Məhkəmə qərarları › İş №e-2(028)-493/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-493/2025

14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-493/2025 14.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 İddiaçı cavabdeh Qubadlı rayon icra Hakimiyyətinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladı olaraq İ qrup əlil, anası XX.XX.1952-ci il təvəllüdlü X1 yaranmış ciddi problemlərə, əlilliyinə, əmək və fəaliyyət qabiliyyətinin olmamasına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə və üzərində qəyyum təyin edilməsi faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı məhkəməyə xüsusi icraat qaydasında müraciət etməli olduğu halda, iddia icraatı qaydasında müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Qubadlı rayon icra Hakimiyyətinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsilləri geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar