Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-403/2025 24.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “bağlanmış müqavilənin ləğv etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “bağlanmış müqavilənin ləğv etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Tikinti ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolunun və Qusar Rayonu Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikası nazirlər Kabineti yanında Mənzil-Kommunasl Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportunun ləğv edilməsi, Cavabdeh1 istifadəsində olan İddiaçı ASC-nin mülkiyyətində olan ərazidə yerləşən mübahisəli Qonaq evi adlandırılan qeyri-yaşayış sahəsindən Cavabdeh1 çıxardılması və binanın boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh1 (bundan sonra - Cavabdeh1) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun Cavabdeh1 istifadəsində olan Qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 800 kv m torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bəhs olunan iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsə də, İddiaçı ASC-nin məhkəmə proseslərində iştirakı təmin olunmamış və nəticədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-315/2023 saylı qanunsuz qərarı qəbul edilmişdir. Məhkəmənin adıçəkilən qərarı ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, İddiaçı ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018- ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçının mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evin binasının yerləşdiyi 800 kv m torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Mübahisəli qərarın icra mərhələsində İddiaçı ASC-yə ümumiyyətlə belə bir məhkəmə qərarının olması məlum olmuşdur. Qərardan apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)- 108/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(118)-315/2023 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Belə ki, məhkəmə qərardadında göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolu, ASC-nin nümayəndəsi ilə onun arasında bağlandığını iddia etdiyi xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi, 25 yanvar 1999-cu il tarixli, 29 nömrəli qeydiyyat vəsiqəsi və müvafiq texniki pasporta istinad edərək İddiaçı ASC-nin adına dövlət reyestrində aparılmış qeydiyyatı qonaq evi binası və onun yerləşdiyi 800 kv.m. torpaq sahəsinə dair hissədə mübahisələndirmiş, məhkəmə prosesi zamanı məlum olmuşdur ki, iddia olunan qonaq evi binası və onun yerləşdiyi 800 kv.m. torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 14.960 kv.m. torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına özəlləşdirilmiş, özəlləşdirilmə nəticəsində 15 mart 2006-cı il tarixli, 000041 qeydiyyat nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə” verilmiş və daha sonra sözügedən daşınmaz əmlaklar cəmiyyətin hazırkı hüquqi varisi olan İddiaçı ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddianı mümkünsüz hesab etmişdir. O hal da qeyd edilməlidir ki, həmin iş üzrə materiallarla tanış olarkən İddiaçı ASC-yə məlum olmuşdur ki, “ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası (Qonaq evi) guya Qusar Tikinti ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) “11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən, ATSC-nin balansında olan “Qonaq evi” binasının satılması qərara alınmış və daha sonra həmin ATSC-nin İdarə Heyətinin sədri olmuş X5 ilə hazırkı Cavabdeh1 arasında Qusar Rayon Notariat Ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.1998-ci il tarixli ЗМ-1- 166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Qonaq evi binası Cavabdeh1 “satılmışdır”. Həmin alqı-satqı müqaviləsi əsasında isə onun adına 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta əsasən Qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 800 kv m göstərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, həmin iş materiallarında xx.xx.1998-ci il tarixli 02 nömrəli protokolun əsli və ya təsdiq olunmuş surəti mövcud deyildir, eyni zamanda həmin protokolda da Qonaq evinin satılmasının İdarə Heyətinin sədrinə həvalə edilməsi barədə hər hansı məlumat yoxdur. "xxxx" ATSC-nin hüquqi varisi olan İddiaçı ASC-də də qeyd edilən tarixdə keçirilən iclas, eləcə də bu iclasda İdarə heyətinin sədrinə alqı-satqı aparılması ilə bağlı hər hansı səlahiyyət verilməsi, ümumiyyətlə Cəmiyyətə məxsus “Qonaq evi”nin hər hansı digər 3-cü bir şəxsə satılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Ümumiyyətlə həmin iclasın real olaraq keçirilməsi, əgər keçirilbsə kimlərin iştirak etməsi, orada göstərilən imzaların kimə məxsus olması böyük suallar yaradır. Belə ki, "xxxx" ATSC-nin Nizamnaməsində ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları müəyyən edilmişdir. O səbəbdən iclasın keçirilib keçirilməməsi və bu zaman iclasın legitimliyinin olması diqqətli şəkildə araşdırılmalıdır. Həmin iclas keçirilməmiş, sadəcə formal olaraq belə bir sənəd hazırlanmışdır. Oradakı imzaların həqiqiliyin yoxlanılması zəruridir, bunun üçün müvafiq ekspertiza da təyin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, həminsənədlərin əsli mövcud deyildir. Digər tərəfdən həmin kserosurət olan xx.xx.1998-ci il tarixli 02 nömrəli protokol baxan zaman ümumiyyətlə sənədin namatam hazırlandığı aşkar görünür. Belə ki, iclasda 4 nəfərin iştirak etməsi, 1 nəfərin isə dəvət edildiyi göstərilmiş, lakin, iclasda faktiki kimlərin iştirak etməsi göstərilməmişdir. Həmin iclasın katibi eyni zamanda səsvermə hüququ olan şəxs kimi guya səsvermədə iştirak etmişdir. Halbuki məlum olduğu kimi katib bitərəf şəxs olmalıdır. Digər “iştirak edən” adları məlum olmayan şəxslərin isə məsələyə münasibəti ümumiyyətlə qeyd edilməmişdir. Son olaraq qərara aldı hissəsində Qonaq evinin satılmasının qərara alındığı göstərilsə də, bunun icra mexanizmi və məsul şəxs barəsində məlumat əks olunmamışdır. Nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin X4 sədrinin cəmiyyətin əmlakının satılması ilə bağlı hər hansı səlahiyyəti müəyyən olunmamışdır. İdarə heyətinin sədrinin səlahiyyətləri Nizamnamənin 10-cu maddəsi ilə müəyyən olunmuşdur. Alqı-satqı ilə bağlı səlahiyyətlər ona səhmdarların birbaşa ümumi yığıncağının qərarı ilə verilə birlərdi ki, mübahisəli qərarda bununla bağlı hər hansı qeyd mövcud deyildir. Bu hal özü də göstərir ki, xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə, alqı-satqı müqaviləsində Qonaq evinin sahəsi cəmi 75 kv/metr olaraq göstərilsə də sonradan Cavabdeh1 aldığı qeyri-yaşayış binasının yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportda Qonaq evinin yerləşdiyi torpaq sahəsi 800 kv olaraq göstərilmişdir. Həmçinin həmin sənəddə Qonaq evinin 1968-ci ildə tikildiyi göstərilsə də, İddiaçıya aid sənədlərdə tikilinin 1976-cı ildə tikildiyi göstərilir. Alqı-satqı müqaviləsindən sonra Cavabdeh1 qeyri-yaşayış sahəsinə qeydiyyat vəsiqəsi də almağa nail olmuşdur ki, həmin sənədin də heç bir kötüyü və əsası yoxdur. Bütün bu sadalanan hallar göstərir ki, Qusar Tikinti ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) “11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolundan başlayaraq, Qusar Rayon Notariat Ofisində səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış xx.xx.1998-ci il tarixli alqısatqı müqaviləsi tamamilə etibarsızdır və həmin müqavilənin hüquqi nəticəsi olaraq verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasport isə ləğv edilməlidir. Belə ki, qeyd edilən əqdlər uyudurma, yalan əqddir və özlüyündə etibarsızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi ilk növbədə qeyd edilməlidir ki, Qusar Tikinti ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) “11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolunun əsli mövcud deyildir. Həmin iclasın keçirilməsinə, keçirilibsə formallığına, qanunvericiliyin və Nizamnamənin tələblərinə uyğun olmadan keçirilməsinə əsaslı şöbhələr vardır. Çünki həmin iclasın keçirilməsi barədə digər səhmdarların məlumatı olmamış, ümumiyyətlə belə bir iclasın keçirilməsi barədə iddiaçı Asila ASC-də hər hansı olmamışdır. Bu özlüyündə həmin sənədlərin qanunsuz olmasını təsdiq edir. Digər tərəfdən alqı-satqı bağlayan və həmin vaxtı İdarə Heyətinin sədri işləmiş X2 hansı əsasla həmin müqaviləni bağlamağa səlahiyyətli olması məlum deyildir. Belə ki, Nizamnamə üzrə İdarə heyətinin sədrinin səlahiyyətlərində bu hüquq göstərilməmiş, həçinin ATSC-nin Ümumi Yığıncağının qərarı ilə ona bununla bağlı hər hansı səlahiyyət verilməmişdir. Səlahiyyəti olmayan şəxs tərəfindən baölanmış müqavilə özü özülüyündə etibarsızdır. İddiaçı Asila ASC olaraq belə bir protokolun, alqı-satqı müqaviləsinin, həmçinin qeydiyyat vəsiqəsi və texniki pasportun olmasından yalnız Cavabdeh1 iddiası üzrə qanunsuz olaraq Sumqayıt İnzibati Məhkəməsi tərəfindən çıxarılmış qərarın icası zamanı məlumatımız olmuşdur. Qərardan apellyasiya şikayəti verməklə bərabər hazırkı iddia üzrə məhkəməyə müraciət etməyi də zəruri hesab edirik. Həmçinin qeyd edilməlidir ki, eyni zamanda iddiaçı olaraq bizə məlum olmuşdur ki, İddiaçı ASC-yə məxsus ərazidə olan qonaq evi qanunsuz olaraq Cavabdeh1 istifadəsindədir. Bu səbəbdən də onun Qonaq evinin ərazisindən çıxarılmasına və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı Asila ASC-yə təhvil verilməsi qaçılmazdır. Eyni zamanda qeyd edilməlidir ki, xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsində Qonaq evinin sahəsi cəmi 75 kv/metr olaraq göstərilmiş olsa da sonradan Cavabdeh1 əldə etdiyi qeyri-yaşayış binasının yanvar 1999cu il tarixli v234 inventar nömrəli texniki pasportunda Qonaq evinin yerləşdiyi torpaq sahəsi 800 kv olaraq müəyyən edilmişdir. Bununla yanaşı onun adına 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsinin də kök sənədlərinin olmadığı barədə məlumatlıyıq. Hesab edirik ki, bu sənədlərin necə əldə edilməsi və hansı əsasla sənəddə bu cür fərqli qeydlərin aparılması araşdırılmalıdır. Bu birbaşa qanun pozuntusudur və həmin sənədləri vermiş və əldə etmiş şəxslər xüsusi qərardad çıxarılması üçün əsasdır. O hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, buna görə də təmin olunmalıdır. Cavabdeh1 nümayəndəsi X6 məhkəməyə etiraz ərizəsilə müraciət edərək bildirmişdir ki, o, iddianı qəbul etmir və ağağıdakı əsaslara görə hesab edir iddia tamamilə əsassız və qanunsuz iddiadır. Belə ki, mübahisə üzrə işin faktiki halları bundan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 13 oktyabr 1997-ci il tarixli, 824 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin ünvan 3 ünvanında yerləşən Qusar rayonu 13 nömrəli X1 bazasında “Kənd Təsərrüfatı Nazirliyinin ünvan 5i ünvanında yerləşən Xaçmaz Meyvə-Tərəvəz Tədarükü və X7 Kombinatının bazasında “Qusar- Tikinti" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, Cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmişdir. Çek auksionlarında səhmləri satılacaq "xxxx" Səhmdar Cəmiyyəti haqqında məlumatda cəmiyyətin fəaliyyət növü “tikinti işləri”, torpaq sahəsinin ölçüsü isə 14.960 kv.metr göstərilmişdir. Qusar rayonu 13 nömrəli X1 özəlləşdirmə planında (emissiya prospekti) müəssisənin balansında 3 ədəd vaqon yataqxanası, idarə binası, qonaq evi və anbar binası göstərilmiş, həmçinin 01 avqust 1997-ci il tarixə həmin bina və tikililərin dəyərinin qiymətləndirilməsi aktı tərtib edilmişdir. "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır. Bundan sonra xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X5 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binasını Cavabdeh1 satmışdır. Həmin qonaq evi binası üzərində Cavabdeh1 mülkiyyət hüququ 25 yanvar 1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına AR Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmçinin qonaq evi binasına dair texniki pasport tərtib edilərək həmin sənəddə qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 800 kv.metr göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən Qusar Tikinti ATSC-nin (hazırda hüquqi varisi İddiaçı) 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar yığıncağının 02 saylı protokolu müəssisədaxili korporativ sənəd olmaqla həmin ATSC-nin səhmdarlarının iradə ifadəsini əks etdirmişdir. Həmin iclas protokolunun qanuniliyinə qarşı hər hansı səhmdarın etirazı olmamış, heç kim bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Eyni zamanda İddiaçı ASC hüquqi varis olanadək Qusar Tikinti ATSC-nin daxilində bununla bağlı hər hansı narazılıq mövcud olmamışdır. Bundan başqa, Cavabdeh1 Qonaq evi binasının alıcısıdır və o, həmin iclas protokolunun qəbul edilməsində iştirak etməmişdir. Həmin şəxs Qonaq evi binası üzərində mülkiyyət hüququnu da həmin iclas protokolu əsasında deyil, notarial qaydada bağlanmış alqı- satqı müqaviləsi əsasında əldə etmişdir. Ona görə də, Qusar Tikinti ATSC-nin hüquqi varisi olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı həmin iclas protokolunun etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil və həmin iddia ümumiyyətlə Cavabdeh1 qarşı yönələ bilməz. Ona görə də, həmin iddia tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçının “Qusar rayonu Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.1998-ci il tarixli 3M-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı bildirir ki, həmin iddia da tamamilə əsassız və qanunsuz bir iddiadır. Belə ki, iddiaçı həmin iddianı Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı ilə bağlı halları tənzimləyən maddi hüquq normalarına, yəni 337, 340cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Başqa sözlə, həmin iddia tələbinin hüquqi əsasını qeyd olunan maddi hüquq normaları təşkil edir. İddiaçı ASC Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etməklə hesab edir ki, Cavabdeh1lə Qusar Tikinti ATSC-nin idarə heyətinin sədri olmuş X5 arasında bağlanmış xx.xx.1998-ci il tarixli 3M-1- 166 reyestr nömrəli alqı-satqı müqaviləsi uydurma əqddir. Uydurma əqdin anlayışı 340.1-ci maddədə göstərilmişdir. Əqdin uydurma hesab olunması üçün həmin əqd hüquqi nəticə yaratmaq məqsədi olmadan, görünüş üçün bağlanmalıdır. Lakin, mübahisələndirilən əqd real alqı-satqı müqaviləsidir və müqavilə bağlandıqdan sonra Cavabdeh1 adına qeydiyyat vəsiqəsi, həmçinin texniki pasport verilmiş, eyni zamanda həmin vaxtdan etibarən Qonaq evi Cavabdeh1 sahibliyinə və istifadəsinə keçmişdir. İndiyədək həmin Qonaq evi binası Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı ASC 2018-ci ildən Qusar Tikinti ATSC-nin hüquqi varisi olmuşdur. Hazırkı müqavilə isə həmin vaxtdan 20 il əvvəl bağlanmışdır. Həmin 20 il müddətində “Qusar Tikinti” ATSC-nin həmin müqavilənin və müqavilə əsasında verilmiş Qeydiyyat vəsiqəsinin qanuniliyinə qarşı heç bir etirazı, narazılığı, həmçinin iddia və tələbi olmamış, əksinə Qonaq evinin Cavabdeh1 mülkiyyətində olması faktını qəbul etmişdir. Bu, isə onu təsdiq edir ki, həmin əqdin uydurma hesab olunması üçün heç bir əsas mövcud deyil, ümumiyyətlə müqavilənin etibarlı olmasını aradan qaldıran hal olmamış, müqavilə tam qanuni və əsaslı olmuş, həmin ATSC-nin heç bir mənafeyini pozmamışdır. Həmin müqavilə Qusar Tikinti ATSC-nin mənafeyinə toxunsa idi belə onun tərəfindən 20 il müddətində əqd barəsində mübahisə qaldırmadığına görə müddətlərin keçməsi əsasına görə onun tələb irəli sürməsinə imkan verən subyektiv hüququna xitam verilmişdir. Bundan başqa, Qusar Tikinti ATSC alqı-satqı müqaviləsinin tərəfi olmamışdır. Müqavilənin sərəncam verən tərəfi ATSC-nin idarə heyətinin sədri olmuş Həmidə Mikayılova olmuş və onun Qonaq evi binasının barəsində sərəncam vermək səlahiyyəti olmuşdur. Çünki, alqı- satqı müqaviləsindən də görünür ki, müqavilə bağlanan anda Qonaq evi binası Qusar Tikinti ATSC-nin deyil, 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X2 mülkiyyətində olmuşdur. Belə olan halda, alqı-satqı müqaviləsi heç bir qanun pozuntusuna yol verilmədən bağlanmış və tərəflərin real iradə ifadəsini əks etdirmiş və həmin müqavilə müvafıq qaydada notariat orqanı tərəfindən təsdiq edilmişdir. Müqavilənin istər məzmununda, istərsə də formasında heç bir qüsur olmamışdır. Belə olan halda, həmin müqaviləni mübahisələndirməyə nə Qusar Tikinti ATSC-nin subyektiv hüququ olmamış, nə də hazırda onun hüquqi varisi olan İddiaçı ASC-nin belə bir subyektiv hüququ mövcud deyil. Həmçinin, qeyd olunan müqavilənin bağlanmasından təxminən 27 il sonra onun barəsində mübahisə yaratmaq özlüyündə əsassız iddiadir, alqısatqı müqaviləsinin barəsində “Asila" ASC- nin tərəfindən tələb irəli sürülməsi üçün müddətlər də ötürülmüşdür. Bundan başqa, İddiaçı ASC iddiasında qeyd etmişdir ki, guya onun alqı-satqı müqaviləsinin bağlanmasından və Qonaq evi binasına dair Cavabdeh1 adma qeydiyyat vəsiqəsinin olmasından xəbəri olmamış, bunu yalnız Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(118)-315/2023 saylı qərarının icrası zamanı xəbər tutmuşdur. Bu, tamamilə yalandır, çünki İddiaçı ASC Qusar Tikinti ATSC-nin hüquqi varisi olan vaxtdan etibarən həmin ASC bilmişdir ki, Qonaq evi binası Cavabdeh1 aşkar sahibliyində və istifadəsindədir. Eyni zamanda 2021-ci ildə Cavabdeh1 İddiaçı ASC-yə qarşı onun adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiası olmuş, həmin iddia ərizəsi ilə birlikdə Cavabdeh1 adına olan Qeydiyyat vəsiqəsi, alqı-satqı müqaviləsi və s. sənədlər iddianın əsası kimi istinad olunmuş halları təsdiq edən sənədlər kimi məhkəməyə təqdim edilmişdir. “Asila" ASC isə cavabdeh kimi özünün vəkili vasitəsi ilə həmin iddia ərizəsi üzrə 2(029)-98/2021 saylı mülki ilin məlikəmə proseslərində iştirak etmiş, təqdim olunmuş sənədlərlə tanış olmuş, iddiaya qarşı etirazını bildirmişdir. İş üzrə müvafiq ekspertiza təqdim edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafıq rəy verilmişdir. Ekspertiza Mərkəzi tərəfindən tədqiqat aparılarkən Qonaq evi binasına və onun yerləşdiyi torpaq sahəsinə baxış keçirilmiş və Qonaq evi binasının Cavabdeh1 faktiki sahibliyində və istifadəsində olması müəyyən edilmişdir. Sonradan həmin iddiaya ümumi məhkəmədə baxılmalı olmadığı müəyyən olunduğundan iddia ərizəsi baxılmamış saxlanmış, daha sonra isə Cavabdeh1 tərəfindən Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırılmışdır. 2021-ci ildə Qusar rayon məhkəməsində işə baxılarkən ''Asila" ASC-nin tərəfindən Cavabdeh1 adma verilmiş Qeydiyyat vəsiqəsinin və onun verilməsinə əsas olmuş alqısatqı müqaviləsinin qanuniliyi və əsaslılığı mübahisələndirilməmiş, bununla bağlı hər hansı iddia qaldırılmamış, təxminən 4 il keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür. Beləliklə, həm əsassızlığına görə, həm də müddətlərin keçməsinə görə İddiaçı ASC-nin iclas protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyil və ona görə həmin iddia tələbləri rədd olunmalıdır. Həmçinin, Qonaq evi binası Cavabdeh1 qanuni mülkiyyətində olduğundan iddiaçının Cavabdeh1 qarşı həmin qonaq evi binasından çıxarılması tələbi də əsasızdır və həmin iddia da rədd olunmalıdır. Əlavə olaraq, məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-315/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ASC-nin adına verilmiş seriya RX ******* sa) lı j0101 j07900012j01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçı Cavabdeh1 mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 800 kv.metr torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Asıla ASC -nın nümayəndəsi-vəkil Agakərimov Asif ləklif oğlu həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)-108/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2-1(118)-315/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasının səbəbi iddianın əsassız olmasına görə deyil, İddiaçı ASC-nin adına olan Çıxarışın verilməsinə əsas olmuş Şəhadətnamənin mübahisələndirməli olması olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi ilı razılaşdığı halda isə tərəflərindən İddiaçı ASC-nin adma verilmiş Çıxarışın verilməsinə əsas olmuş Şəhadətnamənin ləğvi ilə bağlı iddia qaldırılacaqdır. Bütün bunlar isə onu təsdiq edir ki, əslində İddiaçı ASC-nin hazırkı iddiası Cavabdeh1 inzibati məhkəmədə onun adına verilmiş Çıxarışın ləğvi barədə mübahisə açmasına süni maneçilik yaratmaq məqsədi daşıyır. İddiaçı ASC-nin cavabdeh X3, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılması və binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC-yə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Təyin olunmuş məhkəmə iclasında işitrak edə bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh Qusar rayon Notariat Ofisinə oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işdə olan 1998-ci il tarixli müqavilənin surətindən görünür ki, alqı-satqı müqaviləsi bağlanmaqla ASC-nin idarə heyətinin sədri olmuş X5 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 3 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binasını Cavabdeh1 satmışdır. İşdə olan "xxxx" ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən, ASC-nin qonaq evi binasının satılması qərara alınmışdır. İşdə olan AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Cavabdeh1 mülkiyyət hüququ 25 yanvar 1999-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına 29 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmçinin qonaq evi binasına dair texniki pasport tərtib edilərək həmin sənəddə qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 800 kv.metr göstərilmişdir. Qeyd olunmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü ilk iddia tələbi Qusar Tikinti ATSC-nin (hazırda hüquqi varisi İddiaçı ASC) 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokolunun etibarsız hesab olunması təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin iclas prpotokolu müəssisədaxili sənəd olmaqla həmin sənədin cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə hər hansı aidiyyətinin olması müəyyən olunmur. Eyni zamanda həmin iclas protokolu iddiaçının özünün varisi olduğu “Qusar Tikinti” ATSC səhmdarları tərəfindən qəbul edilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının cavabdehlərə qarşı həmin iclas protokolunun etibarsız hesab olunması tələbini irəli sürməyə subyektiv hüququ, yəni həmin hüququn formalaşması üçün zəruri əlamət kimi nəzərdə tutulmuş başqa şəxslərdən tələb etmək hüququ mövcud deyil və ona görə də, həmin iddia tələbi əsassızdır. İddiaçının digər iddia tələbini Qusar Rayonu Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir və həmin tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığı ilə bağlı münbasibətləri tənzimləyən müddəalarına, yəni 337 və 340-cı maddələrinə istinad etmişdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, qeyd olunan alqı-satqı müqaviləsi hazırda qüvvədə olan Mülki Məcəllə qüvvəyə minməmişdən əvvəl, yəni 1998-ci il tarixdə bağlandığından, həmin müqavilə üzrə hüquq münasibətləri də həmin vaxt yaranmışdır. Odur ki, həmin iddia tələbi üzrə işin hallarına həmin vaxt, yəni 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin əqdlərlə, o cümlədən onların etibarsızlığı ilə bağlı hüquq münasibətlərini tənzimləyən müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının mübahisələndirilən müqavilənin bağlandığı vaxt qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsinin 39-cu maddəsinin tələbinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Həmin Məcəllənin 44-cü maddəsinin tələbinə əsasən Qanunun tələblərinə müvafiq olmayan əqd e`tibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin e`tibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Həmin Məcəllənin 46-cı maddəsinin tələbinə əsasən hüquqi şəxsin, onun nizamnaməsində (əsasnaməsində) və ya həmin növ təşkilatlara dair ümumi əsasnamədə onun fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd e`tibarsızdır. Belə əqdlərə müvafiq surətdə bu Məcəllənin 44 və 45-ci maddələrinin qaydaları tətbiq olunur. Həmin Məcəllənin 73-cü maddəsinin tələbinə əsasən Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinin tələbinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilkən alqı-satqı müqaviləsi bağlanan anda onun həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin hər hansı tələblərinin, yəni forma və məzmunu ilə bağlı tələblərin pozulması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsinə nəzər salarkən müəyyən olunur ki, həmin müqavilənin tərəfləri “Qusar Tikinti” ATSC-nin idarə heyətinin sədri olmuş X5 (satıcı) və Cavabdeh1 (alıcı) olmuş, predmetini isə 11 noyabr 1998-ci il tarixli 24 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Həmidə Mikayılovanın mülkiyyətində olan ünvan 3 ünvanında 75 kv.metr torpaq sahəsində yerləşən qonaq evi binası olmuşdur. Başqa sözlə, qonaq evi binası satılanda onun mülkiyyətçisi iddiaçının varisi olduğu “Qusar Tikinti” ATSC deyil, fiziki şəxs olan Həmidə Mikayılova olmuşdur. Bununla da, alqı-satqı müqaviləsinin predmeti olan qonaq evi binasının barəsində satıcı Həmidə Mikayılovanın sərəncam vermək səlahiyyəti olmuş, eyni zamanda müqavilə qanuna müvafiq qaydada notariat qaydasında təsdiq olunmuşdur. Bundan başqa, “Qusar Tikinti” ATSC mövcud olduğu 2018-ci ilədək Həmidə Mikayılovanın tərəfindən qonaq evi binasının Cavabdeh1 satılmasına müqavilənin onun mənafeyini pozması və maraqlarına toxunması əsası ilə heç bir etraz etməmiş, bununla bağlı hər hansı tələb irəli sürməmiş, 20 il rəzində susmaqla müqavilənin qanuniliyi faktını qəbul etmişdir. Eyni zamanda 2018-ci ildən sonra həmin ATSC-nin varisi olan İddiaçı ASC də təxminən 7 il ərzində susmaqla hər hansı tələb irəli sürməmişdir. Bununla da, müqavilə bağlanan anda qüvvədə olmuş Mülki Məcəllə ilə müəyyən olunmuş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Həmin Məcəllənin tələbinə əsasən iddia müddətinin ötürüldüyünün müəyyən olunması halında tərəfin bu barədə ərizə verməsindən asılı olmayaraq məhkəmə tərəfindən iddia müddəti tətbiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən xx.xx.1998-ci il tarixli ЗМ-1- 166 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmadığından, o cümlədən onun tərəfindən müqavilə bağlanan anda qüvvədə olmuş Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən həmin iddia tələbi əsassızdır və rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikası nazirlər Kabineti yanında Mənzil-Kommunasl Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportun ləğv edilməsi tələbinin hüquqi əsası mövcud olmadığından həmin iddia tələbləri də rədd olunmalıdır. Bundan başqa, Cavabdeh1 Azərbaycan Respublikası nazirlər Kabineti yanında Mənzil-Kommunasl Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi qonaq evi binasına dair müıkiyyət hüququnu təsdiq edir və belə olan halda, Cavabdeh1 həmin qonaq evi adlandırılan qeyri-yaşayış sahəsindən çıxarılması və binanın boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi tələbini irəli sürməkdə haqlı deyil və iddiaçının həmin iddia tələbi də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “bağlanmış müqavilənin ləğv etibarsız hesab edilməsi” tələbinə dair tələbi əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “bağlanmış müqavilənin ləğv etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-403/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-403/2025
24.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver