Məhkəmə qərarları › İş №e-2(027)-921/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-921/2025

30.04.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-921/2025 30.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxs Cavabdeh qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna olan 7166,05 manat, İşsizlikdən sığorta fonduna olan 0,46 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,78 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxx 1969-cu il, Doğulduğu yer - Azərbaycan, Quba; Alpan k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyəvtəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025- ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Quba rayonunun Alpan Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7166,05 manat, İşsizlikdən sığorta fonduna 0,46 manat, İcbari Tibbi Sığorta Fonduna 0,78 manat olmaqla, ümumilikdə 7167,29 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********758000, xx.xx.2024-cü il tarixli **********070600, xx.xx.2024-cü il tarixli **********161000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında tələbi qəbul etməyərək bildirmişdir ki, qeyd olunan borc məbləği ondan əvvəl yaranmışdır. O, 5 ay müddətində Alpan kənd bələdiyyəsinin sədri vəzifəsini icra etmişdir. Qeyd olunanlara əsasən tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Alpan kənd Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddia tələbində qeyd olunan borc xeyli illərə təsadüf edir. Cavabdeh az müddət yəni, 5 ay bələdiyyə sədri vəzifəsini icra etmişdir. Hal-hazırda Raud Muradov bələdiyyə sədri kimi çalışmır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinin Xəbərdarlıq haqqında məlumatından görünür ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan X4 Sosial Müdafiə Fonduna 7166,05 manat məbləğində vergi borcu vardır. İş materiallarında olan Hüquqi şəxs barədə məlumata əsasən Azərbaycan Respublikası Tüləkəran İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin fəaliyyəti yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən ibarətdir və ünvanı kimi ünvan 1 kənd Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli protokolundan göründüyü kimi, X1 rayon Alpan kənd Bələdiyyəsinin sədri seçilmişdir, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon Alpan kənd Bələdiyyəsinin sədri X2r və daha əvvəl 5 ay bələdiyyə sədri vəzifəsini icra etmiş Cavabdeh hazırda icra orqanının rəhbəri kimi müəyyən edilməklə həmin 5 aylıq dövr üçün borcun məbləği dəqiqləşdirilmədən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması əsası qeyri-müəyyəndir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində göstərilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar