Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-226/2025 03.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Şamaxı Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi, həmin əmlakın vərəsəlik yolu ilə iddiaçının mülkiyyətinə verilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Şamaxı Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi, həmin əmlakın vərəsəlik yolu ilə iddiaçının mülkiyyətinə verilməsi və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun atası mərhum X2 miras kütləsinə daxil olan, “Torpağa mülkiyyət hüququna dair” JN- 351, KOD 30122038 saylı dövlət aktı əsasında mülkiyyətində olan Qusar rayonu Ləcət kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakın vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməsi və onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun X1 ilə anası Cavabdeh4 07 avqust 1985-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 3 övladları qardaşı Cavabdeh2, Cavabdeh1 və o anadan olmuşdur. Onların hər üçü yetkinlik yaşına çatmış və ailə qurmuşdur. X1 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasından ona bir çox əmlak, o cümlədən Qusar rayonu Ləcət kənd ərazisində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsi miras qalmışdır. Anası onun xəbəri olmadan miras əmlakı iki qardaşı ilə birlikdə öz adına keçirməyə cəhd etmişdir. Bu məqsədlə onu avtomaşına dair vərəsəliyə qol çəkmək adı altında, atasının miras əmlakı olaraq evin sonuncu övladı kimi ona verdiyi, Qusar rayonu Ləcət kəndində yerləşən JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsini də öz adına keçirmək istəyir. X10 cavan yaşında, yəni 59 yaşında qəflətən vəfat etmiş, məhz buna görə sənədləşmə işlərini sağlığında aparmaq mümkün olmamışdır. Halbuki, miras əmlak olaraq bu torpaq sahəsinin məhz mərhum atası tərəfindən ona bağışlanılması ilə bağlı ailə üzvləri kifayət qədər məlumatlı olmuşlar. Onlar indi bu faktı dansalar da, onlarla aralarında tərtib olunmuş akt bu faktı təsdiq edir. Əgər məhkəmədə bu faktı etiraf etməyəcəkləri təqdirdə, aktı sübut qismində məhkəməyə təqdim edəcəkdir. Həmçinin, o, atasının mübahisəli torpaq sahəsi üzrə vərəsəsi olaraq faktiki həmin torpaq sahəsindən təyinatı üzrə tək istifadə edir. Bu halı təsdiq edəcək şahidləri də vardır. Sadəcə, ailə daxili mübahisə, yəni anası ilə həyat yoldaşı arasında baş vermiş münaqişə nəticəsində, anası özü ilə birlikdə digər iki qardaşını da ona qarşı qaldırmış, onu həyat yoldaşını evdən çıxarmayacağı təqdirdə heç bir miras əmlakdan pay almayacağı barədə hədələmişdir. Atasının sağlığında mübahisəli torpaq sahəsi atası tərəfindən ona verilmişdir. O, həmin torpaq sahəsini hazıra qədər istifadə edir. Həmin torpaq sahəsini miras əmlak olaraq faktiki sahiblik etmiş və hazıra qədər edir. Eyni zamanda miras əmlakı faktiki idarə edir. Göründüyü kimi, iş üzrə cavabdeh olan anası və iki qardaşı miras predmeti olan torpaq sahəsindən istifadə etməmiş, həmin sahəyə getməmiş, həmin sahənin məhz mərhum atası tərəfindən ona verilməsini faktiki qəbul etmişlər. O, həmin sahədən təyinatı üzrə hazırkı dövrədək istifadə edir, həmin sahədə taxıl əkir və miras əmlaka faktiki sahiblik edir. Həmin torpaq sahəsini miras əmlak olaraq faktiki sahiblik etmiş və hazıra qədər edir. Eyni zamanda miras əmlakı faktiki idarə edir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə bildirir ki, işləri ilə əlaqədar xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, məhkəmə iclasının onun və İddiaçı iştirakı olmadan keçirməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, həqiqətən İddiaçı həmin torpaq sahəsini faktiki olaraq vərəsə kimi qəbul etmişdir. Həmin torpaq sahəsində dənli bitkilər əkməklə hazıradək istifadə edir. Onlar heç vaxt həmin torpaq sahəsində olmamışlar və həmin torpaq sahəsindən istifadə etməmişlər. Buna görə iddia tələbini tam qəbul edirlər. Onlar həmin torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə, həmin miras əmlakın vərəsəlik yolu ilə İddiaçı mülkiyyətinə verilməsinə və İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. İddianı tam etiraf edirlər. İddianı etiraf etmənin hüquqi nəticələri onlara aydındır. Məhkəməyə gəlməyə imkanları olmadığına görə məhkəmə iclaslarını onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər Şamaxı Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-351 KOD 30122038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Ləcət bələdiyyəsinin 01 may 2002- il tarixli 26 saylı qərarı ilə X5 Qusar rayon Ləcət kəndi ərazisindən 28 ha torpaq sahəsi satılmışdır. İşdə olan AZ-İİ 159513 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli **********459, **********460 və **********461 saylı notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 Qusar rayonu, Ləcət kəndində yerləşən, JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında X3 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi, faktının müəyyən edilməsinə, həmin miras əmlakın vərəsəlik yolu ilə İddiaçı mülkiyyətinə verilməsinə və İddiaçı mülkiyyət hüqüqunun dövlət reyestrində qeydiyyata alınmasına etiaz etmirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, İddiaçı X1 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasından, İddiaçı bir çox əmlak, o cümlədən Qusar rayonu Ləcət kənd ərazisində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsi miras qalmışdır. Hal-hazırda cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 məhkəməyə təqdim etdikləri ərizələrdən göründüyü kimi onlar İddiaçı xeyirinə həmin miras əmlakdan imtina etmişlər və həmin miras əmlakın İddiaçı tərəfindən öz mülkiyyətinə salınmasına razılıqlarını vermişlər. Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, İddiaçı atası mərhum X2 miras kütləsinə daxil olan, “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında mülkiyyətində olan Qusar rayonu Ləcət kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlakın vərəsəlik yolu ilə İddiaçı mülkiyyətinə verilməli və İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
Ərizə təmin edilsin. İddiaçı atası mərhum X2 miras kütləsinə daxil olan, “Torpağa mülkiyyət hüququna dair” JN-351, KOD 30122038 saylı dövlət aktı əsasında mülkiyyətində olan Qusar rayonu Ləcət kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 28 ha torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Həmin miras əmlakın vərəsəlik yolu ilə İddiaçı mülkiyyətinə verilsin. İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV