Məhkəmə qərarları › İş №e-2(027)-83/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-83/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-83/2024 08.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı «Qala Sığorta” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Qala Sığorta” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4351 (dörd min üç yüz əlli bir) manat və ödənilmiş dövlət rüsumuna görə 63,51 (altmış üç manat, əlli bir qəpik) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 məxsus “Ford Transit” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixində idarə edərkən Quba rayonu, Azərbaycan küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-C 00222- 20 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Elantra” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Elantra” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 9351 (doqquz min üç yüz əlli bir) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Quba RPİ-nin X4 haqqında qərarına əsasən cavabdeh Bayramov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbimizlə bağlı 5000 (beş min) manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 4351 (dörd min üç yüz əlli bir) manat məbləğ isə Cavabdeh2 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0616/23 nömrəli məktubla Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbi təmin olunmadığından həmin tələbinin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. İddiaçı «Qala Sığorta” ASC-nin nümayəndəsi Taleh Yunsurov ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixində Quba şəhərində yol-nəqliyyat hadisəsi törətmiş, bu zaman “Hyundai Elantra” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin maşına zərər vurmuş, İXM-nin müvafiq maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Avtomaşına vurulmuş zərər çox yazılmış, maşının ehtiyyat hissələrinin məbləği çox hesablanmışdır. Onun həmin məbləği ödəməyə maddi imkanı yoxdur və bunun nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdeh F.Ş Bayramovun izahatını dinləyib iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, MV-C 00222-20 nömrəli sığorta şəhadətnaməsi əsasında “Hyundai Elantra” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalanmış 1 il müddətinə sığortalanmışdır. -MVC0218 saylı işə dair sığorta aktından görünür ki, sığortalanmış “Hyundai Elantra” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin “Ford Transit” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 9601 manat təşkil etmişdir. Dəymiş zərər məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azad olma çıxılmaqla sığorta ödənişi 9351,00 manat Nazim Ömərova köçürülmüşdür. - 1982/20№li qiymətləndirmə aktından görünür ki, Hyundai Elantra” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın cəmi 9601 manat olduğu müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Nazim Ömərova 9351 manat pul ödənilmişdir. -xx.xx.2021-ci il tarixli Ref № 103OPX********** saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000 manat pul ödənilmişdir. -xx.xx.2020-ci il tarixli TP ******* saylı X4 Haqqında qərardan görünür ki, Cavabdeh2 İXP ******* №li protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Cavabdeh2 ünvanlanmış məktubunun surətindən görünür ki,-"xxxx" ASC subroqasiya hüququ əsasında Cavabdeh2 4351 manat məbləğində pulun ödənilməsi xahiş etmişdir. -xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, hazırki iddia ilə bağlı iddiaçı tərəfindən 63,51 manat dövlət rüsumu ödənilmişdir. -məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 noyabr 2023-cü il tarixli, 9/6981-8/2747 №-li rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Hyundai Elantra” markalı, ** VP *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8406,0 manat müəyyən edilir. -"xxxx" ASC tərəfindən Quba Rayon Məhkəməsinə ünvanlanmış vəsatətdə ekspert rəyində 'Hyundai Elantra" markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci avtoehtiyat hissələrinə tətbiq olunmuş köhnəlmə faizinin nəzərə alınmamasını, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4351 (dörd min üç yüz əlli bir) manat və ödənilmiş dövlət rüsumuna görə 63,51 (altmış üç manat, əlli bir qəpik) manat pulun iddiaçı "xxxx" ASC- nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 idarə etdiyi “Ford Transit” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Elantra” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili vurması və bunun nəticəsində Cavabdeh2 təqsiri ucbatından sığortalanmış avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Sığortalanmış “Hyundai Elantra” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə “Ford Transit” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh1 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh2 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh2 tərəfindən vurulduğundan, vurulmuş ziyan yalnız Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından aydın olur ki, “Ford Transit” yük markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsus olsa da, etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh2 daşımalı, Cavabdeh1 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 63,51 manat dövlət rüsumu cavabdehdən iddiaçı «Qala Sığorta” ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş 100 (yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikas MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən o cümlədən ekspertə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud ekspertlərin təyin edilməsi məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi barəbr qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh2 4351 (dörd min üç yüz əlli bir) manat sığorta ödənişi və 63,51 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Qala Sığorta” ASC-yə ödənilsin. İddia Cavabdeh1 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş 100 (yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar