vergilər üzrə 10886,74 manat, faizlər üzrə 3014,19 manat, maliyyə sanksiyası üzrə 40 manat) , İcbari Tibbi Sığorta Fonduna 38,48 manat, Dövlət Sosial Müdafiə Fonduna 13734,99 manat, İşsizlikdən sığorta fonduna 0 manat olmaqla, ümumilikdə 27714,4 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********576200, xx.xx.2022-ci il tarixli **********310000, xx.xx.2022-ci il tarixli **********803500, xx.xx.2022-ci il tarixli **********561600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən dövlət büdcəsinə olan 13940,93 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 13734,99 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 38,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi Ədalət Əsədov məhkəmənin elektron portalına yerləşdirilmiş ərizə ilə müracət edərək, hazırki işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs Quba Mənzil İstismar Sahəsinin icra orqanının rəhbəri Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, üç ay əvvəl qeyd edilən vəzifəyə təyin olunub və borc barədə məlumatlıdır. Quba MİS-nin büdcəsində vəsait yoxdur, belə ki, sakinlərdən pul yığılmır. Ona görə də vergini ödəməyə imkanı yoxdur. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək, belə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarından görünür ki, 3 saylı Ərazi Vergilər idarəsinin rəisi, vergi xidməti müşaviri X2 ilə “Mənzil İstismar Kommunal Təsərrüfat Birliyi”nin rəhbəri X3 (VÖEN: **********) arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 19 mart 2008-ci il tarixində müqavilə bağlanmışdır. İş materiallarında olan “Quba Mənzil İstismar Sahəsi” nin Şəxsi hesab vərəqəsindən göründüyü kimi, “Quba MİS”-in dövlət büdcəsinə ümumilikdə (VÖEN: **********)- 27714 (iyirmi yeddi min yeddi yüz on dörd) manat 40 qəpik vergi borcu yaranmışdır. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat” lardan göründüyü kimi, əsas fəaliyyət növü olan “binaların əsaslı təmizlənməsi və yığışdırılması” -VÖEN: **********-lə xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsində qeydiyyatdan keçmişdir. Hal-hazırda “ünvan 1 ünvanında yaşayan Cavabdehdur. İş materiallarında olan cavabdehin şəxsiyyət vəsiqəsinin məlumatlarından göründüyü kimi, AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən Cavabdeh xx.xx.1994-cü ildə Quba rayonu, Rustov İƏD, Bağça-Əli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Rustov kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********576200, xx.xx.2022-ci il tarixli **********310000, xx.xx.2022-ci il tarixli **********803500, xx.xx.2022-ci il tarixli **********561600 nömrəli bildirişlərdən göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və külli miqdarda məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab olunması barədə məlumatlandırılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş idarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq məktubundan göründüyü kimi, Cavabdeh tərəfindən borc ödənilmədiyi təqdirdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borcun ödənilməsini təmin etmək məqsədilə ərizəçi tərəfindən maraqlı şəxsə bildirişlər ünvanlanaraq borcun ödənilməsi dəfələrlə tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmiş və ərizəçi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə müraciət haqda xəbərdar edərək müvafiq ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcun ödənilməsini təmin etmək məqsədilə xx.xx.1994-cü ildə Quba rayonu, Rustov İƏD, Bağça-Əli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 355-5.-355-7-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilsin. Borcun ödənilməsini təmin etmək məqsədilə Quba Mənzil İstismar Sahəsinin rəhbəri xx.xx.1994-cü ildə Quba rayonu, Rustov İƏD, Bağça-Əli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar