Məhkəmə qərarları › İş №e-2(027)-955/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-955/2025

24.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-955/2025 24.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb sürməyən üçüncü şəxs Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə (müstəqil tələb sürməyən üçüncü şəxslər: Cavabdeh3 və Abşeron rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə) qarşı “xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 8İ-18509 nömrəli icra qeydinin ləğv olunması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 8İ-18509 nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, onunla mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rüfət Yaqubov arasında Abşeron rayon 2 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 3M-33 nömrəli kredit müqaviləsinə görə o Rüfət Yaqubovdan xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 15.000 manat borc pul almışdır. Aralarında bağlanmış kredit müqaviləsi tərəfindən icra edilmədiyi üçün tələbkar olaraq X2 regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək icra qeydinin verilməsini xahiş etmişdir. Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən 15.000 manat pulun ondan alınaraq Rüfət Yaqubova verilməsi barədə 8İ-18509 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi tərtib edilmiş və icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Probasiya şöbəsinə icra vərəqəsi verilmişdir. Həmin icra qeydinə əsasən 15.000 manat pulun ondan alınaraq Rüfət Yaqubova verilməsi Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü olaraq icra edilməsi üçün həmin tarixdə bildiriş tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Kənan Abdullayev tərəfindən istifadə etdiyi mobil telefon nömrəsinə zəng edilərək icra şöbəsinə dəvət olunmuşdur. İcra məmuru icra sənədinin icrası ilə bağlı icra sənədini ona təqdim etdiyi zaman ona məlum oldu ki, borcun ondan tutulması barədə icra qeydi verilmişdir. O, dərhal icra sənədi ilə tanış olub onlardan çıxarış əldə edərək icra qeydinin verilməsinə qədər qanunda nəzərdə tutulmuş qaydaların pozulduğunu görüb icra qeydinin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İlk öncə qeyd edir ki, ümumiyyətlə onun tələbkara bir manat olsun belə borcu olmamışdır. Borcun etiraf olunması barədə aralarında bağlanmış müqavilə əslində onun yanılmağı nəticəsində bağlanmış əqdir. Tələbkar internet sosial şəbəkəsində onlayn oyunlarda oyanayarkən onun kart hesabına köçürdüyü pulları uduzduqdan sonra o həmin pulları bərpa etmək üçün ilk öncə Abşeron rayon polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Onu Abşeron RPİyə dəvət edib onu demək olar ki, 1 gün polis idarəsinin inzibati binasında saxladılar, borcu ödəmədikdən sonra çoxsaylı təsir və təziqlər, ən əsası isə valideyinlərinə də məlumat vermədən onu qanunsuz olaraq polis idarəsində saxladıqdan sonra təklif etdilər ki, səni bir şərtlə buraxırıq gedib borcun etiraf olunması üçün tələbkarla notariusda borc müqaviləsi bağlasın. O, polis əməkdaşlarının və tələbkarın çoxsaylı hədə-qorxusundan sonra məcbur olub tələbkarla borc müqaviləsi bağlamışdır. Müqavilə bağlayarkən notarius tərəfindən müqavilədə göstəriləcək pulun notariusun depozit hesabına qoyulması onlardan tələb olunmuşdur. Bundan sonra tələbkar özü gedib 15.000 manat pul taparaq özü notariusun depozit hesabına qoyub onunla borc müqaviləsi bağlanmasına nail oldu. İş materiallarına əlavə edilmiş icra qeydində onun rəsmi qeydiyyatda olduğu qeydlərə nəzər yetirdikdə aydın görünür ki, icra qeydini aparan cavabdeh Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi icra qeydini tərtib edərkən onun rəsmi qeydə alındığı ünvanın ünvan 1akin buna baxmayaraq ilk öncə cavabdeh qeyd olunan maddi hüquq normasının tələblərini qəsdən pozaraq icra qeydini tərtib etmişdir. Qeyd edir ki, borc müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanarkən o, Quba rayonu, Vaqif küçəsi, dalan - 2, 4 nömrəli evdə rəsmi qeydiyyatda olsa da, lakin 15 ildən çox müddətdir ki, ünvan 2 ünvanında yaşayır. Hətta xx.xx.2024-cü il tarixdə Quba rayonunda qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxaraq daimi yaşadığı ünvan 2 ünvanına qeydiyyata alınmışdır. (2№ Forma arayışı iddia ərizəsinə əlavə olunub) Bundan əlavə icra qeydini aparan notarius icra qeydini apararkən tələbkar Rüfət Yaqubov icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmədən ən azı 20 gün əvvəl borclu olaraq ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmədiyini və ya hansısa bildiriş göndərilibsə də, o bildirişin ona rəsmi olaraq təqdim olunub olunmadığını yoxlamamışdır. Nə notariat ofisindən nə də ki, tələbkardan ona bildiriş gəlməmişdir. Halbu ki, tələbkar, iddia tələbi üzrə üçüncü şəxs icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclu olaraq ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli idi. Amma buna baxmayaraq cavabdeh notariat ofisi notariat haqqında qanunun 76-cı maddəsinin tələbini kobud şəkildə pozmaqla icra qeydini ondan xəbərsiz aparmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən Cavabdeh3 bildirmişdir ki, icra qeydinin verilməsi üçün Quba Regional “ASAN Xidmət” Mərkəzinə müraciət etməzdən öncə iddiaçıya bildiriş göndərməmiş, göndərməli olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzinin notariusu məhkəməyə ərizə göndərərək, X1 notariat ofisinin iş rejiminin və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasına iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 12 yanvar 2024-cü il tarixli 3M-33 saylı, kredit müqaviləsinə əsasən İAGUBOV RUFAT tərəfindən xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə İddiaçı 15.000 (on beş min) manat məbləğində pul borc olaraq verilmişdir. Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin reyestrdə 8İ-18509 nömrə ilə qeyd edilmiş 04 sentyabr 2024-cü il tarixli İcra Qeydindən görünür ki, Cavabdeh3 xeyrinə İddiaçı 15.000 manat pul tutulmalıdır. 23 oktyabr 2024-cü il tarixdə Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin reyestrdə 8İ-18509 nömrə ilə qeyd edilmiş 04 sentyabr 2024-cü il tarixli İcra Qeydi əsasında Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. AR DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışa əsasən İddiaçı 21 iyul 2024-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. AR ƏN Abşeron 2 saylı Notariat Ofisi tərəfindən Quba rayon Notariat ofisinə ünvanlanmış 02 avqust 2024-cü il tarixli məktubla bildirilmişdir ki, 12 yanvar 2024-cü il tarixdə Abşeron rayon 2 saylı Notariat ofisində Quba rayonu, Vaqif küçəsi, dalan 2, ev 4-də qeydiyyatda olan İddiaçı ilə Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi ev 149 da qeydiyyatda olan İAGUBOV RUFAT arasında xx.xx.2024-cü il müddətinə qaytarmaq şərti ilə 15000 manat məbləğində əmanət pula dair 3M-33 reyestrlə kredit müqaviləsi təsdiq edilmişdir. Həmin müqavilə üzrə borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən xəbərdarlıq edilməsinə baxmayaraq borcu geri qaytarmamışdır. Borclunun qeydiyyatı Quba rayonu, Vaqif küçəsi, dalan 2, ev 4 olduğundan həmin müqaviləyə icra qeydi aparmaq üçün Quba rayon Notariat ofisinə göndərilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd edir: “Notariat haqqında” qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. “Notariat haqqında” qanunun 76-cı maddəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər əsasında icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Göründüyü kimi sözügedən norma imperativ qaydada nəzərdə tutulmaqla, tələbkarın üzərinə bildirişin göndərilməsi ilə bağlı öhdəlik qoymuşdur. Lakin məhkəmənin sorğusuna əsasən notariat ofisi tərəfindən təqdim edilmiş icra qeydinə dair sənədlərə nəzər yetirildikdə bildirişin göndərilməsinə dair hər hansı bir sənədin və bildirişin mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, həmin materiallarda bir ədəd 30 iyul 2024-cü il tarixli çatdırılma qəbzi mövcud olsa da, həmin qəbzin hansı sənədin çatdırılması üçün nəzərdə tutulması müəyyən olunmur. Əlavə olaraq qeyd edilməlidir ki, qəbzdə göndərən qismində 2 saylı notarius, alan qismində İddiaçı adı qeyd edilmişdir. Eyni zamanda məhkəmədə izahat verən və icra qeydi üzrə tələbkar qismində çıxış edən Rufat İaqubov özü də bildiriş göndərməməsi faktını öz izahatı ilə də təsdiq etmişdir. Bundan əlavə “Notariat haqqında” qanunun 76-cı maddəsində borclunun olduğu yer üzrə notariusun icra qeydi aparması nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, AR ƏN Abşeron 2 saylı Notariat Ofisi tərəfindən Quba rayon Notariat ofisinə ünvanlanmış 02 avqust 2024-cü il tarixli məktubla borclunun qeydiyyat ünvanının ünvan 6cra qeydi aparmaq üçün Quba rayon Notariat ofisinə göndərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş 21 iyul 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, borclu həmin tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır və məhkəməyə məlum olmuşdur ki, şəxs sözügedən ünvanda yaşayır. Həmçinin məhkəmə qeyd edir ki, “Notariat haqqında” qanununun yuxarıda göstərilən normasında şəxsin “qeydiyyatda olduğu yer” deyil “olduğu yer” üzrə notariusun icra qeydi aparmalı olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, mülki işin materiallarında olan sübutları araşdırıb, onlara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 8İ- 18509 nömrəli icra qeydi ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 8İ- 18509 nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar