Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-223/2025 23.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququ” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 ona məxsus olan Qusar rayonu, Düztahir kəndində yerləşən 0.35 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 155 kv olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona qarşı qaldırdığı mənzildən çıxarılması tələbinə dair ilkin iddiasının rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilərək onun, yetkinlik yaşına çatmamış uşağı, 16 iyun 2009-cu il təvəllüdlü X5 ilə birlikdə cavabdeh İddiaçı məxsus, Qusar rayonunun Düztahir kəndində yerləşən yaşayış evində yaşayış sahəsindən istifadə hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Cavabdeh2 xx.xx.1995-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. İlk vaxtlar hər şey normal olsada sonradan oğlunun ailəsində söz söhbətlər olmağa başlamışdır. Gəlini Cavabdeh1 bir neçə dəfə xəyanəti aşkar edilmişdir. Dəfələrlə digər övladları gəlib gəlini ilə söhbət etmiş, bu əməlindən əl çəkməsini xahiş etsə də, gəlininin cavabı “öz həyatımdı özüm bilərəm və mənə nə ər nədə qaynana lazım deyil” olmuşdur. Bundan başqa son illərdə gəlini onu döyməyə başlamış, evin içində ayaqqabı ilə gəzmiş, qəsdən havanın soyuq vaxtı evin pəncərəsini açıq qoymuşdur ki, buda onun səhhətinə çox mənfi təsir göstərməyə başlamışdır. Əlavə olaraq 88 yaşı olduğu üçün ona qulluq olunması zəruridir. Buna görə qızlarının ona gəlib qulluq etməsinə mane olur, evinə qohum əqrəbanın girməyinə imkan vermir. Buna görə hesab edir ki, oğlu və gəlininin ona məxsus olan Qusar rayonu, Düztahir kəndində yerləşən 0.35 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 155 kv olan fərdi yaşayış evindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ona qarşı həmin iddiasını qəbul etmir və ona qarşı yaşayış sahəsindən istifadə hüququ tələbinə dair qarşılıqlı iddia irəli sürür. İddianı onunla əsaslandırır ki, o, 18 noyabr 1995-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh2 ilə evlənmişdir. Həmin nikahdan onların 04 aprel 1997-ci il tarixdə X2, 01 noyabr 1998-ci il tarixdə X6, 15 mart 2005-ci il tarixdə X7 və 16 iyun 2009-cu il tarixdə X5 adlı 4 uşaqları olmuşdur. Həmin uşaqlardan 3-ü yetkinlik yaşlarına çatmışlar. X1 və X6 evlənib ər evinə köçmüşlər, X7 hal-hazırda Bakı şəhərində ali məktəbdə əyani təhsil alır, 16 iyun 2009-cu il təvəllüdlü X5 isə hal-hazırda Qusar rayonunun Düztahir kəndində onun himayəsində yaşayır.Cavabdeh İddiaçı əri Cavabdeh2 anasıdır. O, Cavabdeh2 ilə ailə həyatını quran zaman onun valideynlərinə məxsus Qusar rayonunun Düztahir kəndində yerləşən yaşayış evinə gəlin köçmüşdür. Həmin evdə o, uzun illərdir ki, Cavabdeh2 və onun anası cavabdeh İddiaçı ilə birgə yaşayır. Onun uşaqları həmin evdə doğulub boya-başa çatmışlar. Uzun illər o, Cavabdeh2 ilə mehriban yaşamışdır. Lakin axırıncı bir ilə yaxın müddətdir ki, Cavabdeh2 ona qarşı münasibəti soyumuş, ailə münasibətləri pozulmuşdur. Hal-hazırda o, Cavabdeh2 ilə bir evdə yaşasa da, faktiki olaraq aralarında ər-arvad münasibətləri qalmamışdır. O, yetkinlik yaşına çatmamış oğlu, 16 iyun 2009-cu il təvəllüdlü X5 ilə evin bir otağında, Cavabdeh2 isə cavabdeh İddiaçı ilə digər otaqda yaşayırlar. Yetkinlik yaşına çatmamış oğlu, 16 iyun 2009cu il təvəllüdlü X5 onun himayəsindədir, Bakı şəhərində ali məktəbdə əyani təhsil alan qızı X3 da bütün təminatı onun üzərindədir. Cavabdeh2 Qusar Rayon Məhkəməsində ona qarşı nikahın pozulmasına dair iddia qaldırmışdır və həmin iddia üzrə məhkəmənin icraatında 2(029)-1033/2024 saylı mülki iş vardır. Cavabdeh İddiaçı mənzildən çıxarılması tələbinə dair iddianı ona və digər Cavabdeh2 qarşı qaldırsa da əslində həmin iddia yalnız ona qarşı yönəlmişdir. Cavabdeh İddiaçı, oğlu Cavabdeh2 formal olaraq cavabdeh qismində göstərmişdir. Əslində isə cavabdeh İddiaçı və Cavabdeh2 ikisi bir yerdə birləşərək onu azyaşlı oğlu ilə birlikdə evdən çıxarmaq istəyirlər. Cavabdeh İddiaçı ona qarşı qaldırdığı mənzildən çıxarılması tələbinə dair iddiası tam əsassızdır, həmin iddia ərizəsində cavabdehin onun barəsində yazdıqları açıq böhtandır. Belə ki, o, əri Cavabdeh2 qarşı hər hansı bir şəxslə xəyanət etməmişdir, bu barədə İddiaçı iddia ərizəsində yazdıqları yalan və böhtandır, bu barədə onun heç bir sübutu yoxdur. İddiaçı guya onun tərəfindən döyülməsi, onun tərəfindən havanın soyuq vaxtları evin pəncərələrini açıq saxlamaqla onun sağlamlığına qəsd etməyi, ona qulluq göstərməyə gələn qızlarını evə buraxmamağı barədə iddia ərizəsində yazdıqları da yalan və böhtandır, heç bir sübutla təsdiqini tapmır.O, Cavabdeh2 ilə evləndiyi vaxtdan, 1995-ci ildən, artıq 30 ildir ki, cavabdeh İddiaçı məxsus evdə yaşamışdır. Onun 4 uşağı da həmin evdə anadan olub, orada boya-başa çatmışlar. Ona məxsus bütün cehiz əmlakı cavabdehin həmin evində qalmışdır. Hal-hazırda onun himayəsində olan oğlu 16 iyun 2009-cu il təvəllüdlü X5 ilə birlikdə yaşamağa başqa heç bir yaşayış sahəsi yoxdur.Ona görə də o, yetkinlik yaşına çatmamış uşağı, 16 iyun 2009-cu il təvəllüdlü X5 ilə birlikdə onun, cavabdeh İddiaçı məxsus, Qusar rayonunun Düztahir kəndində yerləşən yaşayış evində yaşayış sahəsindən istifadə hüquqlarının müəyyən edilməsini tələb edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edərək ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 ilkin iddianı qəbul etmişdir. Həmçinin bildirmişdir ki, o, anasından həmin evdən çıxması üçün kompensasiya məbləği tələb etmir. İlkin iddia tələbinin təmin olunmasına, qarşılıqlı iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh1 ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş və ilkin iddianın rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ilkin iddia ərizə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili və ilkin iddia üzrə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia rədd olunmalı, qarşılıqlı iddia təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Düztahir kəndində yerləşən 0.35 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 155 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyət üzrə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.1995-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş, həmin tarixdə İddiaçı evinə gəlin köçüb yaşamışdır. Məhkəmə hesab edir ki, hazırkı ilkin iddia və qarşılıqlı iddia tələblərində göstərilən münasibətlərə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bulluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsaslanmışdır. Həmin Qərarın nəticə hissəsinin 2-ci bəndinə görə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdeh1, 18 noyabr 1995-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh2 ilə evlənmişdir. İddiaçı, Cavabdeh1 əri Cavabdeh2 anasıdır. Cavabdeh1, Cavabdeh2 ilə ailə həyatını quran zaman sonuncunun valideynlərinə məxsus Qusar rayonunun Düztahir kəndində yerləşən yaşayış evinə gəlin köçmüşdür. Həmin evdə Cavabdeh1, uzun illərdir ki, Cavabdeh2 və onun anası İddiaçı ilə birgə yaşayırlar. Cavabdeh1 və Cavabdeh2, İddiaçı məxsus fərdi yaşayış evinə istifadə hüquqları mövcuddur və bu hüquqa kompensasiya verilmədən xitam edilməsinə əsaslar yoxdur. Belə ki, bu tələbin əsaslı olması üçün ilkin iddia üzrə iddiaçının mübahisəli mənzilə etibarlı mülkiyyət hüquqları, ilkin iddia üzrə cavabdehlərin isə istifadə hüquqları mövcud olmalıdır. İstifadə hüququnun kompensasiya verilmədən itirilməsi üçün hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Məsələn, hüquq sahibinin həmin yaşayış sahəsini birdəfəlik tərk edib getməsi və ya digər şəkildə həmin hüququndan faktiki imtina etməsi halı (Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqe). Lakin, hazırkı işdə bu hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ilkin iddia üzrə cavabdehlərin istifadə hüququna yalnız kompensasiya verməklə xitam verilə bilər.Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamılıdır. Qarşılıqlı iddia dair hissədə məhkəmə hesab edir, Cavabdeh1, İddiaçı oğlu Cavabdeh2 ildə ailə həyatı qurmuş və 1995-ci ildə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1 həmin fərdi yaşayış evinə dair istifadə hüququ Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən tənzimlənməli və onun istifadə hüququ tanınmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh1 yetkinlik yaşına çatmamış uşağı, 16 iyun 2009-cu il təvəllüdlü X5 ilə birlikdə cavabdeh İddiaçı məxsus Qusar rayonunun Düztahir kəndində yerləşən yaşayış evində yaşayış sahəsindən istifadə hüquqları müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh1, yetkinlik yaşına çatmamış uşağı, 16 iyun 2009-cu il təvəllüdlü X5 ilə birlikdə cavabdeh İddiaçı məxsus Qusar rayonunun Düztahir kəndində yerləşən yaşayış evində yaşayış sahəsindən istifadə hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-223/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-223/2025
23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver