Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-533/2025 13.10.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə istehsal ili 2007-ci il olan, mühərrik № U264479, BAN № JTDKB20U883338337 nömrəli "Toyota Pirus (Hybrid)" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini baş etibarnamə ilə əvvəllər tanıdığı cavabdehdən 11500 (on bir min beş yüz) manata almışdır. Avtomaşın alqısatqısı ilə məşğul olduğu üçün avtomaşında müəyyən işlər görmüş, xərc çəkmiş və xx.xx.2024-cü il tarixdə 12500 (on iki min beş yüz) manata X5 adlı şəxsə satmışdır. Avtomaşını satdığı gündən təqribən üç ay keçdikdən sonra əvvəlcə iddiaçı polis idarəsinə çağırılmış, sonra isə X5 adlı şəxs Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində mülkiyyətçi X3 və iddiaçıya qarşı "pul tələbi"nə dair iddia qaldırmışdır. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2488/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim: Vüsalə Musayeva) ilə iddia tələbi qismən təmin edilmiş, ondan 12500 (on iki min beş yüz) manat pul vəsaiti və 128 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X4 ödəməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində baxılarkən cavabdehə bu barədə məlumat vermiş və müraciət etmişdir ki, onun da məlumatı olsun. O, öz növbəsində özündən əvvəlki şəxslərə müraciət edərək problemi həll etməyi onlardan xahiş etmiş, lakin müraciəti cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun ifadə verərək və iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirdik ki, sözügedən nəqliyyat vasitəsinin alqı-satqısında cavabdeh vicdanlı alıcı olub. Tərəflər arasında münasibətlər var və cavabdeh alqı-satqının 11500 manata baş tutmasını təsdiq edir. Lakin əmlakın mülkiyyətçisi X6 olduğundan hesab edirlər ki, bəhrələnən şəxs məhz həmin şəxsdir. Nəticə etibarı ilə Yaqut Məmmədova əsassız olaraq varlanmışdır. Ona görə iddiaçı tərəfin tələb etdiyi məbləğ məhz avtomobilin mülkiyyətçisindən tutulmalıdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Etibarnamələrin təsdiq edilməsi ilə bağlı “Elektron notariat” avtomatlaşdırılmış X2 əsasən mülkiyyətçisi X6 "Toyota Pirus (Hybrid)" markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh (etibar edən) etibar edilmiş, sonuncu tərəfindən sözügedən avtomobil İddiaçı (etibar edilən) etibar edilmişdir. (Etibarlılıq müddəti xx.xx.2024-xx.xx.2025ci il) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2488/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 12500 (on iki min beş yüz) manat pul vəsaiti və 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə iş materialı olaraq göstərilən DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13- 16/2-81999/2025 saylı məktubda qeyd edilir ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «Toyota Prius» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il tarixdə X8 nəqliyyat vasitəsinə dair sərəncam hüququ barədə etibarnamə verilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçı nəqliyyat vasitəsinə dair sərəncam hüququ barədə etibarnamə verilmiş, xx.xx.2024-cü il tarixdə X4 nəqliyyat vasitəsinə dair sərəncam hüququ barədə etibarnamə verilmiş, xx.xx.2024-cü il tarixdə X7 xx.xx.2030-cu ilədək qüvvədə olan nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilmişdir. xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanması əsası ilə avtomobil qeydiyyatdan çıxarılmış və hazırda X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: -14.2.7. Əsassız varlanma. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maadəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh etibarnamə əsasında faktiki sahibliyinə qəbul etdiyi yuxarıda adı çəkilən avtomobil üçün cavabdehə 11500 manat məbləğində pul verməsi işin mübahisəsiz halıdır. Göründüyü ki, iddiaçının avtomobili əvəzli şəkildə alması nəticəsində 11500 manat məbləğində pul itkisinə məruz qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı tələbi əsaslı hesab edilməlidir. Belə ki, pul vəsaiti iddiaçı tərəfindən məhz həmin cavabdehə ödənilmiş və cavabdeh iddiaçının vəsaiti hesabına 11500 manat məbləğində əsassız varlanmışdır. Cavabdehin həmin avtomobili digər şəxslərdən daha əvvəl əvəzli şəkildə əldə etməsi tələbin ona yönəlməsini aradan qaldırmadığı kimi, onun da müvafiq qaydada digər şəxslərə qarşı tələb irəli sürməsini məhkəmə istisna etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 11500 (on bir min beş yüz) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11500 (on bir min beş yüz) manat pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-533/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-533/2025
13.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver