Məhkəmə qərarları › İş №e-2(028)-48/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-48/2023

31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-48/2023 31.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 124.460 manat pul vəsaitinin və məhkəmə rüsumu üçün ödənilmiş 416 manat pul vəsaitinin, toplam olaraq 124.876 manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı Azərbaycan Respublikasının ərazisində tanıdığı bir-biri ilə yaxın qohum olan şəxslərlə tanış olub.2014-cü ildən 2019-cu illərədək bir sıra malların tekstil-mebel üzlüklərinin, pərdələrin, pokrıvalların və s. satışı ilə əlaqədar razılığa gəlinmiş və o, mütəmadi həmin şəxslərlə iş birliyi etmişdir. Əvvəllər həmin şəxslər(qohumlar) ona çatası pulları göndərsələr də, 2019-cu ilin ortalarından malların satılmadığını və anbarlarda və dükanlarda qaldığını bəhanə edib hər hansı əldə olunmuş vəsaiti ondan gizlədib ələ keçirmiş və ona göndərməmişlər. 2019-cu ildən etibarən zənglərinə cavab verməmiş, ondan əvvəl isə aralarında narazılıq başlayanda, pullarını tələb etdikdə ona hədə qorxular gəlmiş, malının və pulun ona verilməyəcəyi ilə ona hədələmiş və şikayət etdiyi yaxud malının ardınca qardaş ölkəyə gələcəyində başına oyun açacaqlarını, böyük ehtimal ki, başa düşdüyü ölümlə hədələmişlər. Adı çəkilən şəxslər son tarixlərdə idiaçıdan borclarını ödəmədən təhdidlə yeni mallar almışlar. Bu hərəkətləri ilə Anar 164.457 dollar, Ramiz 64.450 dollar, Arzuman 28.800 dollar, Rasim 10.200 dollar, Rövşən 3.000 dollar dəyərində mallarını satıb mənimsəmiş və etibarımdan sui-istifadə edib ələ keçirməklə ona verməmiş, əmlakını və pullarını istədikdə onu müxtəlif hədələrlə qorxudaraq hər biri ayrılıqda sifariş göndərmiş və ya telefonla ölümlə hədələmişlər. Ona DİN-dən göndərilən cavab məktubunda həmin şəxslərin ona olan borcları özləri tərəfindən öz xeyirlərinə miqdarı azaldılaraq etiraf olunmuş, digəri isə borcu qəsdən etiraf etməmişdir.Onların etirafları həqiqətə uyğun deyildir. Qeyd etdiyi miqdarda pullarını və ya satılmayan mallarını tələb edir. Adı çəkilən şəxslər onunla “Elit” ticarət mərkəzinin həyətindən və malların satıldığı yerdən yəni Qaradağ rayonu ərazisindən dediklərinə görə həmişə eyni yerdən birlikdə, ya da tək-tək danışmış, bu danışıqlar həmişə oradan baş tutmuşdur.Tərəflərindən Qaradağ rayon Polis İdarəsinə müraciət olunmuş, lakin Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, kapitanı X1 xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində material üzrə araşdırma aparılaraq hər üç cavabdehin məsələ ilə bağlı izahatları alınmışdır.Cavabdeh izahatında bildirmişdir ki, onun İddiaçı 2008-ci ildə 10.000 ABŞ dolları (17.000 manat), 2020–ci il tarixdə 67.000 manat nağd pul verəcəyi qalmış və eyni zamanda İsmetin onda 25.000 ABŞ dolları (42.500 manat) dəyərində satılması üçün ona göndərdiyi yataq dəstləri mövcud olmuşdur. Yəni toplam olaraq bugünkü gün cavabdehin ona 126.500 manat borcu vardır.Bundan sonra Cavabdeh ilə onun arasında pul vəsatinin hissə-hissə qaytarılması ilə bağlı danışıqlar aparılmış və cavabdeh Zolotoy Korona onlayn ödəniş vasitəsilə İddiaçı xx.xx.2022-ci il tarixdə 300 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 200 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 300 ABŞ dolları, toplam olaraq 1200 ABŞ dolları (2040 manat) göndərsə də, sonradan maddi imkanının olmaması səbəbindən ödənişi dayandırmışdır. Bu barədə ödəniş tapşırığı barədə sənədlərin surətlərini iddia ərizəsinə əlavə etmişdir.Yekun olaraq ödədiyi məbləği yəni, 1200 ABŞ dolları (2040 manat) ümumi borcdan çıxdıqda cavabdehin 124.460 manat pul borcu qalmış olur.Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərdi ki, onun adları göstərilən şəxslərlə əlaqəsi yoxdur.O, adları göstərilən Rasim və Rövşəni bazarda işləyən kimi tanıyır.İsmət Bellinin isə Bakıya gəlməkdən qorxması Vəkil sözləridir. Kürtlər heç nədən qorxmurlar.Qorxu sözü kürtlər üçün qəbul edilməzdir, bu onun sözləri deyil. O, 2008-ci ildə ilk dəfə Türkiyəyə mal almağa getmiş, mağazaları gəzərkən İsmət bəyin dükandakı mallar xoşuna gəldiyi üçün o, malları almaq qərarına gəlmiş və malları alaraq pulunu ödəmişdi.İddia ərizəsində göstərilir ki, 10000 $ miqdarında ödəməmişdir. O, pulunu ödəyərək mal aldı, ilk dəfə mal alana kim pulsuz mal verər əlbətdəki ödədi. Onların arasında heç bir müqavilə olmayıb.İsmət bəy dedi ki, mal alarkən pulu ona göndərsin, o da ona mal göndərsin.Bundan sonra heç vaxt Türkiyəyə getməmişdir.Ona mal lazım olanda İsmət bəyə pul göndərmiş, pulun müqabilində ona pakrıvallar göndərib.2011- 2015-ci illərdə İsmət bəy bir sıra malları ona aldığı mallardan başqa nisyə göndərdi ki, bunları satıb pulunu sonra göndərsin.Həmin malların içində satılacaq mallar da vardı, satılmayan rənglər (yəni qırmızı, qara və s.) də vardı.Azərbaycanda yeni ailə quranlar qara və başqa rəngləri xoşlamadıqları üçün satılmadı və yığılıb qaldı.O, bu malların satılmadığı barədə məlumat verdi və 2015-ci ildə İsmət bəy Bakıya gələrkən ona göstərdi. İsmət bəy dedi ki, o, onu başa düşür. O, satsın, ona lazımı səviyyədə “iskonto” уapacaq. Sonralar onunla telefon danışdıqları zamanı bildirdi ki, sata biləcəyi malları satsın, qalmasın.İsmət bəy Bakıya gəldikdən sonra razılaşdılar ki, göndərilən mallar sifariş əsasında pulu ödədikdən sonra ona mal versin. İddia ərizəsində göstərilmişdir ki, 2019-cu ilin ortalarında o, ödənişi dayandırmışdır.O, buna etiraz edir və 2019-cu ildə bütövlükdə pul göndərmiş və onun miqdarında da mal almışdır.2020-ci ilin yanvar və fevral ayında pandemiya başlayana qədər pul göndərərək mal almış, sonuncu malı 2020-ci ilin fevralında karqodan almışdır.Verilmiş sifariş və malların siyahısı qoşma vərəqədə göstərilmişdir. Sonra məlum pandimeya başladı. 2021-ci ilin mayına qədər fəaliyyət göstərmədi. Məlumat üçün bildirir ki, ilk dəfə aldığı malın pulunu 10000 $ ödədi, İsmət bəy malları göndərdi. Məlum edir ki, aralarında 67 min manatlıq mal borcu var idi.Bundan 25000 $ (yəni 42500 azn) mal hazırda dükanda, anbarda və müştərilərdə durur, istənilən zaman İsmət bəyin mallarını qaytarmağa hazırdı.Ümumi borc 67000 manatdan 42500 manat çıxdıqda 24500 manat borc qalır. Bundan isə 2022- ci il ərzində 2040 manat ödənilib.Hal hazırda 22460 manat pul borcu və 42500 manatlıq (yəni 158 ədəd) malı qaytarmağa hazırdı.Mal uzun müddət qaldığı üçün (2011-2015 ci ilərdə) dəbdən düşüb, İsmət bəy özünün dediyi kimi İskonto edərsə, malları satıb həmin pulları və ya razılaşmasa, malları ona qayatamağa hazırdı. 21 fevral 2015-ci ildə ilk devalvasiya oldu.Bunun ardıca ikinci devalvasiya oldu. Onlara mallar dollarla satıldığı halda həmin malları müştərilərə milli pulla aldı, bu devalvasiya zamanı dollar 0,785 manatdan bir başa 1 manat 70 qəpik miqdarında dəyişilərək həmin borcları 117 % artdığı üçün ödəməyə məcbur qalmışdır.2012-ci ildən qalan mallar dəbi düşdüyü hallarda həmin malları 50-60 manata satmaq mümkün deyildi. Məlumdur ki, bu devalvasiya bütün dünyanı əhatə etdiyindən, bizim valutamız ucuzlaşdığı üçün o, küllü miqdarda zərərə düşdü.Onlar pulları dollarla göndərdikləri üçün qarşı tərəf 2-3 qat artıq qazanc götürdü. O, İsmət bəyə dəfələrlə malların qiymətinin yeni qiymətlərlə əvəz etməsini desə də, İsmət bəy dedi ki, malları satsın, İskonta yapacaq. O, 67000 manatlıq satılmamış qalan 158 ədəd pakrıvalı dəyəri 42000 manatlıq malı İsmət bəyə qaytarmağa hazırdı.Qalan borcundan 24500 manatlıq puldan 2040 manatı ödəmiş və 22400 manat borcu hər ay hissə-hissə ödəməyə hazırdır. Qalan 158 ədəd pakrıvalın geri götrülməsi və yaxud da müvafiq qiymətə razılaşama yolu ilə satılaraq sahibinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan cinayət işi başlanamasının rədd edilməsi haqqında xx.xx.2022ci il tarixli Qərardan görünür ki, Qaradağ RPİ-nin müstəntiqi tərəfindən İddiaçı Abuzər oğlunun müraciəti əsasında toplanılmış HK-1/75 materiallarına baxılan zaman Cavabdeh ifadəsində bildirmişdir ki, 2009-cu ildən 2020-ci ilin mart ayına qədər “Sədərək Ticarət Mərkəzində” yataq dəstlərinin alış satışıilə məşğul olmuşdur.Təxminən 2008-ci ildə Türkiyə Respublikasına gedən zaman orada İsmət Bəlli ilə tanış olmuşdur. İsmət Türkiyə Respublikasında tekstil alış satışı ilə məşğul olmuşdur.Həmin vaxtı o İsmət Bəllidən 10000 ABŞ dolları dəyərində yataq dəsti almış və gətirib Azərbaycan Respublikasında satmışdır.Bundan sonra o təxminən 2020-ci ilin mart ayınadək o İsmət Bəllidən dəfələrlə yataq dəsti alıb satmışdır.O pulu İsmetə göndərilmiş və İsmət də həmin pulun müqabilində ona yataq dəsti göndərmiş və ya İsmət yataq dəstlərini göndərmiş o da burada satıb onun pulun ödəyirmiş.Sonuncu dəfə İsmət 2020-ci ilin fevral ayında yataq dəsti göndərmişdir.İsmetlə onun arasında münasibətlər yaxşı olduğundan İsmet ona nisyə mal teztez göndərirmiş.2020-ci ilin mart ayında ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar olaraq bazarlar bağlanmış, buna görə də onlar malları sata bilməmişlər.O, İsmete olan borcunu da ödəyə bilmirmiş.2020-ci ilin yay aylarında İsmetle danışmış və münasibətləri pisləşməyə başlamışdır.Onun hesablanmasına görə onun İsmete 67.000 manat nağd pul verəcəyi qalmış, eyni zamanda İsmetin onda 25000 ABŞ dolları dəyərində satılması üçün ona göndərdiyi yataq dəstləri olmuşdur. Hal-hazırda o, mağaza tapıb işləyə bilmədiyi üçün İsmetin pulunu ödəyə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borçludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmədə müəyyən olunub ki, cavabdehin iddiaçıya 67.000 manat məbləğində borcu var və iddiaçının 25000 ABŞ dolları dəyərində satılması üçün cavabdehə göndərdiyi yataq dəstləri hal-hazırda cavabdehdədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 124.460 manat pul vəsaiti və məhkəmə rüsumu üçün ödənilmiş 416 manat pul vəsaiti, toplam olaraq 124.876 (yüz iyirmi dörd min səkkiz yüz yetmiş altı) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar