Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-92/2024 19.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, X17 qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 nümayəndəsi qismində vəkili Vəkil1, Cavabdeh1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi qismində vəkili Vəkil2, Üçüncü şəxs Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 üçüncü şəxs Nümayəndə cəlb olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh1, Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2, İddiaçı1 və İddiaçı3 qarşı yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 iddia ərizəsilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, **********93- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli çıxarışla Rahib Məmmədovun mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75,4 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 bağışlanmasına dair Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 4Ə-2051 nömrə ilə qeyd edilmiş 18 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Rahib Məmmədova məxsus fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş 30 oktyabr 2020ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı2 10 iyun 1983-cü ildə X14 ilə rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə nikahdan 28 iyun 1983-cü ildə İddiaçı1 və 23 yanvar 1988-ci il tarixdə İddiaçı3 adlı uşaqları anadan olmuşdur. X14 xx.xx.2020-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. X1 vərəsələridir və bununla bağlı Qazaxıstan Respublikasında qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə də alıblar. 30 yanvar 2019-cu il tarixdə Nümayəndə X27 rayonu, Alekseyevka kəndi ünvanında yerləşən ümumi sahəsi 75,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evini notarial qaydada təsdiq olunmuş bağışlanma müqaviləsi əsasında bağışlamışdır. Bundan sonra Rahib Məmmədovun (Mamedov Ragib) adına qeyd edilən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X9 Respublikasından verilən pasportunun (pasport nömrəsi N********) Azərbaycan dilinə tərcüməsi zamanı adı Rahib Məmmədov kimi tərcümə edildiyindən həmin fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış və texniki pasport verilərkən adı Rahib Məmmədov kimi qeyd edilmişdir. Raqib Məmmədov 12 sentyabr 2020-ci il tarixdə vəfat edərkən bununla bağlı Quba rayon X10 və təxirəsalınmaz Tibbi Yardım şöbəsi tərəfindən ölüm haqqında vərəqə də tərtib edilmişdir. X28 vəfat etdikdən sonra ona Azərbaycan Respublikasında ölüm haqqında şəhadətnamə cavabdehlər tərəfindən qəsdən alınmamışdır. Cavabdeh1 Raqib Məmmədovun vəfatından xəbərdar olduğuna baxmayaraq qəsdən onun vəfatından sonra Raqib Məmmədovun verdiyi kimi qeyd edilən xx.xx.2020-ci il tarixli, 8823 reyestr nömrəli etibarnamədən istifadə edərək Quba Regional “ASAN Xidmət Mərkəzi”nə gələrək 18 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə mərhum Raqib (Rahib) Məmmədovun mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75,4 kv.m olan fərdi yaşayış evini digər cavabdeh olan qardaşı Cavabdeh2 bağışlamışdır. Cavabdehlər Raqib Məmmədovun əmlakını ələ keçirmək üçün sanki fürsət gözləmiş və vəfatından bir həftə keçmədən qeyd edilən qanunsuz və hüquqazidd müqaviləni bağlamaqla onun əmlakını ələ keçirmişlər. Bundan sonra iş üzrə Cavabdeh2 həmin fərdi yaşayış evi ilə bağlı öz adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almış və öz adına fərdi yaşayış evi ilə bağlı texniki pasport tərtib etdirmişdir. Cavabdehlər öz niyyətlərinə çatdıqdan, yəni mərhum Raqib (Rahib) Məmmədovun əmlakını ələ keçirdikdən sonra Quba Rayon Məhkəməsinə cavabdehlərin atası və Raqib Məmmədovun qardaşı olan X15 ərizə ilə müraciət edərək X5 xx.xx.2020-ci il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilən ərizədən də göründüyü kimi Raqib Məmmədov məhz Rafiq Məmmədovun evində vəfat etmişdir və mümkün deyildir ki, cavabdehlərin atalarının evində vəfat edən əmiləri Raqib Məmmədovun ölümündən məlumatları olmasın. Hətta Quba Rayon Məhkəməsində iddiaçının nümayəndəsi kimi də Cavabdeh1 iştirak etmiş, bu həmin Cavabdeh1dur ki, əmisi xx.xx.2020-ci il tarixdə Quba şəhərində ölsə də, onun ölümündən sonra 18 sentyabr 2020-ci il tarixdə etibarnamə ilə əmisinin adına olan evi bağışlama müqaviləsinə əsasən qardaşı Cavabdeh2 bağışlamışdır. Hal-hazırda da guya Cavabdeh2 bağışlanmış evdə Cavabdeh1 yaşayır. X21 vərəsələri kimi şəxsin ölümündən sonra etibarnaməyə xitam verməli olduğu halda bu qaydaya riayyət olunmadan bağlanmış əhəmiyyətsiz əqdi mübahisələndirməkdə və həmin əqdin əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə haqlıdırlar. Göründüyü kimi cavabdehlər arasında bağlanan bağışlanma müqaviləsi mülkiyyətçi Raqib Məmmədovun iradə ifadəsini əks etdirmir, əqd bağlanarkən Raqib Məmmədov sağ olmadığından və onun ölümündən cavabdehlərin hər ikisi məlumatlı olduqlarından və əqdin subyekt tərkibinə aid şərtlər də pozulduğundan qeyd edilən bağışlanma müqaviləsi əhəmiyyətsiz əqddir. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində vərəsəlik və bundan irəli gələn mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olublar. Cavabdeh1 ilkin iddia ərizəsinə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Quba rayonu, Alekseyevka kəndində yerləşən 30 oktyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və ona dəymiş zərərin əvəzi olraq 25000 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X14 onun doğma əmisidir. 2020-ci ilin iyul ayında onun evinə gələrək öz evində yaşaya bilmədiyini, qardaşları tərəfindən döyüldüyünü qeyd edərək, onunla birlikdə ona məxsus evdə yaşamağını istəmişdir. 21 avqust 2020-ci il tarixində əmisi qardaşları tərəfindən daha amansızlıqla döyüldüyünü bildirmiş, bundan sonra xəstəxanaya yerləşdirilmişdir. Onun tələbi ilə ona məxsus evə köçmüşdür. Əmisi ona demişdir ki, “sən mənə baxırsan, mən də bu evi sənə bağışlamaq istəyirəm”. Ev yaşayışa yarasız vəziyyətdə olduğundan, evi o təmir etdirib. Təmirə ümumilikdə 19300 manat pul xərclənib. Əmisi ona həmin evi bağışlamaq məqsədilə Notariat kontoruna gəlmiş, sənədləşmə tam başa çatmadığına görə etibarnamə vermişdir. Qeyd etdiyi kimi, o əmisi mərhum X5 evinə onun razılığı ilə köçmüş və hal-hazırda həmin evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. O bu evə orada müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşdür. Ona görə də onun bu evdən istifadə etmək hüququ yaranmışdır. Beləliklə istifadə hüququnun tanınmasını və tələb etdiyi ev onun yaşayış yeri olmuşdur, cavabdehlərin onu və uşaqlarını bu evdən məhrum etmək səlahiyyəti yoxdur. Bildirir ki, onun başqa yaşayış yeri yoxdur. Daha sonra ilkin iddia üzrə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, **********93- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli çıxarışla Rahib Məmmədovun mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 bağışlanmasına dair Quba regional "ASAN Xidmət" mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 4Ə-2051 nömrə ilə qeyd edilmiş 18 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Rahib Məmmədova məxsus fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş 30 oktyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini və mərhum ailə üzvü X5 mülkiyyətində olmuş fərdi yaşayış evinin özgəninkiləşdirilməsində “əməyi” keçən şəxslərin barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini və ölümü ilə bağlı şübhəli məqamlar olduğu üçün araşdırılması üçün prokurorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi qismində vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, qarşılıqlı iddia ərizəsinə etirazını bildirərək, əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmədə iclasında cavabdehlərin nümayəndəsi qismində vəkili Vəkil2 ilkin iddia ərizəsinə etirazını bildirmiş və qarşılıqlı iddia ərizəsini müdafiə etdərək, qarşılıqlı iddianın əsaslı olduğunu və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, evin bünövrədən tikilərək hazır yaşayış üçün yararlı vəziyyətə gətirilməsində iştirak etmişdir. Evin daxili divarlarının, döşəmənin, damın, bütünlüklə evin yaşayış üçün yararlı vəziyyətə gətirilməsində, tam təmirində iştirak etmişdir. Həmçinin qardaşı Qazaxıstanda yaşadığı üçün buraları tanımadığından onun bütün işlərində yardımçı olmuşdur, bilavasitə tikintidə, təmirdə və bütün işlərdə yardımçı olmuşdur. Həmin vaxt evdə vəfat etmiş Məmmədov Raqibin olmuş, cavabdeh olmamışdır. Yas mərasiminin xərclərini mərhumun yoldaşı qarşılamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, həmin evin təmizlədiyini, evin tam təmirli olduğunu, evdə mebel, televizor, xalça, divan, mətbəx mebelinin olduğunu bildirmişdir. Həmin vaxt evdə vəfat etmiş Məmmədov Raqibi görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, evin tikintisinə iştirak etmiş, onunla birlikdə X4 və vəfat etmiş Raqib Məmmədovun təmirdə iştirak etdiyini o bildirmişdir.Həmçinin hasar çəkdiyini, zəhmət haqqının Qalib və rəhmətlik tərəfindən verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Cavabdeh1la razılaşmaqla qeyd edilən evdə il yarım ərzində usta kimi işləmiş, su çəkmiş, 240 kvm yeri betonlamış, 3 maşın atsepi həyətə daşımış, həyətdə su quyusu qazmış və beton tökmüş, o cümlədən digər işlər görmüşdür. Betonun kv/m-ni 10 manata tökmüşdür. Ona bu işlərin dəyəri Cavabdeh1 tərəfindən qarşılanmışdır. Materiala təqribi 10 000 manatdan çox pul ödənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o Cavabdeh1la danışıb sözü gedən yaşayış evində kafel, metlax, mətbəx mebellərinin dekorunu, santexnik işlərini görüb, həmin vaxt orda Şakir də həyətdə işləmişdir. Onlar bu işləri pandemiyadan sonra görmüşlər. Ev iki otaq, mətbəx və dəhlizdən ibarət olub. Bu işlərə görə ona 5000 manatdan yuxarı zəhmət haqqı verilib. Azad deyirdi ki, ev ona əmisindən qalıb. Üçüncü şəxs Nümayəndə ifadəsində bildirmişdir ki, sözü gedən ev ona məxsus olmuş, sonradan o həmin evi bağışlanma müqaviləsi ilə Raqib Məmmədova bağışlamışdır. Evin tikintisi tamamilə Raqib Məmmədov tərəfindən icra edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahidlərin ifadələrini nəzərə alaraq, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarında olan 30 yanvar 2019-cu il tarixli, notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, Nümayəndə məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evini Mamedov Ragibə bağışlamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, **********93-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evi Məmmədov Rahibin adına daşınmaz əmlakın dövlət reyesterində 40 nömrəli reyestr kitabını 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə Nümayəndə tam mülkiyyəti müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Nümayəndə məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evi Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə- 218 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Rahib Məmmədovun adına özgəninkiləşdirilmiş, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Rahib Məmmədovun mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli, notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, Məmmədov Rahib özünə məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. Məmmədov Rahibin əvəzinə Cavabdeh1 iştirak etmişdir. İş materiallarında olan ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X16 12 sentyabr 2020-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 03 avqust 2021-ci il tarixdə 394 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi, X5 12 sentyabr 2020-ci ildə Quba şəhərində ölməsi faktı müəyyən edilmişdir. Məhkəmə iclasın ərizəçi X7 nümayəndəsi kimi Cavabdeh1 iştirak etmişdir. İş materiallarında olan Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 05 sentyabr 2020-ci il tarixdə X8 verdiyi etibarnamə əsasında 18 sentyabr 2020-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evinə dair 4Ə- 2051 reyestr nömrəli bağışlanma müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Şərqi Qazaxıstan vilayəti notariat dairəsinin notariusu tərəfindən verilmiş Qazaxıstan Respublikası MM-nin 1061-ci maddəsinə əsasən 10 yanvar 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik şəhadətnamə” nin tərcümə olunmuş surətindən məlum olur ki, 12 sentyabr 2020-ci il tarixdə vəfat etmiş, X5 varisləri arvadı- İddiaçı2, qızı- İddiaçı1, oğlu- İddiaçı3 hər biri bərabər paya malikdir. Azərbaycan Respublikası ƏN MEM-nin 31 may 2024-cü il tarixli, rəyindən görünür ki, Tədqiqat Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evi üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin evə tərəflərin iştirakı ilə baxış keçirilərək ölçü işləri aparılmış, fotoşəkillər çəkilmişdir. Baxış zamanı tədqiqat obyektinin torpaq sahəsində sahəsi 160.0 kv.metr hissənin beton məhlulu ilə üzləndiyi, eni 2.2 metr, uzunluğu 3.0 metr, hündürlüyü 1.8 metr olan su hovuznun tək daşla hörülərək suvandığı, evin giriş-mətbəxinin sahəsinin 9.3 kv.m olduğu, döşəməsinə taxta, divarına astar, tavana isə alçipan vurulduğu: sahəsi 4.7 kv.m olan hissəsinin döşəməsinə metlax, divarına astar, tavanaına lambir vurulduğu, sahəsi 4.2 kv.m olan sanitar qovşağının döşəməsinə metlax, divarına kafel, tavanına lambir vurulduğu, sahəsi 33.0 kv.m olan zalın döşəməsinə taxta, divarına astar, tavana isə alçipan vurulduğu, sahəsi 9.3 kv.m olan otağın isə döşəməsinə laminat, divarına şpaklyovka çəkilərək boya ilə rəngləndiyi, tavana isə alçipan vurulduğu, mətbəxdə yerləşən mebelin 3 p/metr uzunluğunda olduğu aşkar olunmuşdu. Respublikada yerləşən ticarət məntəqələrində yerli internet saytlarında və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə təxmini 3 p/metr uzunluğunda mətbəx mebelinin orta bazar qiyməti təxminən 900,00 (3 metr x 300 man) manat müəyyən edilir. Tədqiq olunan ünvanda faktiki yerinə yetirilmiş tikinti-quraşdırma və təmir işlərinin cəmi, bu işlərə sərf olunan tikinti materiallarının miqdarı və onların bazar qiymətlərinə uyğun olaraq smeta tərtib olunur. Smeta ilə aparılmış hesablamalar nəticəsində Quba rayonu, Alekseyevka kəndində yerləşən tədqiq olunan ünvanda aparılmış yenidənqurma və təmir-tikinti işlrəinin xərci təqribən bazar qiymətlərinə uyğun olaraq 11474,0 manat məbləğdə müəyyən olunur. Respublikada yerləşən ticarət məntəqələrində, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə təxmini 3 p/metr uzunluğunda mətbəx mebelinin orta bazar qiyməti təxminən 900,00 (3 metr x 300 man) manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Quba rayonu, Alekseyevka kəndində yerləşən tədqiq olunan ünvanda aparılmış yenidənqurma və təmir-tikinti işlrəinin xərci təqribən bazar qiymətlərinə uyğun olaraq 11474.0 manat məbləğdə müəyyən edilir. Respublikada yerləşən ticarət məntəqələrində, yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə təxmini 3 p/metr uzunluğunda mətbəx mebelinin orta bazar qiyməti təxminən 900,00 (3 metr x 300 man) manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan İddiaçı1 və İddiaçı3 adlı uşaqları anadan olmuşdur. X14 xx.xx.2020-ci il tarixdə Quba şəhərində vəfat etmiş və qanun üzrə vərəsələri kimi iddiaçılar müəyyən olunmuşdur. İlkin iddia üzrə iddiaçılar Quba rayonu, Alekseyevka kəndi ünvanında yerləşən ümumi sahəsi 75,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evini notarial qaydada təsdiq olunmuş bağışlanma müqaviləsi əsasında Cavabdeh2 bağışlamasının Cavabdeh1 tərəfindən etibarnamə əsasında R.Məmmədovun vəfatından sonra müqaviləsi bağlamaqla müqavilənin etibarsız hesab edilməsini və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən adına alınmış çıxarışın ləğv edilməsini tələb etmişlər Həmçinin cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək, Quba rayonu, Alekseyevka kəndində yerləşən 30 oktyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli yaşayış evindən istifadə hüququnun müəyyən edilməsini və aparılan təmir işlərilə əlaqədar, ona dəymiş zərərin əvəzi olaraq 25000 min manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına əsasən subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmin Qərara əsasən yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Qeyd edilən Qərardan göründüyü kimi, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, **********93- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli çıxarışla Rahib Məmmədovun mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 bağışlanmasına dair Quba regional "ASAN Xidmət" mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 4Ə-2051 nömrə ilə qeyd edilmiş 18 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarnamə vermiş şəxsin vəfati nəticəsində mülkiyyətiçinin iradə ifadəsinə uyğun olmamışdır. Bununla da qeyd edilən əqdin etibarsızlığı müəyyən olunmuşdur. Bununla da iddia hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, **********93- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli çıxarışla Rahib Məmmədovun mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 bağışlanmasına dair Quba regional "ASAN Xidmət" mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 4Ə-2051 nömrə ilə qeyd edilmiş 18 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Rahib Məmmədova məxsus fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş 30 oktyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Qarşılıqlı iddia üzrə Quba rayonu, Alekseyevka kəndində yerləşən 30 oktyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli yaşayış evindən istifadə hüququnun müəyyən edilməsilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı A.Məmədov vəfat etmiş mülkiyyətçi R.Məmmədovun ailə üzvi qismində çıxış etmədiyindən, qarşılıqlı iddia qeyd edilən hissədə əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddia ilə 5700 müalicə və dəfn xərclərinin və 19300 təmirə çəkilmiş xərclərin, cəmi 25000 manat məbləğin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müalicə xərclərinin rəhmətliyin özü tərəfindən qarşılandığı və dəfn xərclərinin isə onun ailə üzvləri tərəfindən qrşılandığı müəyyən olunmuşdur. Habelə təmirlə bağlı 19300 təmirə çəkilmiş xərclərin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, etibarnamə ilə mübahisəli əmlakla bağlı sərəncam verilməsi etibar edilməsi halında A.Məmədov vicdanlı sahib hesab edilməli və həyətin betonlanması, tavan, hovuz, əlavə və nəqliyyat xərclərinin ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğlərini təşkil edən işəri 6784 manat qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq Cavabdeh1 verilməlidir. Belə ki, qeyd edilən Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə ilkin iddianın mərhum ailə üzvü X5 mülkiyyətində olmuş fərdi yaşayış evinin özgəninkiləşdirilməsində “əməyi” keçən şəxslərin barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini və ölümü ilə bağlı şübhəli məqamlar olduğu üçün araşdırılması üçün prokurorluğa göndərilməsini cavabdehlərə qarşı yönəlmiş iddia kimi deyil, ümumi tələb kimi qiymətləndirərək şübhəli məqamların nədə ifadə olunması iddiaçı tərəfindən müəyyən edilmədiyindən, habelə ümumi qaydada müraciət imkanı itirilmədiyindən, tələbin bu hissədə təmin olunmaması qənaətinə gəlir. İlkin iddia üzrə iddiaçılar həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası МPМ-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019cu il qeydiyyat tarixli, **********93- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli çıxarışla Rahib Məmmədovun mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi sahəsi 75.4 kv.m olan fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 bağışlanmasına dair Quba regional "ASAN Xidmət" mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 4Ə-2051 nömrə ilə qeyd edilmiş 18 sentyabr 2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” etibarsız hesab edilsin və həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş 30 oktyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli çıxarış ləğv edilsin. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 alınaraq ilkin iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin Xərclərin əvəzi 6784 (altı min yeddi yüz səksən dörd) manat İddiaçı2, İddiaçı1 və İddiaçı3 tutularaq Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-92/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-92/2024
19.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver