Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-60/2022 14.02.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 750 manat zərər məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 07.12.2019-cu il tarixdə 18:21 radələrində Bakı şəhəri, Gülüstan küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, 90BA619 dövlət qeydiyyat nişanlı avtomaşınla piyada X5 yüngül bədən xəsarəti yetirmişdir. “Mercedes Benz 190” markalı, 90BA619 dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçı tərəfindən 07.08.2019-cu il tarixdən 07.08.2020-ci il tarixinədək PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortlanmışdır.26.12.2019-cu il tarixli ödəniş sənədinən görünür ki, zərərin məbləği olaraq 750 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X4 hesabına ödənilmişdir. Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin 21.12.2019-cu il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından və bunun əsasında tərtib edilmiş Binəqədi RPİ-in Təhqiqat Şöbəsinin YNH-nin təfərrüatları barədə 24.12.2019-cu il tarixli, 059-54123 saylı arayışdan göründüyü kimi Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.6-cı və 332.4-cü maddələri ilə təqsirləndirilmişdir. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-ci maddəsinə əsasən sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə cavabdehin ünvanına çatdırılmış, lakin cavabdehdən məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Binəqədi RPİ-nin 4-cü PŞ-nin 21.12.2019-cu il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, vətəndaş X4 xəsarət alması əsasında toplanılmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Mercedes Bens” markalı, 90BA619 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 332.4-cü maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 07.12.2019-cu il tarixdə saat 17 radələrində Cavabdeh ona məxsus “Mercedes Bens” markalı, 90BA619 dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 1 ünvanında qarşısında X6 vuraraq ona ehtiyatsızlıqdan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirmiş və ilkin tibbi yardım göstərmədən hadisə yerindən yayınmışdır. 059-54123 saylı, 24.12.2019-cu il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, “Mercedes Bens” markalı, 90BA619 dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X2r.Hadisə baş verdiyi anda (07.12.2019-cu il tarixdə) isə sürücü Cavabdeh olmuşdur.Sürücülük vəsiqəsi yoxdur.Sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır.Yol-nəqliyyat hadisəsinin növü-piyada vurması. 31.05.2019-cu il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı Cavabdeh “Mercedes Bens” markalı, 90BA619 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. "xxxx" ASC-nin PXA56884 saylı sığorta aktından görünür ki, 07.12.2019-cu il tarixdə 18:21 saatda Bakı şəhəri Gülüstan küçəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı 90BA619 dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X8 yüngül dərəcədə bədən xəsarəti almışdır. Dəymiş zərər AR Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya ETT birliyinin ekspert rəyinə əsasən 750 manat təşkil edir.Sığorta ödəniş məbləği X1 hesabına köçürülür. 24.12.2019-cu il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhviltəslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün plastik kart və ŞEN zərflər X5 təhvil verildi. « İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinin tələbinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-ci maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 750 manat zərər məbləği və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-60/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-60/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver