Məhkəmə qərarları › İş №e-2(029)-357/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-357/2023

04.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-357/2023 04.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun etibarnamə nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər X14 və Cavabdeh, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X28 iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər X17 və Cavabdeh və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər X17 və Cavabdeh və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, həmin çıxarış əsasında Cavabdeh ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-1348 reyestr nömrəli alqı- satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında Qurban Ağabalayevin adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci ildə Qusar rayonu Kuzun- Qışlaq kəndində anadan olmuş və anadan olduğu gündən 1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X2na məxsus Qusar rayon Kuzun-Qışlaq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. X2 ilə nənəsi X23 birgə nikahlarından Ələkbər Əlismanov (vəfat etmişdir), Cavabdeh, Ələsgər Balayev (vəfat etmişdir), Mütəllim Balayev və Səlimə Balayeva adlarında 5 övladı olmuşdur. X8 xx.xx.2002-ci ildə vəfat etmişdir. O, 2009-cu ilə ailə həyatı qurmuş və ailə qurduqdan sonra da ailəsilə birlikdə babasına məxsus həmin evdə yaşayır. X3 02 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 yanvar 2013-cü il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. X3 Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə ilə Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən özünə məxsus evini, evin inventar avadanlıqlarını, pay torpaq sahələrini ona, yəni İddiaçı vəsiyyət etmişdir. Bununla razılaşmayan bibisi Cavabdeh Məmmətbağır qızı və onun nümayəndəsi X7 rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD-ə üzrə nümayəndəliyinə və ona qarşı Qusar rayon Məhkəməsində iddia qaldıraraq həmin nümayəndəliyin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli xx.xx.2012-ci il tarixli qeydin ləğv edilməsinə, həmin qeyd əsasında verilmiş 8 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. İşə Qusar rayon Məhkəməsində baxılaraq iddianın təmin edilməsinə dair xx.xx.2020-ci il tarixli 2(029)-41/2020 saylı qətnamə qəbul edilmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-41/2020 saylı qətnaməsindən verdiyi şikayətə Apellyasiya Məhkəməsində baxılaraq Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin ləğv edilməsinə dair xx.xx.2020-ci il tarixli, 2(105)-1627/2020 saylı qətnamə qəbul edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh Məmmətbağır qızı kassasiya şikayəti vermiş və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1193/21 nömrəli qərarı ilə Cavabdeh Məmmətbağır qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 2(105)-1627/2020 nömrəli 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da 02 yanvar 2013-cü il tarixdə ölmüş mərhum babası X10, özünə məxsus olan Qusar rayonu Kuzun- Qışlaq kəndində yerləşən evinin, evin inventar avadanlıqlarının, pay torpaq sahələrinin ona vəsiyyət edilməsinə dair Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD-üzrə nümayəndəliyinin qeydlər kitabında xx.xx.2012-ci il tarixdə 8 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə təsdiqini tapmışdır. Bundan əlavə anadan olduğu xx.xx.1985-ci il tarixdən bu günə qədər babası X13 məxsus olan Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən evində yaşayır və babası vəfat etdikdən sonra da onun əmlakına o sahiblik edərək idarə etmişdir. Buna baxmayaraq, Qusar rayon Notariat Ofisinin xüsusi X6, babası X10 vərəsəsi kimi Cavabdeh Məmmətbağır qızını miras əmlakdan 1/1 hissədə pay almaqla qanun üzrə vərəsə kimi təsdiq etmiş və ona xx.xx.2020-ci il tarixli reyestrdə 2V- 281 nömrə ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etmişdir. X1 miras qalmış ünvan 1i ünvanında yerləşən əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququnu tanıyaraq vərəsəlik şəhadətnaməsinin verilməsi barəsində müraciətinə Qusar Rayon Notariat Ofisi 16 iyul 2020-ci il tarixli X-741 saylı və 16 iyul 2021ci il tarixli X-742 saylı məktublarla cavab verərək miras əmlaklarına tam hissədə Cavabdeh Məmmədbağır qızının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmiş və bununla bağlı mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bu səbəbdən də o, Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qanunla müəyyən olunmuş müddətin bərpası və vəsiyyətnamə üzrə vərəsəliyin tanınması tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 07 sentyabr 2022-ci il tarixli 2(029)-716/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, 02 yanvar 2013cü il tarixdə ölmüş X11 miras əmlakına dair Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh verilmiş reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras qoyan X10 miras əmlakının onun tərəfindən qəbul edilməsi müddətinin, ötürülməsinin səbəbi üzürlü sayılaraq uzadılması, Qusar rayon İHB-nın Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında qeyd edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik müəyyən edilərək (miras qoyan X11 miras əmlakına) onun vərəsəlik hüququnun tanınması qət edilmişdir. Bundan sonra o, həmin qanun üzrə vərəsəlik şəhadətnaməsində göstərilən 1.3052 ha torpaq sahəsinin mərhum babası Məmmədbağır Balayevə məxsus hissəsini vəsiyyət üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh Qusar rayon məhkəməsinin etibarsız hesab etdiyi 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında öz adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə etmiş, həmin çıxarış əsasında isə 1.3052 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixli 4Ə-1348 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4, həmin alqı-satqı müqaviləsinə əsasən isə Qurban Ağabalayevin adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd etdiyi faktlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vəkil sorğusu əsasında xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-1928/20223 saylı məktub vasitəsi ilə bildirilmişdir. Göründüyü kimi, Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qanunsuz olmaqla onun həmin çıxarışda göstərilən 1.3052 ha torpaq sahəsinin babası Məmmədbağır Balayevə məxsus hissəsinə dair vərəsəlik hüququnu pozur, həmin çıxarış etibarsız olan qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. Bu səbəbdən də hesab edir ki, həmin çıxarış etibarsız hesab edilməlidir. Bundan başqa, hesab edir ki, Cavabdeh ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-1348 reyestr nömrəli alqı-satqı müqaviləsi Cavabdeh qanunsuz yolla əldə etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında bağlandığından və bu isə onun vərəsəlik hüququnu pozduğundan, bununla da, həmin alqısatqı müqaviləsi Mülki Məcəllənin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Həmçinin, həmin alqı-satqı müqaviləsi əsasında Qurban Ağabalayevin adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanunsuz və əsassız verildiyindən etibarsız hesab edilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, ilkin olaraq vəsityətnamənin qanuni qüvvə alması ilə əlaqədar Sumqayıt Apellasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bundan əlavə cavabdeh tərəfindən təqdim olunmuş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellasiya Məhkəməsinin qətnamənin qanuni sayılmasına dair qətnaməsi öz qüvvəsini saxlamışdır. Bundan əlavə Qusar rayon Məhkəməsi 02 yanvar 2013-cü il tarixdə həmin vərəsəlik şəhadətnaməsi, yəni Qusar rayon notariat ofisinin 2V-281 nömrəsi ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmişdir.Həmin vərəsəlik əsasında alınmış çıxarışın etibarsızlığı əsas hesab edilməlidir. Hesab edir ki, vərəsəlik şəhadətnaməsi əldə olunandan sonra Cavabdeh tərəfindən özünün adına alınmış çıxarış və ondan sonra aparılmış bütün mülki hüquqi əqdlər, alqısatqı müqavilələri, çıxarışlar ləğv edilməlidir. Bunun üçün kifayət qədər əsaslar var. Bundan əvvəlki proseslərdə məhkəmənin qətnamələri ilə sübuta yetirilib. Qanunsuz olaraq verilmiş vərəsəlik şəhadətnaməsi əsasında alınmış çıxarış və onun əsasında verilmiş alqısatqı müqaviləsi əsassızdır. Əgər tərəf deyirsə ki, “mən vicdanlı alıcıyam”, bu halda heç bir sənəd əlavə olunmamışdır. Qeyd etdiyi kimi, kifayət qədər sübütu var ki, qarşı tərəfə dəfələrlə şifahi qaydada deyilib, bununla bağlı audio disk təqdim edir. Vicdanlı alıcılıq barədə bu məsələyə mütləq münasibət bildirilməli idi çünki, bu imperativ norma deyil. AR Konstitusiya Məhkəməsinin Plenum qərarında vicdanlılıqla bağlı konkret şərtlər mövcuddur.Bu şərtlər cavabdeh tərəfindən hər hansı şəkildə yerinə yetirilmir. Məhkəmə, məhkəmə icraatında bütün bu məsələlərə baxıb araşdırmalıdır. Sübutların təqdim edilməsi tərəflərin üzərinə düşür, o, lazımi sübutları təqdim edir. Bu hala kimi onların bütün sübutları məhkəmə qətnamələri ilə təsdiq olunub, mötəbərliyinə demək olar ki şübhə yoxdur. Bundan əvvəl iddiaçı tərəfin qarşı tərəfə yalnız şifahi xəbərdarlıq etmək hüququ olub. Bundan başqa, rəsmi qaydada müraciət etmək, əmlak üzərinə həbs qoydurmaq onun subyektiv hüquqlarından kənara çıxırdı. Cavabdehin vicdansız alıcı olması barədə isə sübutları ondan ibarətdir ki, əgər bunun yanına əvvəl getdiyini inkar edirdisə, indi deyir ki, “görüşmüşük biz”. Bundan əlavə də onun əlində səs yazısı və telefon danışığı var. xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış, vərəsəlik şəhadətnaməsindən sonra Cavabdeh öz adına alınmış çıxarışdır. O da ləğv olunub. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə dediklərini təsdiq etmiş və izahatında bildirmişdir ki, 2020-ci ildə əmlakın satıldığını bilirdi. Heç bir orqana müraciət etməmişdir. 2020-ci ildə torpaqla bağlı məhkəməyə müraciət etmiş, müraciətin mahiyyəti isə həmin bu torpaqdan ona çatacaq payın bölünməsi ilə bağı olmuşdur.Torpağın satılması barədə, alqı-satqı olduqdan sonra xəbəri olmuşdur. O, eşitmişdir ki, torpaq satılacaq. Torpağın satılmaması üçün notariat orqana şifahi qaydada müraciət etmiş, lakin etiraz etmək üçün onun hüququ olmadığını bildirmişlər. Hüququ olması üçün sənəd olmalı idi, onda da həmin sənəd olmamışdır. Hüququ olmadığı üçün məhkəməyə torpaq üzərində həbs qoyulması ilə bağlı yazılı müraciət etməmişdir. Torpağın qabaqcadan Qurbanın alacağını bilirdi. Qurbana həmin torpağın onun olduğunu demişdir. Həmin torpaqdan ona çatacaq məbləğ var idi. Qurban ona 3 min manat verməli idi. Torpağı neçəyə satılması barədə xəbəri olmamışdır. Həbibə xanımla onların münasibəti olmadığına görə torpağın satılacağı barədə ona heç nə deməmişdir. Torpağın bazar qiyməti o vaxt 10-15 manat min idi. Sonra Qurban dedi ki,ona heç nə düşmür, vəsiyatnamə ləğv olunub. Əslində isə ona babasının payı düşürdü. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, babası Elbrusa vəsiyyətnamə yazmayıb, çünki o,babasının yanında olmayıb. Babası öləndən 5 il sonra gəlib evə giriblər. Torpağı neçənci ildə satdığı yadında deyil. Qurbanı bacısının, qardaşının vasitəsi ilə tapmışdır. Qurbanla qohumluğu yoxdur, eyni kənddə yaşayırlar. Torpağı maddi ehtiyacı olduğuna görə satmışdır, çünki həmin vaxt borcları olmuşdur. Anası ilə, atası yataq xəstələri idi. Torpağı satmağı barədə heç kimə deməmişdir, tanışlıqla Qurbanı tapmışdır. Qurban kənddə bağçılıqla məşquldur. Qurbanın öz adına olan torpaqlar da var, onlara məxsus olan torpaqla Qurbanın ərazisi yaxın olmuşdur. Borcu çox olduğuna görə torpağı satıb borcunu ödəmişdir. Elbrusa pul verməmişdir. Elbrusa,onun bu torpaqda payı olması barədə heç nə deməmişdir. 2022-ci ildə məhkəmənin qətnaməsi və şəhadətnamənin etibarsız sayılması barədə xəbəri olmayıb. Qurbanın başqalarına pul verəcəyi barədə xəbəri olmayıb. Torpağı Qurbana 2013-cü ildə, atası ilə anası rəhmətə gedəndə təklif etmişdir. Qurbandan başqa torpağı satmağı barədə heç kimə deməmişdir. Qurban pulu ona 2015-ci ildə torpağı alanda vermişdir. 2015-ci ildə satılan torpağın 2020ci ildə rəsmiləşdirmək üçün getməkdə səbəb odur ki, sənədlər itmişdi. Sonra yenidən çıxarış çıxardıb satmışdır. Qurbana, torpağın atasına, anasına və ona məxsus olduğunu demişdir. Başqasının payı olduğu barədə də deməmişdir. Elbrus gəlib deməmişdir ki, onun bu torpaqda payı var. Torpaq satılandan sonra Elbrus məhkəməyə müraciət etmişdir. Atası ilə anası rəhmətə getdikdən 1 il sonra Elbrusla aralarında ixtilaflar başlamışdı. Torpağın mübahisəli olduğunu kənddə hamı bilirdi. Vəsiyətnamənin mövcudluğu barədə 5 il sonra bilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X37 iddianı qəbu etməmiş və Cavabdeh dediklərini təsdiq etmişdir. Cavabdeh X21 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, birinci, Həbibə bacıları və qardaşı ilə birlikdə gəlib ona yaxınlaşıb mübahisəli torpağı “sənə satıram” demişdilər. Elbrus sonra özü də onun yanına dəfələrdə gəlib torpağı “sənə satıram” demişdir. O, çıxarışı soruşanda Elbrus demişdir ki, çıxarış yoxdur, onların aralarında vərəsəlik məsələləri ilə bağlı mübahisə gedir. Həbibə onun yanına 2015-ci ildə gəlmiş, torpağın qiymətini 10.000 manata razılaşmışlar, Həbibəyə 10.000 manat vermişdir. Həmin vaxt Həbibə ilə torpağın alqı-satqısı ilə bağlı aralarında yazılı müqavilə olmamışdır.Sonra bu mübahisəli torpağın məsələsi açılmış, o, Elbrusa demişdir ki, “mən sənə 3 min manat verəcəm,bu söhbəti bağlayaq”. O, 2015-də bu torpağı alanda mübahisəli olduğunu bilmirdi. O, mübahisəli olduğunu bildikdən sonra, Elbrusa demişdir ki, “öz aramızda həll edək, mən sənə 3 min manatı verəcəm”.O, Elbrusa pulu torpağı öz adına rəsmiləşdirməmişdən qabaq təklif etmişdir. Elbrus ona sənəd gətirəcəyi təqdirdə ona 3 min manat verəcəkdi. X41 heç nə deməmişdir. Elbrusa 3000 manat verəcəyi təqdirdə Həbibəyə verdiyi 10000 manat puldan heçnə istəməyəcəkdi. O pulu sədəqə kimi Elbrusa verəcəkdi.Torpağın alqı-satqısı ilə bağlı rəsmiləşdirməni Həbibə xanım zəng edib təklif etmişdir. Torpağın mübahisəli olduğunu bildikdən sonra Həbibəyə pulu geri qaytarması ilə bağlı heç nə deməmiş və ondan pulunu geri tələb etməmişdir. Həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdən qabaq mübahisəli olduğunu bilirdi. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təminedilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2(029)-716/2022 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, 02 yanvar 2013-cü il tarixdə ölmüş X11 miras əmlakına dair Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh verilmiş reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi,miras qoyan X10 miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbi üzürlü sayılaraq uzadılması, Qusar rayon İHB-nın Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında qeyd edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik müəyyən edilərək (miras qoyan X11 miras əmlakına) İddiaçı vərəsəlik hüququ tanınması qət edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 1.3052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə pay üzrə Cavabdeh, X10 və X23 xüsusi mülkiyyətlərindədir. İşdə olan xx.xx.2020-ci il tarixli ********* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 1.3052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X17 məxsusdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 06 may 2016-cı il tarixli arayışın surətindən görünür ki, X15 02 yanvar 2013-cü il tarixdə ünvan 1ində ölmüşdür. İşdə olan Qusar rayon qeydiyyat şöbəsindən verilmiş 18 noyabr 2017-ci il tarixli arayışın surətindən görünür ki, X34 26 iyul 2013-cü il tarixdə Qusar rayonu Kuzunqışlaq kəndində ölmüşdür. İşdə olan 16 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ƏMDK-yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X29 verilmiş **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.3052 ha olan torpaq sahəsindən mərhum X29 məxsus olan hisissədə Cavabdeh miras payı müəyyən edilmişdir. İşdə olan 16 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ƏMDK-yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.3052 ha olan torpaq sahəsindən mərhum X12 məxsus olan hisissədəCavabdeh miras payı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasənəqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdimübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcbur etmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir Əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Baxılan iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələrin etibarsız olması qənaətinə gələn məhkəmə qeyd edir ki, mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və X31 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “OfertaPlus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsan Hüquqlarının və X31 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Göründüyü kimi, Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli reyestrdə 2V-281 nömrə ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qusar Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(029)-716/2022 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh verilmiş Çıxarış da qanuna zidd olmuş və ona görə də həmin çıxarış etibarsız hesab edilməlidir. Bundan başqa, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdehhəmin çıxarış əsasında X21 ilə çıxarışda göstərilən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli 4Ə-1348 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlamış və həmin alqı-satqı müqaviləsi əsasında Qurban Ağabalayevin adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmənin qənaətinə görə alqı-satqı müqaviləsi də mülki qanunvericiliyin tələblərinə zidd olmuş, Cavabdeh qanunsuz əldə etdiyi çıxarış əsasında torpaq sahəsini satmışdır. Həmçinin, məhkəmə iclasında cavabdeh X21 bildirmişdir ki, iddiaçıya “sədəqə” olaraq mübahisəli torpağa görə 3000 manat pul verəcəkdi və həmin 3.000 manat pulu Cavabdeh verilmiş olan 10.000 manat puldan Həbibədən istəməyəcəkdi. Həmin torpaq sahəsinin mübahisəli olduğunu kənddə hamı bilmişdir. Həmçinin iddiaçı və cavabdehlər bir kənddə yaşayırlar, bir birilərini tanıyırlar. Bundan başqa hər bir kəs torpaq sahəsi alarkən həmin əraziyə baxır, bəyəndikdən sonra alqı-satqı barədə notariusa müraciət edir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi başqa qaydada alına bilməzdi. Mülki qanunvericiliyin tələbinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Yəni baxılan işdə X21 vicdanlı sahib kimi qəbul oluna bilməz. Bu, isə İddiaçı həmin torpaq sahəsinə dair əldə etməli olduğu əmlak hüququnu pozmuşdur. Odur ki, həmin alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələbləri pozulmaqla bağlandığına görə etibarsız hesab edilməlidir. Həmçinin, həmin alqı-satqı müqaviləsi əsasında Qurban Ağabalayevin adına verilmiş Çıxarış da etibarsız hesab edilməlidir. Məhkəmə Qurban Ağabalayevin torpaq sahəsini vicdanlı əldə etdiyi barədə dəlillərini müzakirə edərək hesab edir ki, alqı-satqı müqaviləsi bağlanan anda vicdanlılıq faktı mövcud olmamışdır. Belə ki, Qurban Ağabalayev özünün izahatında etiraf etmişdir ki, İddiaçılə Cavabdeh arasında torpaq sahəsinə dair mübahisə olduğunu bilmiş, bununla bağlı İddiaçı 3000 manat məbləğində pul təklif etmişdir. Odur ki, məhkəmə Qurban Ağabalayevin torpaq sahəsini vicdanlı əldə etməsinə dair dəlillərini qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış, həmin çıxarış əsasında Cavabdeh ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə- 1348 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında Qurban Ağabalayevin adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar