Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-355/2022 23.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi və cehiz əşyaların çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus cehiz əşyalarının, yəni 1 dəst (3 ədəd) su qəfədanı və stəkanlar dəsti; 4 ədəd şamdan; 20 ədəd meyvə və şirniyyat qabları; 7 ədəd su qrafinkası və stəkanlar; 1 ədəd güldan; 11 ədəd müxtəlif suvenirlər; 1 dəst (60 ədəd əşya) 24 nəfərlik yemək qabı dəsti; 1 dəst (75 ədəd əşya) 24 nəfərlik çəngəl-bıçaq dəsti; 67 ədəd su və çay stəkanları; 3 ədəd su qəfədanı və stəkanlar dəsti; 1 dəst (48 ədəd) 24 nəfərlik çay dəsti; 12 ədəd nəlbəkilər; 18 ədəd mürəbbə qabları; 3 ədəd limon qabı; 1 ədəd boz rəngli paltar qurudan; 4 ədəd çil-çıraqlar; 1 ədəd divar saatı; 1 ədəd oval formalı açıq rəngli xalça; 3 ədəd pərdə; 1 ədəd paltar ütüləmək üçün masa; 8 ədəd stol üçün süfrə; 1 ədəd məcməyi (sini); 42 ədəd müxtəlif ərzaq qabları; 1 dəst iti bıçaq dəsti; 1 dəst ərzaq saxlama qabı (4 ədəd); 1 dəst çəngəl-bıçaq(18 ədəd); 1 dəst taxta qaşıq (6 ədəd); 2 ədəd su dolçası; 7 ədəd şüşə ərzaq saxlama qabı; 31 ədəd şüşə mətbəx boşqabları; 1 ədəd “Eurolux” markalı blender; 1 ədəd şirə çəkən maşın; 1 ədəd “Samsung” markalı ağ rəngli paltaryuyan maşın; 1 ədəd “Hoffman” markalı soyuducu; 5 ədəd çaydan; 35 ədəd müxtəlif mətbəx qabları; 1 ədəd toster; 17 ədəd qazan və tava (1 dəst); 2 ədəd boz və ağ rəngli zibil qabları; 1 ədəd güldan; 1 ədəd döşəməüstü torşet (lampa); 2 ədəd taxta siyirtmə; 1 ədəd “Canon" markalı fotoaparat; 4 ədəd yorğan; 3 ədəd pled; 11 ədəd balış; 6 ədəd bağlamada yataq dəsti; 5 ədəd yataq dəsti; 6 ədəd adyal; 1 ədəd “Arçelik” markalı ütü; 1 ədəd elektron tərəzi; 14 ədəd müxtəlif hamam dəsmalları; 6 ədəd müxtəlif ev çəkələkləri (domaşnik); 11 ədəd qadın əl çantaları; 19 ədəd qadın ayaqqabıları; 98 ədəd qadın üst geyim və alt geyim əşyaları; 2 ədəd qadın qol saatı; 8 ədəd qadın gün eynəkləri; 1 ədəd optik eynək; 2 ədəd ev təmizləyici vasitə (süpürgə və döşəmə silən vasitə); 1 ədəd paltar saxlamaq üçün qab; 1 ədəd tozsoranın Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, 61 nömrəli mənzildən cavabdeh tərəfindən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçının oğlu Fuad Salmanovun keçmiş arvadıdır. Belə ki, oğlu və cavadeh Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar arasında nikah Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(028)-4/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə həmçinin tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 anası Cavabdeh yanında qalması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırki iddia ilə cavabdehin istifadə hüququnun itirilməsi tələb olunan Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 saylı ev, 61 nömrəli mənzil hazırda İddiaçı məxsusdur. Belə ki, həmin mənzil əvvəllər iddiaçının oğlu Fuadla "Xəzər İnşaat 21 ƏSR” MTK arasında bağlanmış ********* №-li, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əldə olunmuşdur. Sonradan, yəni xx.xx.2020-ci il tarixdə Fuad Salmanov mənzildən atasınınyəni iddiaçının xeyrinə imtina etmiş, həmin mənzilə dair iddiaçı ilə “Xəzər İnşaat 21 ƏSR" MTK arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçmişdir.Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 saylı evin, 61 mənzilin mülkiyyətçisi (qanuni sahibi) iddiaçıdır. Oğlu və cavabdeh xx.xx.2019-cu il tarixdə ailə qurduqdan sonra sonuncu mübahisəli mənzilə köçmüş və həmin mənzildə yaşamışdır. Cavabdeh cehiz əşyaları da həmin mənzildə yerləşdirilmişdir. Ailə qurduqdan sonra bir müddət onların münasibətləri normal olsa da, sonradan bu münasibətlər pozulmuşdur. Cavabdeh dəfələrlə iddiaçının oğluna xəbər vermədən valideynlərinin yaşadığı evinə getmiş, həmin ərəfələrdə onlarla birlikdə qalmışdır. Sonuncu dəfə Cavabdeh 2020-ci ilin iyul ayında qardaşı ilə birlikdə yaşadıqları mənzildən bütün qızıl-zinət əşyalarını, geyim əşyalarını, paltarlarını, parfümeriya və cehiz əşyalarının bir hissəsini götürüb aparmışdır. Həmin vaxtdan cavabdeh bir daha həmin mənzilə qayıtmamışdır. Buna baxmayaraq cavabdehə məxsus adları aşağıda qeyd edilən cehiz əşyaları sözügedən mənzildə qalmışdır: - 1 dəst (3 ədəd) su qəfədanı və stəkanlar dəsti; - 4 ədəd şamdan; - 20 ədəd meyvə və şirniyyat qabları; - 7 ədəd su qrafinkası və stəkanlar; - 1 ədəd güldan; 11 ədəd müxtəlif suvenirlər; - 1 dəst (60 ədəd əşya) 24 nəfərlik yemək qabı dəsti; - 1 dəst (75 ədəd əşya) 24 nəfərlik çəngəl-bıçaq dəsti; 67 ədəd su və çay stəkanları; - 3 ədəd su qəfədanı və stəkanlar dəsti; - 1 dəst (48 ədəd) 24 nəfərlik çay dəsti; 12 ədəd nəlbəkilər; - 18 ədəd mürəbbə qabları; 3 ədəd limon qabı; 1 ədəd boz rəngli paltar qurudan, - 4 ədəd çil-çıraqlar; 1 ədəd divar saatı; - 1 ədəd oval formalı açıq rəngli xalça; - 3 ədəd pərdə; 1 ədəd paltar ütüləmək üçün masa; - 8 ədəd stol üçün süfrə; - 1 ədəd məcməyi (sini); - 42 ədəd müxtəlif ərzaq qabları; 1 dəst iti bıçaq dəsti; - 1 dəst ərzaq saxlama qabı (4 ədəd); - 1 dəst çəngəl-bıçaq(18 ədəd); - 1 dəst taxta qaşıq (6 ədəd); - 2 ədəd su dolçası; - 7 ədəd şüşə ərzaq saxlama qabı; - 31 ədəd şüşə mətbəx boşqabları; - 1 ədəd “Eurolux” markalı blender; - 1 ədəd şirə çəkən maşın; - 1 ədəd “Samsung” markalı ağ rəngli paltaryuyan maşın; - 1 ədəd “Hoffman” markalı soyuducu; - 5 ədəd çaydan; 35 ədəd müxtəlif mətbəx qabları; - 1 ədəd toster; 17 ədəd qazan və tava (1 dəst); - 2 ədəd boz və ağ rəngli zibil qabları; - 1 ədəd güldan; - 1 ədəd döşəməüstü torşet (lampa); - 2 ədəd taxta siyirtmə; - 1 ədəd “Canon" markalı fotoaparat; - 4 ədəd yorğan; 3 ədəd pled; 11 ədəd balış; - 6 ədəd bağlamada yataq dəsti; - 5 ədəd yataq dəsti; 6 ədəd adyal; - 1 ədəd “Arçelik” markalı ütü; - 1 ədəd elektron tərəzi; - 14 ədəd müxtəlif hamam dəsmalları; - 6 ədəd müxtəlif ev çəkəiəkləri (domaşnik); - 11 ədəd qadın əl çantaları; - 19 ədəd qadın ayaqqabıları; - 98 ədəd qadın üst geyim və alt geyim əşyaları; - 2 ədəd qadın qol saatı; - 8 ədəd qadın gün eynəkləri; - 1 ədəd optik eynək; - 2 ədəd ev təmizləyici vasitə (süpürgə və döşəmə silən vasitə); - 1 ədəd paltar saxlamaq üçün qab; - 1 ədəd tozsoran. Fuad Salmanov və Cavabdeh arasında etibarlı ailə münasibətlərinə son qoyulmuşdur. Onlar arasında etibarlı ailə münasibətləri yoxdur. Cavabdeh mənzilin hazırki mülkiüyyətçisi (qanuni sahibi) ailə üzvü deyil. Ona görə də cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 saylı ev, 61 nömrəli mənzilə əvvəllər yaranmış istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə görə şəxs o halda yaşayış sahəsindən istifadə hüququna malikdir ki, onun mənzilin mülkiyyətçisi ilə etibarlı ailə münasibətləri mövcud olsun. Lakin Cavabdeh mənzilin yeni mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Digər tərəfdən isə Fuad Salmanov ilə Cavabdeh arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası MM-in 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-4/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X7 və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidməti mərkəzi” Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 Aygün Babək qızının yanında qalmışdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması barədə ilkin, Cavabdeh X4 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2044/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2044/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və qətnamə hüququ və vəzifələrinə toxunan şəxs - İddiaçı - apellyasiya şikayətində mənzilin mülkiyyətçisinin artıq dəyişildiyini göstərmişlər.Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.Azərbaycan Respublikası MM-nin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, X7 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 saylı evin 61saylı mənzilinə dair pay hüququ və öhdəlikləri atası İddiaçı ötürərkən sonuncu Cavabdeh həmin mənzilə istifadə hüququnun olduğunu bilmişdir.Bundan başqa məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə xx.xx.2020-ci il tarixdə doğulmuş X2 ailədə atası və anası ilə birgə yaşamaq, onlardan qayğı görmək hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2490/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2044/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixdə qərar qəbul etdikdən sonra hər hansı yeni halların mövcudluğunu təsdiq edən təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. X7 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9 saylı evin 61saylı mənzilinə dair pay hüququ və öhdəlikləri atası İddiaçı ötürərkən İddiaçı həmin mənzilin yüklü olduğundan məlumatlı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-14/2021 saylı xx.xx.2021-ci il tarixli mülki işində iddiaçı X7 olduğu halda, hazırki iş üzrə iddiaçı qismində İddiaçı çıxış edir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi və cehiz əşyaların çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-355/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-355/2022
23.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver