Məhkəmə qərarları › İş №e-2(028)-52/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-52/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-52/2025 07.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlu sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməli olan kredit borcunun və maddi zərərin əvəzi olaraq 3879,49 manat pulun cavabdeh tərəfdən alınaraq ona verilmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, alınmış Honor markal telefon üçün onun tərəfindən ödənilmiş olan kredit borcunun, yəni 591,49 manat pulun və "xxxx" ASC-tə tərəfindən hər ay ödənilən ümumilikdə 4500 manatın tam şəkildə cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə iclasında baxılması xx.xx.2025-ci il tarixə, saat 12:15-ə təyin edilmiş, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R V E R D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar