Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-31/2022 01.02.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh Zeyqəmşah oğluna qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, Cavabdeh Zeyqəmşah oğlundan 190 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin xeyrlərinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir.İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh Zeyqəmşah oğlu tərəfindən idarə olunan ** FN *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi 15.04.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır.16.02.2019-cu il tarixində cavabdeh idarə etdiyi ** FN *** dövlət qeydiyyat nişanlı VAZ2106 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** PK *** dövlət qeydiyyat nişanlı X10 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur.Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh Zeyqəmşah oğlu avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş, həmçinin yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir.Bununla bağlı DYP əməkdaşı tərəfindən inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş 04.03.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** PK *** dövlət qeydiyyat nişanlı X10 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 190 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən avtonəqliyyat vasitəsinin təmir olunması üçün 190 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir.Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir.Mülki hüquq pozuntusu (delikt) Cavabdeh Zeyqəmşah oğlu tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir.Beləliklə "xxxx" ASC tərəfindən ödənilmiş 190 manat sığorta ödənişinin əvəzi olaraq subroqasiya qaydasında cavabdehdən tutulmalıdır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Cavabdeh Zeyqəmşah oğlu qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında AP ******* nömrəli, 05.03.2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh Zeyqəmşah oğlu sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə Zabrat qəsəbəsində Zabrat-Maştağa yolunda hərəkət edərkən ara məsafəsi saxlamayıb qarşısındakı GREAT WALL markalı 90PK650 dövlət qeydiyyat nişanlı işıqforda dayandıqda arxa hissəsindən vurub toqquşmşudu. Hadisə yerindən yayınmışdır.Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 21.02.2019-cu il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması barədə qərardaddan görünür ki, 21.02.2019-cu il tarixdə vətəndaş X2 müraciəti araşdırılaraq müəyyən edilmişdir ki, 16.02.2019-cu il tarixdə ona məxsus olan Haval markalı 90PK650 dövlət qeydiyyat nişanlı avtomobili Maştağa qəsəbəsi V2106 markalı 10FN922 dövlət qeydiyyat nişanlı avtomobil vurmuş, ona maddi ziyan vurmuş və hadisə yerindən yayınmışdır.Buna görə Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.06, 104.1.3 və 105.1 maddələri ilə məsuliyyət nəzərdə tutulması nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati araşdırmanın aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Zeyqəmşah oğlunun Sabunçu RPİ DYPŞ-nin rəisinə verdiyi izahatından görünür ki, o, 16.02.2019-cu il tarixdə saat 18:50 radələrində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 2106 avtomobillə Zabrat qəsəbəsindən Maştağa qəsəbəsinə hərəkət etdiyi zaman qarşısında Haval markalı 90PK650 dövlət qeydiyyat nişanlı avtomobil işıqforda gözlənilmədən dayandığı uçün sürüşərək onun arxa buferinə azca əzmişdir.Yasa tələsdiyi üçün və qarşı tərəfin getməyə razılıq verməsi nəticəsində hadisə yerini tərk edib.Xəsarət alan olmamışdır. İş materiallarına əlavə edilmiş X2 Sabunçu RPİ DYPŞ-nin rəisinə verdiyi izahatından görünür ki, o, 16.02.2019-cu il tarixdə saat 18:50 radələrində Zabrat- Maştağa istiqamətində (Ramana) hərəkətdə olarkən idarə etdiyi İntertek şirkətinə məxsus Haval markalı 90PK650 dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qırmızı işığında dayanmışdır.Bu zaman arxadan hərəkətdə olan V2106 markalı 10FN922 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili arxadan vuraraq toqquşdu.Həmin şəxs avtomobili təmir edəcəyini və dəymiş zərəri ödəyəciyini bildirdi və təcili getməli olduğunu demişdir.Öz mobil nömrəsini ona verib və hadisə yerini tərk etdi.O bu barədə öz sığortaçısına məlumat vermişdir.Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 19.03.19-cu il tarixli 8983 saylı arayışda göstərilir ki, VAZ 2106 markalı 10FN922 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X4, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh Zeyqəmşah oğlu olmuşdur.Yol nəqliyyat hadisəsi baş verdiyi anda sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır.Zərər vurulmuş əmlak-Great Wall 90PK650.Əmlakın mülkiyyətçisi İntertek Azəri LTD MMC.Hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X5. "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 04.03.2019-cu il tarixli hesabatdan görünür ki, "xxxx" MMC tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinə baxış keçirildikdən və aparılan təhlil və hesablamalardan məlum olmuşdur ki, İntertek Azəriyə məxsus 90 PK650 Great Wall avtomaşına 16.02.2019-cu il tarixdə dəymiş zərərin həcmi 190 manat təşkil edir. "xxxx" ASC-nin 21.02.2020-ci il tarixli sığorta aktından görünür ki, X10 6(90PK650) - zərər dəymiş əmlaka 190 manat məbləğində sığorta ödənişi edilir. Sığorta ödənişi avtomobilin təmiri üçün fiziki şəxs X1 hesabına köçürülür. 26.02.2020-ci il tarixli İcra haqqında bank qeydindən görünür ki, "xxxx" ASC tərəfindən X3 190 manat vəsait köçürülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MM-nin 936.2-ci maddəsinə müvafiq olaraq,faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbayçan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti(nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla(icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Zeyqəmşah oğlundan 190 manat məbləğində sığorta ödənişi, 30,40 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutularaq "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-31/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-31/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver