Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-296/2023 17.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Anatoliyeviçin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Anatoliyeviçin Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Anatoliyeviç Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda ona məxsus “yaşayış məntəqələrinin torpaqları” təyinatlı 800 kv. metr torpaq sahəsinin qonşuluğunda, ünvan 2 ünvanda yerləşən, Cavabdeh satılmış 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikilinin ara məsafəsi hissəsində sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Anatoliyeviç iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda ona məxsus “yaşayış məntəqələrinin torpaqları” təyinatlı 800 kv. metr torpaq sahəsinin qonşuluğunda, ünvan 2 ünvanda yerləşən, əvvəllər Maraqlı şəxs məxsus olmuş, sonradan Qusar rayon Notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-507 saylı altı-satqı müqaviləsi ilə Cavabdeh satılmış 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikili inşa edilmişdir. Tikilinin divarı bilavasitə onunla torpaq sahəsinin sərhədinin üzərində inşa edilmiş, heç bir ara məsafə gözlənilməmişdir. Torpaq sahəsinin eni 13.5 metr, həmin torpaqda inşa edilmiş tikilinin eni isə 13 metr təşkil edir. İşin sadalanan hallarından və istinad olunan qanun normalarından görünür ki, cavabdehə məxsus torpaq sahəsində ona məxsus torpaq sahəsinə bitişik, ara məsafəsi gözləmədən inşa edilmiş tikili, ara məsafəsi hissəsində sökülməlidir. Məhkəmə iclasında İddiaçı Anatoliyeviçin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, cavabdehin binası qanunsuzdur. Binanın özü isə 13 metrdir, torpağın eni isə 13 metrdir. Binanın sağ tərəfi onun torpaq sahəsinin sərhədindədir. Həmin bina yaşayış evi deyil. Ara məsafəsi saxlamayıb, 28-30 metr olan binada pəncərələr yoxdur, sağ tərəfdə iki nəfəslik var, o biri tərəfdə də nəfəsliklər var, pəncərələr isə binanın qabaq tərəfindədir. Qusar camaatı oranı tikinti materialların satılan mağaza kimi bilir. Yaşayış evi adı ilə super market tikib, həmin binanın nə birinci mərtəbəsində nə də ikinci mərtəbəsində bir dənədə olsa otaq yoxdur. İş üzrə verilmiş ekspertizanın rəyi saxtadır. Torpaq sahəsi yaşayış evinin tikintisi üçün ayrılıb, cizgi layihə də yaşayış evin layihəsidir, ancaq orada olan tikili mağazadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, həmin binanı o, Maraqlı şəxs almışdır. Həmin binanı alanda reyestr xidmətindən mütəxəssislər gəlib ölçmüşlər. Binanın hündürlüyü yeddi metrdir, ikinci mərtəbəsi yaşayış üçün tikilib. Bina qanuni tikilib, bütün sənədlər qaydasındadır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Anatoliyeviç məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhərində yerləşən, 0.04 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İşdə olan 18 mart 2003-cü il tarixli 4/4-12 tarixli Qusar Bələdiyyəsinin qərarının surətindən görünür ki, X3 Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin A.Xamədov küçəsində 32 m X 25m ölçülərdə 800 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan 23 avqust 2021-ci il tarixli 2-1(105)-394/2021 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-231/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarı-İddiaçı Anatoliyeviçin cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı onun bina ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdeh üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 2-1(102)-28/2022 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2021-ci il tarixli 2-1(105)-394/2021 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Cavabdeh istifadəsində olan tikilinin zirzəmi mərtəbəsinin 1 metr hündürlüyündə hissəsinin sərhəd xəttinə bitişik yerləşdiyini, birinci və ikinci mərtəbələrin xarici divarının hündürlüyünün 6,2 metr olmasını nəzərə alarsaq, ara məsafəsi 1,86 metr (6,2x0,3) təşkil edir. Cavabdeh istifadəsində olan tikilinin birinci və ikinci mərtəbələrin xarici divarının sərhəd xəttindən 2 metr aralıda yerləşməsini nəzərə alaraq həmin tikilinin Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1 bəndinin və 69.6 bəndinin tələblərinə uyğun olaraq inşa edildiyi müəyyən olunur. Qərardadın 2-ci sualı üzrə: iddiaçının istifadəsində olan tikili ilə sərhəd hasarına qədər olan məsafənin 16.0 metr olduğu, sərhəd hasarından cavabdehin istifadəsində olan tikilinin xarici divarının sərhəd xəttindən 2 metr aralıda yerləşdiyi, ümumilikdə tikililər arasında məsafənin 18.0 metr olduğu nəzərə alınarsa, AzDtn 2.6 -1 -in 4.12-ci bəndinə və 1-nömrəli Əlavənin (Yanğın əleyhinə tələblər) tələblərində qeyd olunan 15.0 metrlik məsafədən çox olduğu üçün bu tələblərə uyğun olduğu müəyyən edilmişdir: İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam verək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.1-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki,qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinin 3-cü hissəsində qeyd olunur ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 84.1-ci maddəsinin 6-cı hissəsində qeyd olunur ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.4, 69.5, 69.5.1, 69.5.2, 69.5.2-1, 69.5.3.-cü maddələrinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir; divar hündürlüyünün 0,6 hissəsi; xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikilinin ara məsafəsi gözlənilmədən inşa edilməsi öz təsdiqini tapmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı ekspert rəyi ilə təkzib olunmuşdur. Həmçinin, iddiaçının iddia ərizəsində göstərdiyi ünvan 1 ünvanda ona məxsus “yaşayış məntəqələrinin torpaqları” təyinatlı 800 kv. metr torpaq sahəsinin qonşuluğunda, ünvan 2 ünvanda yerləşən, Cavabdeh satılmış 400 kv. metr torpaq sahəsində eni 13, uzunluğu 28,2 metr, ümumi hündürlüyü 7,4 metr təşkil edən tikilinin ara məsafəsi hissəsinin həyat təhlükəsi halının olması, hüquq və mənafelərin pozulması halları aşkar edilməmiş və bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı Seyfəddin Anatoliyeviçin iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, işin faktiki halları iddia tələbinin hüquqi əsası ilə uzlaşmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 avqust 2023-cü il tarixli 10/4631 saylı rəy üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri İddiaçı Anatoliyeviçdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Anatoliyeviçin Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri İddiaçı Anatoliyeviçdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-296/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-296/2023
17.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver