Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-110/2023 04.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin və 70 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, iddiaçı 2022-ci ilin iyun ayında Ceyranbatan qəsəbəsi Asfaltzavod ərazisi adlanan ərazidə yerləşən 2 otaqdan ibarət sənədsiz fərdi yaşayış evini 25000 (iyirmi beş min) manata cavabdehə satmışdir. Cavabdeh 20000 (iyirmi min) manat ödəmiş, qalan 5000 (beş min) manat məbləğində pulu da 1-2 aya ödəyəcəyi barədə şahidlərin iştirakı ilə və videoçəkilişlə vəd vermişdir.Lakin cavabdeh pulu bu günə kimi qaytarmamışdır. İddiaçı buna görə ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə» qərar qəbul olunmuşdur.Araşdırma materiallarından da görünür ki, həqiqətən də tərəflər arasında faktiki alqı-satqı münasibəti olmuş, evin qiyməti 25000 (iyirmi beş min) manata razılaşdırılmış, cavabdeh 20000 (iyirmi min) manat ödəmiş, 5000 (beş min) manat borcu qalmışdır. Göstərilənləri nəzərə alıb iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, o, X6 və onun həyat yoldaşı X8 tərəfindən aldadılaraq İddiaçı məxsus evi ona satmışlar (ev demək olarsa) və 20000 (iyirmi min) manat ondan almışlar.O, yoldaşı ilə rayonda arı saxlayırlar.Avqust ayında arıları özləri ilə gətirmişlər. X9 1150 (min yüz əlli) manat onlardan aldı ki, evi suvayıb, alçiban vurub, ağardıb və material almışdır.Ona demişlər ki, zavod işləmir və evə sənəd verəcəklər. Bir neçə gündən sonra görmüş ki, arıları qırılır və zavod hər gün işləyir. Yoldaşı Nizamiyə və Yadigara evin pulunun geri verilməsini istədi. Yadigar isə pulu türmədə olan bacısı oğluna xərclədiyini, pulun olmadığını söylədi. Onlara demişdir ki, evi satıb pulu qaytaracaq.İki-üç həftə keçdikdən sonra arılar daha da qırılmağa başladı. Onların əlində pulun olmamış və evə verdikləri pulu borc aldıqları üçün başqa yerə də çıxa bilməmişlər.Dəfələrlə Yadigara zəng edib pulu istəmişlər, o isə onu narahat etməməyini, evi satıb pulu qaytarılmasını demişdir. Məcbur olub Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət etmişdir.Bundan sonra Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nə müraciət etmiş və polis bölməsində Yadigar evi satıb onun pulunu qaytaracağına dair söz verdi, ancaq əməl etmədi.Havalar soyuduğundan evdə (bir zal, bir mətbəx və bir hamamdan ibarətdir) mətbəxin lambirini vurub orada qalırlar.Özü şəkər xəstəsidir, dəfələrlə əməliyyat olmuşdur.Yoldaşı Qarabağ müharibəsi veteranıdır. xx.xx.2022-ci il tarixdə Yadigarın anası gəlib onu evdə təhqir etmişdir. Yadigar isə eyni tarixdə həyat yoldaşına zəng edərək onu təhqir etmiş, şərəf və ləyaqəti alçadan söyüş söymüşdür.Yoldaşı bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nə müraciət etmiş, lakin Yadigar barəsində heç bir tədbir görülməmişdir.Hələ də işıq və qaz onların adınadır. İndi isə ondan 5000 (beş min) manat pul tələb edir.Bunu nəzərə alaraq onun pulunun geri qaytarılması üçün ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili və və nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Ramal Eminli tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı izahat alınmış Cavabdeh bildirmişdir ki, bacısı Xalidə ona zəng edərək qonşuluqda ev satıldığını və onu almaq istəyib-istəmədiklərini ondan soruşmuş, o da pulları olmadığını demişdir.Bundan sonra Xalidə və onun həyat yoldaşı Nizami Şabran rayonuna onlara qonaq gəlmişlər və onun həyat yoldaşı Şükür ilə söhbət etmişlər. Nizami evin sahibi Yadigarın qaynatası Faiqə zəng etmiş və Faiq Yadigarın evi 25000 manatdan aşağı satmadığını demişdir.Bundan sonra Şükür və oğlu Əli evə baxmağa getmişlər və evin şəkillərini çəkmişlər.20000 manat Yadigara verilib, qalan 5000 manatı isə 2023-cü ilin yanvar ayında vermək barədə razılaşmışlar.Ancaq bir müddət həmin evdə qaldıqdan sonra hava şəraiti ilə əlaqədar onun arılarının sayının azaldığını görmüşdür.Evi qaytarmaq istədiyini bildirmiş, lakin Yadigar evi qaytara bilmədiyini demişdir.Həmçinin hamıdan borc aldıqları üçün 5000 manat da verə bilməyəciyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X1 Nəcibə Yunus qızının izahatı ilə eyni xarakterli izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Nəcibə evi alandan sonra onun həyat yoldaşı təmənnasız həmin evdə bir sıra işlər görmüş, buna səbəb də Nəcibənin pulunun olmadığı olmuşdur. Lakin sonra başqa usta ilə danışdıqları üçün aralarında sözsöhbət olmuş və Nəcibə evin pulundan borclu qaldığı 5000 manatı ödəməmək üçün bəhanələr axtarmağa başlamışdır. Araşdırma zamanı izahatı alınmış Cəfərov X2 Xalidə Yunus qızının izahatı ilə eyni xarakterli izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Nəcibə evi qaytarmaq istədikləri üçün evi başqa şəxsə 20000 manata satıb onları oradan uzaqlaşdırmaq fikri olmuşdur. İş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Ramal Eminli tərəfindən Cavabdeh alınmış izahatda Cavabdeh bildirmişdir ki, bacısı Xalidə ona zəng edərək qonşuluqda ev satıldığını və onu almaq istəyibistəmədikləri ondan soruşmuş, o da pulları olmadığını demişdir.Bundan sonra Xalidə və onun həyat yoldaşı Nizami Şabran rayonuna onlara qonaq gəlmişlər və onun həyat yoldaşı Şükür ilə söhbət etmişlər. Nizami evin sahibi Yadigarın qaynatası Faiqə zəng etmiş və Faiq Yadigarın evi 25000 manatdan aşağı satmadığını demişdir.Bundan sonra Şükür və oğlu Əli evə baxmağa getmişlər və evin şəkillərini çəkmişlər. O, müəyyən yerlərdən borc edib 20000 manat hazırlayaraq Xalidənin evinə getmişdir.Xalidə işin etibarlı olmağı üçün video çəkiliş ilə pulu Yadigara verməyini xahiş etdi və evi almaq üçün qalan 5000 manatının çatışmadığını Yadigara deməyini və ondan vaxt istəməsini demişdir.Bacı Xalidə ilk öncə 5000 manat beh kimi Yadigara pul verdi.Daha sonra Xalidə Yadigarı evlərinə dəvət edərək onun iştirakı ilə ona 15000 manat pul ödəyərək videoyaya çəkdi.Bundan əlavə Yadigardan yerdə qalan 5000 manat pul ödəmək üçün əlavə vaxt istədi və Yadigar 2023-cü ilin yanvar ayına kimi vaxt vermişdir.Lakin həmin evin şəraitsizliyi bir kənara, onun oraya gətirdiyi arıları saxlamaq üçün hava şəraiti imkan vermirdi və o, orada qalmaqdan imtina etmək qərarına gəlmişdir.Hal-hazırda Yadigar ilə aralarında qalıq 5000 manat pul ödənişi var və o, həmin borcu ödəyə bilməyəcək.Çünki o, evi alan zaman ödədiyi 20000 manatı borc etmiş və indi də qalıq ödəniş olan 5000 manat üçün borc tapa bilmir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı 5000 manat pul borcunu etiraf etmiş, lakin həmin pul məbələğini İddiaçı qaytarılması barədə mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul vəsaiti və 70 manat dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-110/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-110/2023
04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver