Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-541/2023 22.11.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə vurduğu real zərər kimi 31422 (otuz bir min dörd yüz iyirmi iki) manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 5184 (beş bir bir yüz səksən dörd) manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manatın Cavabdeh xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi barışıq sazişi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə barışıq sazişi imzalanmasını təklif etmişdir. Məhkəmədə cavabdeh iddia tərəfin barışıq sazişinin şərtləri ilə tanış olaraq onu qəbul etdiyini bildirmişdir. "xxxx" ASC və Cavabdeh arasında tərtib edilmiş və məhkəməyə təqdim olunmuş 22 noyabr 2023-cü il tarixli Barışıq Sazişinə əsasən Azərbaycan Respublikası Mülki və Mülki Prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq bu sazişi aşağıdakı şərtlərlə bağladılar: 1.Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 3 (üç) gün ərzində cavabdeh 25000 (iyirmi beş min) manat pul məbləğini iddiaçıya ödəməyi qəbul edir. 2.İddiaçı cavabdeh tərəfindən ödənilən 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini qəbul etməyi, qalan pul məbləğini silərək cavabdehə bağışlanmasını və göstərilən pul məbləği ödənildikdən sonra qeyd edilən məsələ üzrə cinayət və mülki qaydada təqibin dayandırılmasını öz öhdəsinə götürür. 3.Barışıq sazişinin müddəaları cavabdeh tərəfindən pozulacağı halda cavabdeh real zərər kimi 31 105,86 (otuz bir min bir yüz beş manat səksən altı qəpik) manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 5184 (beş min bir yüz səksən dörd) manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manat olmaqla, cəmi 36489,86 (otuz altı min dörd yüz səksən doqquz manat səksən altı qəpik) manat məbləğində pul vəsaitini ödəyəcəyini qəbul edir. 4.İcraata xitam verilmə qaydasını və nəticələrini nəzərdə tutan Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, iş icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 5.Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir. 6.Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 (üç) nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə "xxxx" ASC və Cavabdeh arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bu səbəbə görə məhkəmə tərəflərin barışıq sazişini qəbul edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış barışıq sazişi qanuna zidd deyildir və məhkəmə tərəfindən təsdiq oluna bilər. Ona görə hazırkı mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 191.2, 261.0.5, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2023-cü il tarixli barışıq sazişi aşağıda göstərilən məzmunda təstiq olunsun:
1. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 3 (üç) gün ərzində cavabdeh 25000 (iyirmi beş min) manat pul məbləğini iddiaçıya ödəməyi qəbul edir.
2. İddiaçı cavabdeh tərəfindən ödənilən 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini qəbul etməyi, qalan pul məbləğini silərək cavabdehə bağışlanmasını və göstərilən pul məbləği ödənildikdən sonra qeyd edilən məsələ üzrə cinayət və mülki qaydada təqibin dayandırılmasını öz öhdəsinə götürür.
3. Barışıq sazişinin müddəaları cavabdeh tərəfindən pozulacağı halda cavabdeh real zərər kimi 31 105,86 (otuz bir min bir yüz beş manat səksən altı qəpik) manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 5184 (beş min bir yüz səksən dörd) manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manat olmaqla, cəmi 36489,86 (otuz altı min dörd yüz səksən doqquz manat səksən altı qəpik) manat məbləğində pul vəsaitini ödəyəcəyini qəbul edir.
4. İcraata xitam verilmə qaydasını və nəticələrini nəzərdə tutan Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, iş icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
5. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.
6. Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 (üç) nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündan 10 gün müddətinə Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM VLADİMİR RUVİNOV