Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-14/2024 10.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Anatoliyeviçin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Anatoliyeviçin Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Anatoliyeviç Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş su və çirkab suyu xətlərinin, həmçinin onun hasarının üstündən qaldırılmış tualet divarının cavabdehin hesabına sökülməsi, onun sahəsinə boşaldılmış torpağın cavabdehin hesabına daşınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Anatoliyeviç iddianı onunla əsaslandırmışdır ki, o, Qusar raykoopittifaqın idarə heyətinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarı ilə Qusar şəhəri, Ərəblinski küçəsi, Qusar Avtobazanın yaxınlığında yerləşən yeməkxana binası, binanın yerləşdiyi 400 kv. metr torpaq sahəsi ilə birlikdə satın almışdır. Qeyd olunan tikili üzərində mülkiyət hüququ AR Dövlət Tikinti və Arxirtektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 62 saylı qeydiyyat vəsiqəsi ilə təsdiq edilmişdir. Qusar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18/4-44 saylı qərarı ilə sözügedən tikilinin yerləşdiyi 400 kv. met torpaq sahəsinin ona satılması qərara alınmış, Qusar bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Torpaqların alqı- satqısına dair akt’’a əsasən torpaq sahəsi ona satılmışdır. Həmin akt AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx.xx.2006-cı il tarixdə 54A nömrə ilə qeydiyyata alınmışdır. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair ona xx.xx.2006-cı il tarixli Al 76622 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Qonşuluqda yerləşən maşın təmiri məntəqəsinin sahibi cavabdeh X6, özünə məxsus torpaq sahəsində tualet inşa etmiş, tualetin bir divarı, ona məxsus əmlakın hasarının üstündə, hasarın davamı olaraq inşa edilmişdir. Gələcəkdə, o, torpaq sahəsində hansısa inşaat işləri apardıqda, həmin tualet divarı ona mane olacaqdır. Həmçinin cavabdeh öz obyektinə aid su xəttini və çirkab suları xəttini onun sahəsindən keçirmişdir. Bundan başqa, M.Hafızov öz sahəsindən torpaq sahəsini daşıyıb ona məxsus sahəyə tökmüş, bunun nəticəsində, əvvəllər mövcud olmuş 1,5 metr hündürlükdə hasarın hündürlüyü azalaraq, təxminən 1 metr qalmışdır. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş su və çirkab suyu xətləri, həmçinin onun hasarının üstündən qaldırılmış tualet divarı cavabdehin hesabına sökülməli, onun sahəsinə boşaldılmış torpaq cavabdehin hesabına daşınaraq sahəsi təmizlənməlidir. Həmçinin İddiaçı Anatoliyeviç məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Qusar rayon koopittifaqın xx.xx.2005-ci il tarixli 04 saylı qərarı ilə Qusar şəhər Ərəblinski küç Qusar Avtobazası yaxınlığında yerləşən yeməkxana binası, binanın yerləşdiyi 400 km metr torpaq sahəsi ilə birlikde satın almişdır. Qeyd olunun tikinti üzərində mülkiyyətin hüququn Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki inventarlaşma və mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 62 saylı qeydiyyat vəsiqəsi ilə təsdiq edilmişdir. Qusar bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 18/4-44 saylı qərarı ilə sözügedən tikintinin yerləşdiyi 400kv metr torpaq sahəsinin ona satılması qərarı alınmış, Qusar bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2006-ci il tarixli “ Torpaqların alqı-satqısına dair akt”a əsasən torpaq sahəsi ona satılmışdır. Həmin akt Azərbaycan Respublikası Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsində xx.xx.2006-ci il tarixində 54A nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair ona xx.xx.2006-ci il tarixli AL 76622 saylı torpaq sahəsinin plan və ölçüləri verilmişdir. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin torpaq saxlayan divarından istifade edib ayaqyolu (tuolet) inşa edib. Ayaqyolunun inşa edilməmişdən qabaq ona məxsus torpaq saxlayan divarın uzunluğu 14 metr hündürlüyü 4 cərgə mişar daşı sökərək mənimsəyib və 2 metr hündürlüyü və 14 metr uzunluğu torpağı salib ona məxsus binanın divarına. Bundan başqa Hafizova məxsus iki ədəd avtomabil sexlərin 10x10 metr damından axıb gələn qar yağış suları bir başa buraxıb ona məxsus binanın təməlinə və zirzəmisinə dörd 100 mm boru vəsitəsi ilə əyani görmək üçün foto şəkil təqdim edir. Təqdim etdiyi fotoşəkil aydın bunu göstərir. Cavabdeh ayaqyolunun çirkab sularını ona məxsus torpaq sahəsindən buraxıb kanalzasiya quyusuna. Onun sahəsindən 14.0 metr uzunluğunda keçib. Cavabdehin tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş özbaşına tikili və kanalzasiya xəttini cavabdehin hesabına sökülməlidir. Ona məxsus torpaq saxlayan hasarının dəyərini mişar daşının 4 cərgəsini 14 metr uzunluğu dəyərini cavabdeh hesabından tutulsun. Ayaqyolunu tikərkən onun həyətyanı torpaq sahəsinə və binanın və binanin təməlinə və zirzəmisinə iki avtosexin 10x10 metr damından və həyətdən yağış və qar suları 10 mm borulardan gələn boruları cavabdeh hesabına sökülsün. Bundan başqa avtosexlərin damını elə düzəltsin ki, su onun binasının təməlinə və zirzəmisinə axmasın. Odur ki, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində torpaq saxlayan divarından istifadə öz kafesinə gələn müştərilərinə ictimai ayaqyolu (tualet) tikib və ayaqyolunun (tualet) kanalzasiya xəttinin çirkab sularını ona məxsus torpaq sahəsindən, həmçinin su xəttini cavabdeh hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı Anatoliyeviç məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək bildirmişdir ki, sözü gedən tikilinin və yerləşdiyi 400 kv m. torpaq sözü gedən tikilinin və yerləşdiyi sahənin ona məxsus olması barədə bütün sənədlər toplusunun iddia ərizəsinə əlavə etmişdir. O cümlədən binanı və torpağı 400 kv m. Qusar rayon Raykomittifaqından satın alması barədə sənədlər, həmən torpağın birdaha Qusar bələdiyyəsindən alınması barədə qərar, müqavilə və torpağın 400 kv m cizgisi 400 kv m torpağın və binanın onun xüsusiyyətində olması barədə Azərbəycan Respublikası Dövlət tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki inventarlaşma və mülkiyyət hüqüqların qeydiyyatı idarəsinin N 62 qeydiyyat vəsiqəsi mövcuddur. Bunlardan başqa Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə komitəsinin torpaq sahsəsinin planı və ölçüsü sənədi işə əlavə olunub. CavabdehƏ onun qanunsuz hərəkəti onun torpaq saxlayan divarın 4 cərgə mişar daşını sökərək özünə, kafesinə müştəriləri üçün ictimai ayaqyolu inşa edilib. Tualetin bir divarını onun hasarının üstündən inşa edib. Tualetin çirkab sularını (kanalizasiya) ona məxsus torpaq sahəsindən çəkib. Uzunluğu 14 metrdir. CavabdehƏ həmin ona məxsus torpaq saxlayan hasarın üstündə mişar daşından hasar tikib 1 metr hündürlüyündə. Hasarı tikərkən iki sexlərin damından yığılan yağış və qar suları və təzə düzəltdiyi meydançadan yığılan sular 4X100 mm borudan buraxılıb ona məxsus binanın təməlinə və zirzəmisinə buraxılıb. Hasarın aşağı tərəfi 1 metrdən çoxu ona məxsus torpaq saxlayan divar hasarı tikərkən orada olan 4X100 mm boruları götürməyib, hansı ki, Hafizov M yəqin ki, bilirdi əvvəl görürdü 4 borudan buraxdığı sular ona çox zərər vermişdir. Binanın zirzəmisində olan tikinti materialları o cümlədən metal konstruksiyalar və.s rütubətdən keyfiyyətini itirib. Hazırki məhkəmə işi başlayandan sonra tikdiyi hasar ona məxsus torpaq saxlayan divarın üstündən davam edib. CavabdehƏ yaxşı bilirdi ki, hasar ona məxsusdur. Təqdim etdiyi əvvəlki və indiki şəkillərdən məlum olur ki, cavabdeh məhkəmə işi getməsinə məhəl qoymayaraq cavabdehliyini artırıb. Hətta məhkəməni də nəzərə almayıb. Cavabdehin tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində inşa edilən özbaşına tikili və kanalizasiya xətti cavabdehin hesabına sökülməlidir. Ona məxsus torpaq torpaq saxlayan hasarın üstündən inşa edilmiş ayaqyolu (ictimai tualet) və mişar daşından tikilmiş hasar hər ikisi sökülməlidir (cavabdehin hesabına). Ona məxsus torpaq saxlayan hasarının dəyərini mişar daşının 4 cərgəsi 14 metr uzunluğu dəyərini cavabdehin hesabına ödəməlidir. Avtosexlərin damını elə düzəltsin ki, yağış və qar suları axıb küçə (tras) tərəfə getsin və onun binasının təməlinə və zirzəmisinə getməsin. Qusar rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli bildirişi əsasında o, 11 avqust 2023-cü il tarixində bildirişdə qeyd olunan sözü gedən obyektə saat 11:00 saat 13:00 qədər Azərbaycan Respublikası Ədliyyə nazirliyinin məhkəmə ekspertiziya mərkəzinin nümayəndəsini və bildirişdə göstərildiyi kimi Qusar Reyestri xidmətinin nümayəndələrini gözləmiş lakin heç bir nümayəndə gəlməmişdir. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində torpaq saxlayan divarın üstündən istifadə edərək öz kafesinə gələn müştərilərə ictimai ayaqyolunu (tualeti) və kanalizasiya xəttinin çirkab sularını ona məxsus torpaq sahəsindən həmçinin su xəttini cavabdeh hesabına sökülməsi barədə, həmçinin ona dəyən 3500 manat məbləğində maddi və mənəvi ziyanı ödəməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Anatoliyeviçin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, ekspert rəyi ilə razı olmadığını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş, ekspert rəyi ilə razı olduğunu və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Anatoliyeviç məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 05 aprel 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 16 mart 2005-ci il tarixli Qərarına əsasən Qusar rayonu Kooperativ Cəmiyyətləri İttifaqına məxsus olan Qusar şəhəri, Ərəblinski küçəsində avtobazanın yanında yerləşən yenəkxana binasını, tikinti altı hissəsi 194 kv/m olan ərazinin ümumi torpaq sahəsini 400 kv/m vətəndaş İddiaçı satılmışdır. İşdə olan Qusar rayon Bələdiyyəsinin 18/4-44 saylı 30 may 2006-cı il tarixli Qərarının surətindən görünür ki, İddiaçı Anatoliyeviçə Qusar şəhərinin baş planına uyğun olaraq yeməkxana binasının tikintisi üçün şəhərin Ərəblinski küçəsindı 400 kv.metr torpaq sahəsi (400 kv.m. X 2 manat) 800 manata satılmışdır. İşdə olan torpaqların alqı-satqısına dair 23 iyun 2006-cı il tarixdə 544 saylı aktın surətindən görünür ki, İddiaçı Anatoliyeviçə Qusar rayon Bələdiyyəsinin 30 may 2006-cı il tarixli 18/4-44 saylı qərarına əsasən yeməkxana binasının tikintisi üçün şəhərin Ərəblinski küçəsində 400 kv.metr torpaq sahəsi (400 kv.m. X 2 manat) 800 manata satılmışdır. İşdə olan 20 oktyabr 2023-cü il tarixli 3-21-3-34/2-13951/2023 saylı ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəsis rəyindən görünür ki, iddiaçının iddia və istifadə etdiyi torpaq sahəsinin naturada faktiki koordinatları müəyyən edilmişdir. İddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları **********0124 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara uyğun deyildir, İddiaçı məxsus torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. İşdə olan 23 sentyabr 2024-cü il tarixli 3-21-3-34/2-10403/2024 saylı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəsis rəyindən görünür ki, İddiaçı və Cavabdeh torpaq sahələrinin hüquq müəyyənedici sənədləri təqdim edilməmişdir. İddiaçı və Cavabdeh faktiki istifadə etdikləri torpaq sahələrinin hüquq müəyyənedici sənədləri təqdim edilməmişdir. Torpaqların elekton xəritə məlumatlarına əsasən Cavabdeh faktiki istifadə olan torpaq sahəsinə mülkiyyət növü dövlət olmaqla X2 adına 0,105 hektar olmaqla hüquqların dövlət deydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın işlənildiyi və İddiaçı istifadəsində olan torpaq sahəsinə isə 0,04 hektar olmaqla **********0124 kadastr nömrəii torpaq sahəsinin planı və ölçüsünün işlənildiyi məlum olmuşdur, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən mübahisələndirilən su və çirkab suyu xətlərinin inşa edildiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8690 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının iddia və istifadə etdiyi torpaq sahəsinin naturada faktiki koordinatları müəyən edilmişdir. İddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları **********0124 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlara uyğun deyildir, İddiaçı Anatoliyeviçə məxsus torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilmir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8690 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7939 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və Cavabdeh torpaq sahələrinin hüquq müəyyənedici sənədləri təqdim edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və Cavabdeh faktiki istifadə etdikləri torpaq sahələrinin hüquq müəyyənedici sənədləri təqdim edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elekton xəritə məlumatlarına əsasən Cavabdeh faktiki istifadə olan torpaq sahəsinə mülkiyyət növü dövlət olmaqla X2 adına 0,105 hektar olmaqla hüquqların dövlət deydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın işlənildiyi və İddiaçı istifadəsində olan torpaq sahəsinə isə 0,04 hektar olmaqla **********0124 kadastr nömrəili torpaq sahəsinin planı və ölçüsünün işlənildiyi məlum olmuşdur, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən mübahisələndirilən su və çirkab suyu xətlərinin inşa edildiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7939 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli 3-21-3-34/2- 10403/2024 saylı və 20 oktyabr 2023-cü il tarixli 3-21-3-34/2-13951/2023 saylı mütəxəssis rəyləri həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8690 saylı və 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7939 saylı ekspert rəyləri ilə razılaşaraq həmin rəylərin işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam verək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.1-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki, qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinin 3-cü hissəsində qeyd olunur ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 84.1-ci maddəsinin 6-cı hissəsində qeyd olunur ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.4, 69.5, 69.5.1, 69.5.2, 69.5.2-1, 69.5.3.-cü maddələrinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir; divar hündürlüyünün 0,6 hissəsi; xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7939 saylı rəyindən görünür ki, Cavabdeh faktiki istifadə olan torpaq sahəsinə mülkiyyət növü dövlət olmaqla X2 adına 0,105 hektar olmaqla hüquqların dövlət deydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın işlənildiyi və İddiaçı istifadəsində olan torpaq sahəsinə isə 0,04 hektar olmaqla **********0124 kadastr nömrəili torpaq sahəsinin planı və ölçüsünün işlənildiyi məlum olmuşdur, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən mübahisələndirilən su və çirkab suyu xətlərinin inşa edildiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə iş materiallarının tədqiqinə, tərəflərin izahatlarına, ekspert rəylərinə istinad edərək hesab edir ki, hazırkı halda iddiaçının iddia tələbi əsassızdır, uğursuzdur, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı Anatoliyeviç Cavabdeh qarşı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyi üçün iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8690 saylı və 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7939 saylı rəyləri üzrə ekspertiza xərci 200 (iki yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı Anatoliyeviçdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı Anatoliyeviçdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-14/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-14/2024
10.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver